Çərşənbə, 24 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tofiq Zülfüqarov: "Azərbaycanla sərhədləri tanıyandan sonra Ermənistan kənara çəkiləcək, onun yerini Minsk Qrupu tutacaq"

"Paşinyanın Azərbaycanla sərhədin delimitasiyasının "qəbuledilən" olduğunu etiraf etməsi heç də bu məsələnin həlli demək deyil. Ermənistanın baş naziri sadəcə qeyri-müəyyən müddətə uzana biləcək prosesdə iştirak etməyə razılıq verib".

Bunu Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov virtualaz.org-a müsahibəsində bildirib.

“İrəvan AzərbaycanErmənistan arasındakı sərhədi böhranlı vəziyyətin başlaya biləcəyi təmas xəttinə çevirmək istəyir”, - deyə keçmiş nazir bildirib. “Bundan sonra Ermənistan münaqişə zonasına uzunmüddətli əsaslarla xarici sülhməramlı qüvvələrin cəlb edilməsini təmin etməyə çalışacaq”.

 

Zülfüqarovun sözlərinə görə, Paşinyanın sərhədlərin delimitasiyasına razılığı məsələnin yalnız texniki tərəfinə aiddir. Halbuki, fundamental əsas kimi iki qonşu dövlətin ərazi bütövlüyünü və onların suverenliyinə qarşılıqlı hörməti tanıyan daha ciddi sənədə ehtiyac var.

“Fakt budur ki, Ermənistan tərəfi həmişə olduğu kimi, prosesi özü üçün məqbul formatda təqdim etməyə cəhd edə bilər”, - azərbaycanlı diplomat deyir. “Məsələn, İrəvan deyə bilər: “Bəli, biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq, lakin bu, Ermənistanın Qarabağ ermənilərinin öz müqəddəratını təyin etmək hüququndan imtina etməsi demək deyil. Biz Azərbaycanın ərazi bütövlüyünə qarşı deyilik, lakin Bakı Qarabağda ermənilərin öz müqəddəratını təyin etmə məsələsini həll etməli olacaq. Dünyada isə inanın ki, İrəvanın bu mövqeyini dəstəkləyəcək nüfuzlu qüvvələr tapılacaq. Həmçinin “ərazi bütövlüyü” və “ölkənin suverenliyinə hörmət” anlayışları arasındakı əsas fərqi başa düşmək vacibdir. Məsələn, Ermənistanın müdafiə nazirinin Azərbaycan ərazisinə səfəri Azərbaycanın həm ərazi bütövlüyünə, həm də suverenliyinə hörmətsizlik nümunəsidir”.

Azərbaycanla sərhədlərin tanınması haqqında saziş imzalayan Ermənistan kənara çəkiləcək və onun yerini ATƏT-in Minsk Qrupu tutacaq. Bu da Qarabağın statusu məsələsini dərhal danışıqlar masasına qaytaracaq, deyə Zülfüqarov bildirib. O qeyd edib ki, bu variant Azərbaycana qane edə bilməz, çünki Ermənistanın ATƏT-in Minsk qrupunun istənilən qərarına veto qoymaq hüququ var və bu da vasitəçilik missiyasına təsir edəcək.

Sabiq xarici işlər naziri hesab edir ki, Azərbaycanın Ermənistana çoxlu təsir imkanları var. Bunlar, xüsusilə açıq qalan Ermənistan-Azərbaycan sərhədinin məsələsi, eləcə də ötən əsrin 90-cı illərinin əvvəllərində sürgün edilən azərbaycanlı əhalinin Ermənistan ərazisinə qayıtması mümkünlüyüdür. Yəni burada söhbət simmetrik yanaşmadan gedir - İrəvanın Azərbaycanda yaşayan ermənilərə xüsusi hüquqlar verilməsi çağırışı Bakının azərbaycanlı qaçqınların Ermənistandakı öz doğma şəhər və kəndlərinə qayıtmaq hüququnu təmin etmək çağırışı ilə balanslaşdırılır.

Simmetriya prinsipi iki dəhliz arasındakı əlaqəyə də şamil edilməlidir. Əgər Ermənistan Zəngəzur dəhlizinin ekstraterritoriallığını inkar edərək bunun adi yol olduğunu iddia edərsə, o zaman Bakının Laçın dəhlizinə münasibəti dəyişə bilər - onun təhlükəsizliyi Rusiya sülhməramlıları tərəfindən təmin ediləcək, sərhəd və gömrük orqanlarının funksiyaları isə Azərbaycan müvafiq qurumlarına veriləcək.

Ekspertin sözlərinə görə, delimitasiya və demarkasiyanın hansı sovet xəritələri üzrə aparılacağı hələ də aydın deyil. Ola bilsin ki, 1929-cu ilə qədər SSRİ-nin xəritələrindən istifadə ediləcək (o vaxt Zəngəzur Azərbaycan SSR-in tərkibində olub).

Kəlbəcərin atəşə tutulması ilə bağlı hadisələr göstərib ki, Ermənistan ərazilərimizə iddialarından əl çəkmir”, - Tofiq Zülfüqarov bildirib. - Kəlbəcərlə sərhəddə gedən son döyüşlərdə əsgərlərimiz ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olublar. Beləliklə, təkcə Azərbaycanın sülhə can atması kifayət etmir. Ermənistanın da bunu istəməsi lazımdır. Bunu da, təəssüf ki, hələ ki, görmürük”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda övladını girov götürən və polisin zərərsizləşdirdiyi şəxslə bağlı yeni detallar - Təfərrüat, Video

Ağadadaş Ağayevin atdığı balta qadını yaraladı - Təfərrüat

Baba Vəziroğlu Ağadadaş Ağayevdən danışdı: "Vəziyyət o həddə çatıb ki..."

Xırdalanda qadının əri tərəfindən pəncərədən atılması ilə bağlı təfərrüat - Yenilənib

Ağadadaş Ağayevlə bağlı məsələdə yenidən gündəmə gələn "MedEra Hospitalı" kimindir?

Ağadadaş Ağayev balta atdığı şəxsdən polisə şikayət etdi

Bakıda dəhşət: Ata bir azyaşlı uşağını öldürüb, digərini yaralayıb, sonra isə intihar edib

Abşeronda iki qardaşın ölməsi ilə bağlı cinayət işi açılıb - Yenilənib

Milli Məclis Aparatının sabiq rəhbəri Səfa Mirzəyev II Fəxri xiyabanda dəfn olunub

Trampın seçilməsi niyə Azərbaycanın maraqlarına xidmət edir?

Ən çox oxunanalar