Cümə, 06 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şuşa elə Şuşa kimi qalacaq, amma Moskva İrəvana qarmaq atır - Video

Biz məsələnin İrəvan üçün həssas yönünü başa düşürük...

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova iyunun 21-də keçirdiyi brifinqdə Rəcəb Tayyib Ərdoğanın Türkiyənin Şuşada baş konsulluğunun açılması ilə bağlı son bəyanatına toxunub.

Bu barədə “Caliber”in “Youtube” kanalının növbəti buraxılışında bildirilir.

“Bu bəyanat və gələcəkdə konsulluğun açılması Rusiya sülhməramlı kontingentinə, eləcə də AzərbaycanErmənistan arasında sülh danışıqlarına təhlükə yaradırmı?”, - deyə “Ura.ru” xəbər agentliyinin rusiyalı jurnalisti sual verib.

Mariya Zaxarovanın suala cavabının giriş hissəsi diplomatik cəhətdən qüsursuz olub. “İstənilən yerdə, xüsusən Şuşada konsulluq idarələrinin açılması məsələsi ikitərəfli münasibətlərin mövzusu olaraq qalır. İndiki halda bu, Bakı ilə Ankara arasında olan məsələdir”, - deyə o bildirib.

Hər şey sanki Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət çərçivəsindədir. Lakin bu, cavabın yalnız birinci hissəsidir. Bunun ardınca Zaxarova başqa açıqlamalar verib.

“Eyni zamanda biz məsələnin İrəvan üçün həssas yönünü başa düşürük. Biz təmaslarımızda bir-birimizin maraqlarını nəzərə almağın vacibliyini və Azərbaycan-Ermənistan kimi, Türkiyə- Ermənistan münasibətlərinin də normallaşması prosesinin vacibliyini vurğulayırıq”, - deyə o əlavə edib.

Daha ətraflı videosüjetdə:

Poliqon.info


Etiket: Şuşa Moskva


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İtaliyanın Baş naziri Prezident İlham Əliyevlə görüşüb - Yenilənib

Fransanın yeni baş naziri Azərbaycan ərazilərinə qeyri-qanuni səfər edib

Bakıda binalarda əxlaqsız hərəkətlər edən seksual manyak peyda olub

Lukaşenkodan şok: Zelenskini onlar aradan götürəcək!

Yığmamız Millətlər Liqasına məğlubiyyətlə başlayıb - Yenilənib

Azərbaycan COP29 ilə əlaqədar elektron viza portalını istifadəyə verib - Yenilənib

Romada Azərbaycan ilə İtaliya arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub - Yenilənib  

Ukraynanın yeni xarici işlər naziri təsdiqlənib - Yenilənib

Fransanın fəxri deputatı: Azərbaycana səyahət xəbərdarlığı inanılmaz və qəbuledilməzdir

Ən çox oxunanalar