Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Stoltenberq: Türkiyənin şərti yerinə yetirilib, F-16-lar isə anlaşmaya daxil deyil...

Amerika F-16 qırıcılarının Türkiyəyə təhvil verilməsi İsveçin Şimali Atlantika Alyansına qəbul edilməsi ilə bağlı razılaşmanın bir hissəsi deyil...

Poliqon xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib.

Baş katib qeyd edib ki, razılaşmalar çərçivəsində Türkiyəyə silah tədarükünə qoyulan məhdudiyyətlər aradan qaldırılıb.

Rusiya Ukraynada müharibəyə başladıqdan sonra İsveç və Finlandiya NATO-ya daxil olmaq istəklərini bildiriblər. Yalnız Türkiyə onların ittifaqa qoşulmasına qarşı çıxıb. Gələcəkdə Ankara Stokholm və Helsinki qarşısında bir sıra şərtlər irəli sürüb və bu şərtlər əsasında Türkiyə tərəfi təşkilata üzv olmağa razılıq verəcək.

Bu tələblər arasında, xüsusən də Türkiyədə tanınan terrorçu Kürdüstan Fəhlə Partiyasının (PKK) tərəfdarlarının deportasiyası olub. Finlandiya aprelin 4-də NATO-ya üzv oldu, İsveç indiyə qədər bunun üçün çalışır.

İyulun 10-da axşam Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, İsveçin baş naziri Ulf Kristersson və NATO baş katibi Yens Stoltenberq İsveç və Türkiyə arasında əməkdaşlığın davam etdirilməsi ilə bağlı birgə bəyanatla çıxış ediblər.

İsveç xüsusilə Türkiyədəki Xalq Müdafiə Birliklərinə (YPG) və FETÖ təşkilatına dəstək verməyəcəyini təsdiqləyib, eyni zamanda respublikanın Avropa İttifaqını üzvlüyünə fəal dəstəyini açıqlayıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - Möhbalıyevin "sərgüzəştləri"

Politoloq: Rusiya çıxılmaz vəziyyətə düşüb...

Rafael Hüseynov Rəncbərdə seçicilərlə görüşüb - Fotolar 

Fəzail İbrahimli Göytəpədə seçicilərlə görüşüb - Fotolar 

Dövlət Agentliyi: Bakıda suyun bütün evlərə gəlib çatmasında problemlər var

Kanalda batan qazinin yanındakı şəxslər kim olublar? - Onlar üzüb çıxıblar, Abusət Əliyev tapılmır  

İnternet provayderləri arasında sui-istifadə hallarına qarşı araşdırmalara başlanılıb

Ərdoğan: BMT Təhlükəsizlik Şurasının strukturunu kökündən dəyişdirmək lazımdır

Özbəkistanlı hərbçilər Azərbaycanda PUA kursunda iştirak edirlər

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay