Bazar ertəsi, 02 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tehranın Bakıya üzən körpü mesajı... - İran Azərbaycan torpaqlarına girə bilər?

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) quru qoşunları İranın şimal-qərb hissəsində, Azərbaycanla sərhəddə, Araz çayı boyunca “Qüdrətli İran” adlandırdığı təlimlər keçirir...

Politoloq: “SEPAH-ın Araz çayı boyunca keçirdiyi təlimlərin mesajı aydındır. Xüsusilə, SEPAH-ın Araz çayı üzərindən üzən körpü vasitəsi ilə keçmək məşqləri verilən açıq mesajdır və bunun heç bir gizli tərəfi də yoxdu”.

“Əlbəttə, bu faktiki olaraq bir müharibədə təhdididir. Əslinə qalanda İran bu tipli təhdidləri vaxtaşırı edib”.

Bu sözləri politoloq Turan Rzayev İranın Araz çayı üzərində keçirdiyi təlimləri PİA.az-a şərh edərkən qeyd edib.

SEPAH sərhəddə ponton körpülər üzərindən Araz çayını keçmək üçün təlimlər keçirir. Bu təlimlər vasitəsi ilə Azərbaycana verilən mesaj aydındır. İran demək istəyir ki, biz Azərbaycan torpaqlarını işğal edə bilərik. Bəzi İran mətbuatı isə təlimlərin məqsədini elə belə də izah edirlər. Bütün bu baş verənlərin isə Zəngəzur dəhlizi ətrafında döndüyü şübhə doğurmur.

Belə bir ssenariyə ehtimal vermək olarmı və İran Azərbaycan torpaqlarına girsə, Cənubi Qafqazda hansı proseslər baş verə bilər? Ümumiyyətlə İran-Azərbaycan müharibəsinin baş vermə ehtimalı varmı?

İranın təlimlərlə Azərbaycana verdiyi mesajı PİA.az-ın əməkdaşı politoloq Turan Rzayev ilə müzakirə edib.

Turan Rzayev: “İndiki halda İranın Azərbaycana müharibə elan etməsi mümkün deyil”.

Əgər, İran Azərbaycan torpaqlarına girsə, buna beynəlxalq reaksiyaların çox ağır olacağını düşünən politoloq PİA.az-a bildirib ki, hətta İrana qarşı beynəlxalq koalisiya belə qurula bilər:

“SEPAH-ın Araz çayı boyunca keçirdiyi təlimlərin mesajı aydındır. Xüsusilə, SEPAH-ın Araz çayı üzərindən üzən körpü vasitəsi ilə keçmək məşqləri verilən açıq mesajdır və bunun heç bir gizli tərəfi də yoxdur. İran faktiki olaraq Azərbaycanı hədələyir və mesaj verir. Bu mesajın da məğzi ondan ibarətdir ki, Zəngəzur dəhlizi israr olunarsa, yaxud da onların istifadə etdiyi ifadə ilə desək, sərhədlər dəyişilərsə, İran buna səssiz qalmayacaq. Yəni İran Araz çayını keçəcək və öz reaksiyasını bildirəcək.

Əlbəttə, bu faktiki olaraq bir müharibədə təhdididir. Əslinə qalanda, İran bu tipli təhdidləri vaxtaşırı edib. Xatırladım ki, 2000-ci ildə İran təyyarələri Azərbaycan hava məkanını pozmuşdu. İranın düşmən münasibəti bizlər üçün təəccüblü deyil. Eyni zamanda bu düşmən münasibət ilk deyil və son da olmayacaq. İran hər zaman Azərbaycanı özü üçün potensial təhdid sayıb. Azərbaycan həm əhali sayı baxımından, həm ərazi baxımından kiçik olmasına baxmayaraq Azərbaycanın adı belə İran üçün qorxu yaradır. Bu gün də bu qorxu İranın daxili siyasətinə təsir etməkdədir.

İndiki halda İranın Azərbaycana müharibə elan etməsi mümkün deyil. İranın yaxın 10 il ərazisində Azərbaycana hibrid müharibə elan etməsi ehtimalları böyük idi. Çünki Azərbaycanda İran dini inancına inanan böyük kütlə var idi. Yəni şiə əqidəsinə sadiq olan və İranın Azərbaycandakı beşinci kalonuna xidmət edən kifayət qədər qüvvələr var idi. Amma ölkə rəhbərinin apardığı uğurlu qabaqlayıcı siyasət nəticəsində bu məsələlər öz həllini tapıb. İranın ölkəmizdəki agenturasına böyük zərbələr endirildi. Taleh Bağırzadə kimi şəxslər həbs edildi. Bu gün də bu proseslər davam etməkdədir. Bu gün rahatlıqla deyə bilərəm ki, bu gün İranın Azərbaycana hibrid müharibə elan etmək və Azərbaycana təsir imkanları kifayət qədər zəifləyib.

