Cümə, 12 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Təyyarə və helikopter qəzasında ölən dünya liderləri - Siyahı

2024-cü il mayın 19-da İran prezidenti İbrahim Rəisinin helikopteri İranın Şərqi Azərbaycan əyalətinin Verzeqan bölgəsində sərt eniş edib...

Prezidentdən başqa helikopterin göyərtəsində xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imamı Məhəmməd Əli əl-Həşim, Şərqi Azərbaycan vilayətinin başçısı Mələk Rəhməti, helikopter heyəti və bir mühafizəçi olub. Hadisə yerinə ordu, polis və İran Qızıl Aypara Cəmiyyətinin üzvləri göndərilib, lakin xilasetmə əməliyyatı hava şəraiti və relyefə görə ciddi şəkildə çətinləşib. Mayın 20-də axtarış-xilasetmə əməliyyatından sonra prezident helikopterinin qəzaya uğradığı yerdə heç bir sağ adam tapılmadığı, helikopterin özünün tamamilə yandığı açıqlanıb. Rəisi və bütün nümayəndə heyətinin ölümü ilə bağlı məlumatı İranın vitse-prezidenti Möhsün Mənsuri təsdiqləyib.

Poliqon "RİA Novosti" Agentliyinə istinadən hava qəzalarında ölən yüksək səviyyəli rəsmilərlə bağlı məlumatı təqdim edir:

10 aprel 2010-cu ildə Polşanın "1 nömrəli təyyarəsi" Tu-154 Smolensk-Severnı hava limanında eniş zamanı qəzaya uğrayıb. Hadisə nəticəsində 96 nəfər, o cümlədən dövlət başçısı Lex Kaçinski və həyat yoldaşı, tanınmış siyasətçilər və hərbçilər həlak olub. Faciədən bir il sonra Dövlətlərarası Aviasiya Komitəsi (DAK) araşdırmanın nəticəsi olaraq elan edib ki, qəzaya səbəb dumanlı şəraitdə ekipajın alternativ aerodroma getməmək qərarı və sistemli səbəblər - pilotların təlimindəki çatışmazlıqlar olub. Amma qeyri-rəsmi mənbələr bu qəzaya görə Rusiyanı ittiham edib.

2004-cü il fevralın 26-da Makedoniya prezidenti (indiki Şimali Makedoniya Respublikası) Boris Traykovski, həmçinin onu müşayiət edən altı nəfər və iki ekipaj üzvü təyyarə qəzasında həlak olub. Uçuş çətin hava şəraitində baş tutub. Beynəlxalq araşdırmanın nəticələrinə görə, təyyarənin qəzaya uğramasına səbəb pilotun bir neçə sistematik səhvi olub.

6 aprel 1994-cü ildə Ruandada naməlum şəxslər ölkə prezidenti Juvenal Habyarimana və qonşu Burundinin başçısı Kiprien Ntaryamiranın olduğu sərnişin təyyarəsini vurublar. Prezidentlərin ölümləri Hutu etnik qrupundan olan ekstremistlər tərəfindən Ruandada hakimiyyəti ələ keçirmək və daha kiçik Tutsi etnik qrupuna və mötədil Hutu siyasətçilərinə qarşı soyqırıma başlamaq üçün səbəb kimi istifadə edilib. 1994-cü ilin aprelindən iyun ayına qədər 800 minə yaxın insan öldürülüb - əksəriyyəti tutsilər, həmçinin mötədil hutular, tvalıları olub.

1988-ci il avqustun 17-də Pakistan prezidenti general Məhəmməd Ziya-ül-Haq təyyarə qəzasında həlak olub. Ziya ül-Haq Tamevali poliqonunda Amerika M1 Abrams tankının sınaqlarında iştirak etmək üçün Bəhavalpura uçub. Onu ABŞ-ın Pakistandakı səfiri Rafel və ABŞ-ın Pakistandakı hərbi missiyasının rəhbəri briqada generalı Vassom müşayiət edib. İslamabada qayıdarkən havaya qalxdıqdan bir neçə dəqiqə sonra "Hercules C-130" təyyarəsi yerə çırpılaraq alovlanıb. Hökumət komissiyasının təyyarənin texniki nasazlığı ilə bağlı rəsmi rəyinə baxmayaraq, sui-qəsdin xeyli sayda versiyaları mövcuddur.

