Bazar ertəsi, 15 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə Mərkəzi Bankının yeni rəhbəri kimdir? - Dosye

Fatih Karahan Türkiyə Respublikası Mərkəzi Bankının prezidenti təyin edilib...

Poliqon musavat.com-a istinadən bildirir ki, qərar Prezidentin hökumətin rəsmi qəzeti olan "Resmi Gazete"də dərc olunub.

Qeyd edək ki, Türkiyə Mərkəzi Bankının rəhbəri Hafize Qaye Erkan dünən istefa verib.

Bəs Mərkəzi Bankının yeni rəhbəri Fatih Karahan kimdir?

Fatih Karahan 1982-ci ildə Əskişəhərdə anadan olub. 2006-cı ildə Boğaziçi Universitetinin Riyaziyyat və Sənaye Mühəndisliyi fakültəsini bitirib. 2012-ci ildə Pensilvaniya Universitetində İqtisadiyyat üzrə magistr və doktorantura pilləsini bitirib. Karyerasına 2012-ci ildə Nyu-York Federal Ehtiyat Bankında iqtisadçı kimi başlayan Karahan 2022-ci ilə qədər sözügedən qurumda Əmək və Məhsul Bazarı Araşdırmaları rəhbəri və pul siyasəti müşaviri vəzifələrində çalışıb. Kolumbiya Universitetində və Nyu-York Universitetində yarımştat müəllim kimi də çalışan Karahan 2022-ci ilin noyabrında "Amazon" şirkətində baş iqtisadçı vəzifəsinə təyin edilib. Karahan 28 iyul 2023-cü ildə Türkiyə Respublikası Mərkəzi Bankının sədr müavini vəzifəsinə təyin edilib. 3 fevral 2024-cü il tarixli qərarına əsasən, Mərkəzi Bankın rəhbəri təyin edilib.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rafael İsgəndərov ölüm xəbərini təkzib edib...

HƏMAS hərəkatın Qəzzada danışıqlara son qoymaq qərarına dair xəbərləri təkzib edib - Yenilənib

CNN: Bayden və Trampın sui-qəsddən sonra söhbəti qısa, lakin hörmətli olub

Taksi sürücüləri yeni qanundan yayınmağa çalışırlar: Göstərilən maşının yerinə başqası gəlir    

Bu gün ali məktəblərə I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib - Yenilənib

"Qarabağ"ın qapıçısı zədə səbəbindən 8 ay futboldan uzaq qalacaq

Qaxda avtomobil qəzasında xəsarət alanların kimliyi məlum olub - Yenilənib

Bakıda yaşayış binasında yanğın olub, 10 nəfər təxliyə edilib

Trampa atəş açan şəxsin avtomobilindən partlayıcı qurğu tapılıb

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - Video

Trampın seçki qərargahlarında təhlükəsizlik tədbirləri gücləndirilib

Ən çox oxunanalar