Poliqon gənc şair Nicat Hunalpın şeirini oxucularına təqdim edir...
Altaylarda at qoşdurub,
Şimşək təki çaxan Türkəm
Qafqazlarda Şeyx Şamiləm,
Altaylarda şaman Türkəm
Adım gəlsə qorxar cahan,
Babam Teymur Sahibqıran,
Ana vətən,ulu Turan,
Dünya bilir mən xan Türkəm
Malazgirddə Alparslanam,
Çingizxanam,Metexanam,
El quranam,yurd quranam,
Mən ər Türkəm azman Türkəm
Sözüm vardı yazdım daşa,
Orxonlarda döndüm daşa,
Yaşa dədəm Qorqud yaşa,
Əzəlindən ozan Türkəm
Damarımda Bozqurd qanı,
Tanı məni dünya tanı,
Yaranışdan bu cahanı,
Nizamlayıb quran Türkəm
Dalan Balcutda Çingizəm,
Tarixlərdə ilk son sözəm,
Dəli Türkəm safam özəm,
Qurd geyimli yaman Türkəm
Qurbaşlı bayraq mənimdi,
Tarix bilir haqq mənimdi,
Hər qarış torpaq mənimdi,
Türk idim hər zaman Türkəm
İçdiyim qanlı qımızdı,
Bəxtimi Göy Tanrı yazdı,
Türkeşdi,buryat,qırğızdı,
Sarıquram,nayman Türkəm
Nicat Hunalp