19 oktyabr 1986-cı ildə Mozambik Hərbi Hava Qüvvələrinə məxsus Sovet istehsalı olan Tu-134 A-3 təyyarəsi Cənubi Afrika Respublikası ərazisində qəzaya uğrayıb. Təyyarə Mbale - Kasama - Ndola - Lusaka - Harare - Masvinqo - Maputo marşrutu üzrə uçurdu. Mbuzinidən 35 kilometr aralıda Lebombo dağlarında qayaya çırpılıb. Təyyarənin göyərtəsində 44 nəfər olub, onlardan 34-ü ölüb: 8 ekipaj üzvü (yalnız uçuş mexaniki sağ qala bilib) və 26 sərnişin. Ölənlər arasında o dövrdə Afrika siyasətinin ən görkəmli simalarından biri olan Mozambik prezidenti Samora Masel də olub. Komissiyanın qənaətinə görə, təyyarənin qəzaya uğramasına səbəb pilotların səhvləri olub.

31 iyul 1981-ci ildə Panamanın faktiki lideri general Omar Torrijos Herreranın uçduğu "DHC-6 Twin" Otte təyyarəsi qəribə şəraitdə qəzaya uğrayıb. Təyyarədə olan yeddi nəfərin hamısı həlak olub.

24 may 1981-ci ildə Ekvador prezidenti Xayme Roldos Aqilera təyyarə qəzasında həlak olub. Onun göyərtəsində olduğu təyyarə Ekvadorun Peru ilə cənub sərhədi yaxınlığında And dağlarında qəzaya uğrayıb. Ölənlər arasında prezidentin həyat yoldaşı Marta, müdafiə naziri general-mayor Marko Subia Martinez, generalın arvadı, iki hərbi köməkçi və üç nəfərdən ibarət bir təyyarə heyəti olub. Media bildirib ki, təyyarə yağış və qatı duman arasında uçarkən dağlara çırpılıb və partlayıb.

27 aprel 1969-cu ildə ölkə prezidenti Rene Barriendos Ortuno Boliviyada helikopter qəzasında həlak olub. Onun uçduğu helikopter telefon xəttinə ilişərək qəzaya uğrayıb.

1966-cı il aprelin 13-də İraq prezidenti Əbdül Salam Arif Fars körfəzindəki Bəsrə limanı yaxınlığında təyyarə qəzasında həlak olub.

17 mart 1957-ci ildə Filippin prezidenti Ramon Maqsaysay onlarla başqa sərnişinlə birlikdə Manilanın cənubundakı Sebu adasında sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olub. İstintaqın məlumatına görə, dırmaşma zamanı mühərrikin sağ karbüratorunun ötürücü valının qırılması elektrik enerjisinin kəsilməsinə səbəb olub. Təyyarə Manunqqal dağının yamaclarına doğru uçub.

7 sentyabr 1940-cı ildə Altos (Paraqvay) şəhəri yaxınlığında Potez təyyarəsi qəzaya uğrayıb. Təyyarədə olan ölkə prezidenti, marşal Xose Feliks Estiqarribia, həyat yoldaşı Culiya Miranda Kueto və pilot Karmelo Peralta həlak olub. Təyyarə yerdəki otların yanması nəticəsində yaranan güclü tüstü səbəbindən oriyentasiyasını itirib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sumqayıtda zavodda zəhərlənən 50-dən çox şəxsin vəziyyəti açıqlandı - Yenilənib

Xalq artistinin nəvəsinə yüksək vəzifə verildi

İlham Əliyevin Pakistan səfəri: Hərbi təyyarələrdən möhtəşəm qarşılama - Video

Kənd Təsərrüfatı Nazirliyində dəyişiklik - Mərkəz rəhbəri vəzifəsinə yeni təyinat olub - Foto

Azərbaycan Prezidenti ilə Pakistanın Baş naziri arasında geniş tərkibdə görüşü olub - Yenilənib

"Məndə olan pullar, evləri indiki müğənnilər heç görməyib"

Xocalıda Birinci Qarabağ müharibəsinin daha beş şəhidi dəfn edilib - Yenilənib

Pakistan qırıcılarının İlham Əliyevin təyyarəsini müşayiətinin daha bir möhtəşəm görüntüsü

AVRO-2024-də final matçını idarə edəcək hakim açıqlanıb

Ən çox oxunanalar