Çərşənbə, 03 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Soyuq hava bizi xəstə edə bilər?

Soyuq qış aylarında xəstələnməmək ümün hər kəsə qat-qat geyinmək, soyuqdan qorunmaq məsləhət görülür. Amma elm deyir ki, soyuqdəyməyə hava yox, rinovirus səbəb olur...

PİA.az “Popular Science”-a istinadən xəbər verir ki, ABŞ-ın məşhur Yel Universitetinin tədqiqatçılarının araşdırmalarına görə, rinovirusun soyuq mühitlərdə (məsələn, burun boşluğunda) bədənin qalan hissəsinə nisbətən daha asan çoxaldığını bildirirlər. Yel Universiteti Tibb Fakültəsinin dosenti Elen Foksman bildirib ki, bunun səbəbi çoxdandır ki, sirr olaraq qalır.

“İndiyə qədər təqdiqatçılar virusun soyuqda təsirinin artdığını və ya immunitet sisteminin soyuqda zəif işlədiyini bilmirdilər”. - deyə Foksman deyib.

Foksman və həmkarları immun sisteminin müxtəlif temperaturlarda rinovirusa necə reaksiya verdiyini araşdırıblar. Alimlər laboratoriyada siçanların tənəffüs yollarından götürülmüş hüceyrələri tədqiq edərək müəyyən ediblər ki, immun sistemi aşağı temperaturda daha az miqdarda interferon adlı zülal istehsal edir ki, bu da soyuqdəymə virusunun çoxalmasına səbəb olur.

2016-cı ildə nəşr olunan araşdırmada insan hüceyrələrində də oxşar nəticələrin əldə edildiyi bildirilir. Bədənin hərarəti yüksək olduqda, anadangəlmə immun sistemi daha aktiv olur ki, bu da virusların çoxalmasının qarşısını alır və virus genomunu pozan ferment daha yaxşı işləyir.

Burnunuzu isitmək üçün soyuq havada şərf taxmaq soyuqdəymənin qarşısını almağa kömək edə bilər, lakin Foksman virusların burnunuza, ağzınıza və ya gözünüzə keçməməsi üçün tez-tez əlləri yumağı tövsiyə edir. “Əgər virus burnunuzda deyilsə, onsuz da infeksiyaya səbəb ola bilməz” deyə alim qeyd edir.

COVID-19 epidemiyasında gördüyümüz kimi, qripə yoluxmamaq üçün daha təsirli üsul, insanların sıx olduğu və qapalı yerlərdə maska taxmaqdır.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyard kapitalı olan “Azərsilah”ın direktoru kimdir? - Dosye

Cəlilabadda dəhşət: Azyaşlını dəfələrlə meşəyə aparıb təcavüz etdilər

AVRO-2024: Türkiyə millisi 1/4 finala yüksələn sonuncu komanda olub - Yenilənib

“Ömrümdə bu qədər söyülməmişdim!” - Erkin Qədirli

Etirazlara səbəb olan Azərbaycan filmi hansıdır?

“Aztelekom”un “Mis Nazim” kimi tanınan regional müdiri – Nazim Əliyev

Bakıda güclü yanğın başladı: Bir-birinə bitişik obyektlər külə döndülər

Azərbaycanda beş yaşlı uşaq diş əməliyyatından sonra öldü

Ən çox oxunanalar