Cümə, 05 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hazırkı vəziyyətdə Azərbaycan-NATO münasibətləri...

Kərim Vəliyev ölkəmizdə səfərdə olan NATO-nun Birgə Qüvvələr Komandanlığının qərargah rəisinin müavini general-mayor Stefan Fikslə Stefan Fikslə görüşüb...

Hərbi-ekspert: “Hazırda Azərbaycanın NATO ilə münasibətləri çox yüksək səviyyədədir. Hər iki tərəf, yəni həm Azərbaycan, həm NATO bu əməkdaşlıqdan kifayət qədər məmnundur”.

Azərbaycan Əfqanıstandan qoşunlarını çıxarana qədər NATO-ya çox geniş miqyaslı sülhməramlı fəaliyyət dəstəyi ilə bərabər digər funksiyaları yerinə yetirib”.

Bu sözləri hərbi-ekspert Ədalət Verdiyev Azərbaycan ordusunun Baş Qərargah rəisinin NATO-nun Birgə Qüvvələr Komandanlığının qərargah rəisinin müavinini qəbul etməsini Poliqon-a şərh edərkən qeyd edib.

Azərbaycan ordusunun Baş Qərargah rəisi Kərim Vəliyev ölkəmizdə səfərdə olan NATO-nun Birgə Qüvvələr Komandanlığının qərargah rəisinin müavini general-mayor Stefan Fikslə görüşüb. NATO ilə münasibətlərin cari vəziyyətinin yüksək səviyyədə olduğunu bildirən Kərim Vəliyev Azərbaycan-NATO əməkdaşlığının bundan sonra da hər iki tərəf üçün faydalı olacağı və səmərəli görüşlərin davam etdiriləcəyi əminliklə vurğulayıb.

Hazırkı vəziyyətdə Azərbaycan-NATO münasibətlərini necə şərh edərdiz və regiondakı vəziyyət, o cümlədən Ermənistanla gərginlik Azərbaycan-NATO münasibətlərinə necə təsir göstərir?

Azərbaycan-NATO münasibətlərini Poliqon-un əməkdaşı hərbi-ekspert Ədalət Verdiyev ilə müzakirə edib.

Ədalət Verdiyev: “Bu fəaliyyət dəfələrlə NATO komandanlığı və rəhbərliyi tərəfindən rəsmi olaraq qeyd edilib”.

Hazırda Azərbaycanın NATO ilə münasibətlərinin çox yüksək səviyyədə olduğunu vurğulayan ekspert bildirib ki, hər iki tərəf, yəni həm Azərbaycan, həm NATO bu əməkdaşlıqdan kifayət qədər məmnundur:

Azərbaycanla NATO arasında münasibətlər 30 ildən artıq bir müddətdir ki, uğurla davam edir. Bu münasibətlər qarşılıqlı etimad üzərində qurulub. Azərbaycan əsasən NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramı çərçivəsində saziş imzalayandan sonra bu münasibətlər beynəlxalq müstəviyə keçib. NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramının iştirakçısı kimi deyə bilərəm ki, bu proqram əsasən təhlil, təhsil, təlim və sülh yaratma missiyası sferasında kifayət qədər uğurlu bir proqramdır.

Azərbaycan Əfqanıstandan qoşunlarını çıxarana qədər NATO-ya çox geniş miqyaslı sülhməramlı fəaliyyət dəstəyi ilə bərabər digər funksiyaları da yerinə yetirib. O cümlədən, NATO təyyarələrinə Azərbaycan öz hava məkanını açıq elan edib. Digər tərəfdən isə, Azərbaycanın əsgəri Əfqanıstandan son çıxan bölmə kimi Türkiyə ilə bərabər adını tarixə yazdırıb. Bu fəaliyyət də dəfələrlə NATO komandanlığı və rəhbərliyi tərəfindən rəsmi olaraq qeyd edilib.

Ədalət Verdiyev: “Azərbaycanın əsgəri Əfqanıstandan son çıxan bölmə kimi Türkiyə ilə bərabər adını tarixə yazdırıb”.

Hazırda Azərbaycanın NATO ilə münasibətləri çox yüksək səviyyədədir. Hər iki tərəf, yəni həm Azərbaycan, həm NATO bu əməkdaşlıqdan kifayət qədər məmnundur.

Hesab edirəm ki, Azərbaycan ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin ölkəmizdə səfərdə olan NATO-nun Birgə Qüvvələr Komandanlığının qərargah rəisinin müavini general-mayor Stefan Fikslə görüşü Azərbaycanın hərbi qulluqçularının NATO-la tərəfdaşlıq proqramlarında iştirakı barədə münasibətlərin gələcəkdə inkişaf etdirilməsi, hərbi qulluqçularımızın bu proqramlar çərçivəsində və digər sahələrdə peşəkar imkanlarının, potensialının artırılması istiqamətində mühüm rol oynayacaq”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Belçika Azərbaycana minatəmizləmə üçün 250 min avro ayırıb    

“Bakının İrəvana göndərdiyi 10-cu paketdə hansı tələblər var?" 

Xankəndidə əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışı olub - Yenilənib

Finlandiya sentyabrın 1-dən ölkəyə giriş qaydalarını sərtləşdirəcək  

Göyçayda avtomobil yol kənarındakı su arxına düşüb, xəsarət alan var

Azərbaycan lideri Xankəndi Konqres Mərkəzinin təməlini qoyub -Yenilənib

Prezident “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib - Yenilənib

İlham Əliyev Şuşada Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib - Yenilənib

Prezident Xankəndidə əsaslı təmir və bərpadan sonra “Palace” hotelinin açılışında iştirak edib - Yenilənib

Elşad Miri masonların Bakı toplantısında iştirak edib?

Ən çox oxunanalar