Turan Rzayev: “İranın Azərbaycana təsiri dini ideologiya əsasındadırsa, Azərbaycanın İrana təsiri millətçilik ideologiyası əsasında ola bilər. Millətçilik də hər zaman dini ideologiyadan daha ön plandadır”.

İran Azərbaycan sərhəddini keçməsinə və ərazilərimizə müdaxilə etməsinə inanmıram. Çünki bir daha qeyd edim ki, İran Azərbaycandan qorxur. Bu gün İranın Azərbaycana təsir imkanlarından daha çox, Azərbaycanın İrana təsir imkanları var. Birincisi Azərbaycanın beynəlxalq arenadakı nüfuzu İrandan qat-qat çoxdur. İranın nüvə məsələsi Qərblə, ABŞ arasındakı münasibətlərini korlayıb. Digər tərəfdən İranın Rusiya və Çinlə əməkdaşlığını görə ABŞ-la kifayət qədər problemlər yaranıb.

Digər tərəfdən isə İranın Azərbaycan torpaqlarına müdaxiləsi ən azı 20 milyon cənubi azərbaycanlıların ayağa qalxmasına səbəb olacaq. Eyni zamanda İran yaxşı bilir ki, şimal tərəfdə Azərbaycan, Türk millətçiliyi kifayət qədər ön plandadır. Onu da nəzərə almaq lazımdır ki, əgər İranın Azərbaycana təsiri dini ideologiya əsasındadırsa, Azərbaycanın İrana təsiri millətçilik ideologiyası əsasında ola bilər. Millətçilik də hər zaman dini ideologiyadan daha ön plandadır. Bu baxımdan İranın Azərbaycana müdaxilə edəcəyini düşünmürəm.

Turan Rzayev: “Ehtimal etmirəm ki, İran Azərbaycan torpaqlarına girsin. Əgər, girsə belə, bu İran üçün fəlakətlə nəticələnə bilər”.

Həmçinin İranın daxilində sosial vəziyyət heç də yaxşı deyil. İran lokal müharibəyə girəcək potensialda ölkə deyil. Düzdür, İran zəif ölkə də deyil. Amma mövcud vəziyyətə görə İranın belə bir müharibəyə girməsi mümkün deyil. Çünki həm siyasi, həm iqtisadi, həm də siyasi baxımdan İran bu müharibəni uduza bilər. Bu müharibəyə təkcə Azərbaycan deyil, Azərbaycanın müttəfiqləri də reaksiya bildirəcək. İranla sərhəddəki ölkələrin əksəriyyəti Azərbaycanın müttəfiqləridir. Məsələn Türkiyə, Pakistan, Ərəb ölkələri Azərbaycanla müttəfiq və dost ölkələrdir. Bu ölkələrin İranla problemləri də var.

Əgər, İran Azərbaycan torpaqlarına girsə, buna beynəlxalq reaksiyalar çox ola bilər. Hətta deyərdim İrana qarşı beynəlxalq koalisiya belə qurula bilər. Nəzərə almaq lazımdır ki, bənzər hadisə İraqın Küveytə hücumu ilə baş vermişdi. Bu zaman İraqa qarşı beynəlxalq koalisiya quruldu. Buna görə ehtimal etmirəm ki, İran Azərbaycan torpaqlarına girsin. Əgər, girsə belə, bu İran üçün fəlakətlə nəticələnə bilər”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vəfa Nağının qardaşına qarşı polis araşdırılması aparılır 

Vaxt yetişdi, üç bürcün xoşbəxt dövrü başlayır

Sosioloji Tədqiqatlar Mərkəzi növbədənkənar parlament seçkilərində “exit-poll”un nəticələrini açıqlayıb

İbrahim Rəisinin helikopterinin qəzaya uğramasının əsas səbəbi açıqlanıb

Makedoniyalı İsgəndərin heyran olduğu, Tanrının şəhəri adlanan İsparta - Fotolar

Eldar Əzizov Bakıda sökülən binalarla bağlı kompensasiya məsələsinə aydınlıq gətirdi

Azərbaycanda ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb

Azərbaycanlı aparıcı tarixi serialda baş rol aldı - Foto

Hər kəsin evində olan bu tərəvəz ölüm riskini azaldır

"Oracle Advisory Group" şirkəti “exit-poll”un nəticələrini açıqlayıb

MSK Milli Məclisə seçkilərdə lider namizədlərin adlarını açıqlayıb

Ən çox oxunanalar