Rusiya taxılının Afrika ölkələrinə tədarükü üçün bir sıra inzibati məsələlər həll olunur...
Poliqon xəbər verir ki, bu barədə Türkiyənin müdafiə naziri Yaşar Gülər bildirib. O, bu məsələlərin nəylə bağlı olduğunu çatdırılmaların başlanması üçün mümkün tarixini açıqlamayıb.
“Bu yardım səkkiz Afrika ölkəsinə göndərilməlidir. İndi bununla bağlı bəzi inzibati problemlər həll olunur”, deyə cənab Gülər “Habertürk” kanalına müsahibəsində bildirib.
Qeyd edək ki, Rusiya taxıl sazişindən çıxdıqdan sonra prezident Putin Afrika ölkələri liderlərinin sammitində onlara taxıl yardımı edəcəcəyi ilə bağlı vəd vermişdi.
Poliqon.info