Şənbə, 06 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan cəmiyyətində Rusiyanın sülhə mane olmaq cəhdləri uğur qazana biləcək?

Movses Akopyan deyib ki, nə sərhəd postları, nə də başqa bir şey Tavuşda sülhü təmin etməyəcək...

Politoloq: “Hər şeydən əvvəl Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması müstəqil geosiyasi mğvqeyə malik olan bir Cənubi Qafqaz yaradır ki, bu da Rusiyanın maraqlarına tamamilə ziddir”.

“Faktiki olaraq, Ermənistan cəmiyyəti bir neçə hissəyə parçalanmış vəziyyətdədir”.

Bu sözləri politoloq Samir Hümbətov Ermənistanın keçmiş Baş Qərargah rəisinin Tavuşla bağlı fikirlərini Poliqon-a şərh edərkən qeyd edib.

Ermənistanın keçmiş Baş Qərargah rəisi Movses Akopyan deyib ki, nə sərhəd postları, nə də başqa bir şey Tavuşda sülhü təmin etməyəcək.

Ermənistanda Rusiyanın 5-ci kolonu kimi çıxış edən insanların bu tip bəyanatlar səsləndirməsi nədən xəbər verir və Ermənistanın böyük əksəriyyəti sülhə hazırdır? Digər tərəfdən, Vətən müharibəsindən sonra Rusiyanın Azərbaycanla Ermənistan arasında sülhə mane olmaq üçün bütün resurslarını səfərbər edir. Ermənistan cəmiyyətində Rusiyanın bu cəhdləri uğur qazana biləcəkmi?

Ermənistan cəmiyyətində baş verən prosesləri Poliqon-un əməkdaşı “Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi”nin rəhbəri, politoloq Samir Hümbətov ilə müzakirə edib.

Samir Hümbətov: “Paşinyan tab gətirə bilsə və məsələnin bir formada həllinə nail ola bilsə, bu zaman Ermənistan normal istiqamətə yönələ bilər”.

İndi Paşinyanın qarşsındakı birinci seçim məsələni hansısa formada həll etmək olduğunu vurğulayan politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, bunu etməsə, qarşıdakı dövrdə Ermənistanda sabitliyin olması mümkün deyil:

“Faktiki olaraq, Ermənistan cəmiyyəti bir neçə hissəyə parçalanmış vəziyyətdədir. Bu parçalanmış hissələr bir tərəfdən Qərbin, digər tərəfdən Rusiyanın, digər tərəfdən də ultra-millətçi qüvvələrin əlindədir. Müxtəlif istiqamət və cinahlardan bu parçalanma gedir və yəqin ki, proses davam edəcək.

Əslində Paşinyan delmitasiya və demarkasiya aparmaqla bir növ prosesi yekunlaşdırmağa çalışır. Buna görə də, tərəflər arasında müəyyən mənada sülhün olmasını istəyir. Amma bu tək Paşinyanın edə biləcəyi iş deyil. Yəni Paşinyan nə qədər istəsə belə, bu məsələyə ümumilikdə cəmiyyətin dəstək verməsi lazımdır.

Samir Hümbətov: “Ermənistan ya keçişin, ya ultra-millətçilərin, ya rusyönümlülərin, ya da Qərbyönümlülərin əlində oyuncağa çevriləcək”.

Ermənistanda qarşıdan referendum gəlir. Eyni zamanda sərhədlərlə bağlı məsələyə yenidən baxılmalıdır. Buna görə də düşünürəm ki, Rusiya tərəfindən Ermənistana qarşı təzyiqlər var. Həmçinin Qərb tərəfindən də Ermənistana təzyiqlər var. Təbii ki, Rusiya bölgədə sülhün olmasına qarşıdır, çünki faktiki olaraq bu sülh Rusiyanı regionda hərbi və geosiyasi baxımdan narahat edir. Hər şeydən əvvəl Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması müstəqil geosiyasi mğvqeyə malik olan bir Cənubi Qafqaz yaradır ki, bu da Rusiyanın maraqlarına tamamilə ziddir. Buna görə də Rusiya Ermənistandakı 5-ci kolonu vasitəsi ilə sülh prosesinə mane olmaq üçün hər şeyi edir və əslində bu hibrid müharibədir.

Bu baxımdan, Paşinyan tab gətirə bilsə və məsələnin hansısa formada həllinə nail ola bilsə, bu zaman Ermənistan normal istiqamətə yönələ bilər. Əks halda, Ermənistan ya keçişin, ya ultra-millətçilərin, ya rusyönümlülərin, ya da Qərbyönümlülərin əlində oyuncağa çevriləcək.

İndi Paşinyanın qarşsındakı birinci seçim məsələni bir formada həll etməkdir. Bunu etməsə, qarşıdakı dövrdə Ermənistanda sabitliyin olması mümkün deyil”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xankəndidə əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışı olub - Yenilənib

Azərbaycan lideri Xankəndi Konqres Mərkəzinin təməlini qoyub -Yenilənib

Prezident Xankəndidə əsaslı təmir və bərpadan sonra “Palace” hotelinin açılışında iştirak edib - Yenilənib

Prezident “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib - Yenilənib

İlham Əliyev Şuşada Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib - Yenilənib

Prezident Şuşada Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışında iştirak edib

Elşad Miri masonların Bakı toplantısında iştirak edib?

Natiq Miri: Böyük Britaniyada leyboristlərin hakimiyyətə gəlməsi ilə ciddi dəyişikliklərin anonsu verilir...

Rəcəb Tayyib Ərdoğan: Kimsə fransızların formasında xoruz var, niyə xoruzlanırsan deyirmi?

Ən çox oxunanalar