Cümə, 05 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-ın canfəşanlığı... Yaxın zamanda Azərbaycanla Ermənistan arasında çərçivə sazişi imzalana bilər?

ABŞ Vaşinqtonda keçirilən NATO sammitində Əliyev-Paşinyan görüşünün olacağına işarə edib...

Siyasi-şərhçi: “Azərbaycanın Ermənistan qarşısında konstitutsiya dəyişdirməsi məsələsi ilə bağlı tələbi var. Bu tələb öhdəlik kimi çərçivə sənədində də öz əksini tapa bilər”.

“Hələ ki, AzərbaycanErmənistan liderlərinin NATO sammitində iştirak etmələri üçün dəvət aldıqları və onu qəbul etdikləri barədə məlumat yoxdur”.

Bu sözləri siyasi-şərhçi Fərhad Məmmədov ABŞ-ın Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması istəyini Poliqon-a şərh edərkən qeyd edib.

Prezident İlham Əliyev Kanadanın yeni təyin edilən səfiri Kevin Hamiltonun etimadnaməsini qəbul edərkən Ermənistanla Azərbaycan arasında sülh prosesindən danışıb. Ölkə başçısının fikirlərinə əsaslanaraq demək olar ki, Bakı ilə İrəvan arasında bir çox prinsipial məsələ həllini tapıb. Son zamanlar ABŞ-dan verilən bəyanatlar da bunu təsdiq edir. ABŞ, hətta Vaşinqtonda keçirilən NATO sammitində Əliyev-Paşinyan görüşünün olacağına işarə edib.

Bu fonda Ermənistanda konstitutsiya dəyişikliyi olmadan, danışıqların hazırkı mərhələsində razılaşdırılan məsələlər ətrafında çərçivə sazişi imzalamasına ehtimal vermək olar?

Mövzu ilə əlaqədar Poliqon-un əməkdaşı siyasi-şərhçi Fərhad Məmmədovun fikirlərini öyrənib.

Fərhad Məmmədov: “Azərbaycanın Ermənistan qarşısında konstitutsiya dəyişdirməsi məsələsi ilə bağlı tələbi var. Bu tələb öhdəlik kimi çərçivə sənədində də öz əksini tapa bilər”.

Tam və hərtərəfli sülh sazişinin ancaq Ermənistanda konstitutsiya dəyişikliyindən sonra imzalana biləcəyini qeyd edən ekspert Poliqon-a açıqlamasında qeyd edib ki, bu çərçivə sənəd Ermənistanla Azərbaycan arasındakı bütün məsələlərin sivil formada həll edilməsi üçün zəmin yaradır:

ABŞ hər vəchlə çalışır ki, proses sürətlənsin. Hətta, görüş də planlaşdırılıb. Ancaq biz NATO sammitinə region ölkələrinin hansı səviyyədə dəvət olunmasına baxmalıyıq. Gürcüstan NATO sammitinə Xarici İşlər Nazirliyi səviyyəsində dəvət olunub. Böyük ehtimalla, Azərbaycanla Ermənistan da həmin səviyyədə sammitə dəvət olunub.

Yəni burada xarici işlər nazirlərinin görüşü haqqında danışmaq olar. Çünki hələ ki, AzərbaycanErmənistan liderlərinin NATO sammitində iştirak etmələri üçün dəvət aldıqları və onu qəbul etdikləri barədə məlumat yoxdur.

Fərhad Məmmədov: “Çərçivə sənədini əsas maneənin təsbiti kimi də dəyərləndirmək olar”.

İkinci məsələ, əsas prinsipləri özündə ehtiva edən çərçivə sənədi barədə fikirlər irəli sürülür. Eyni zamanda, Azərbaycanın Ermənistan qarşısında konstitutsiya dəyişdirməsi məsələsi ilə bağlı tələbi var. Bu tələb öhdəlik kimi çərçivə sənədində də öz əksini tapa bilər. Yəni Azərbaycanla Ermənistan arasında münasibətlər formalaşır, bu münasibətlər bir çərçivəyə salınır. Müəyyən öhdəliklər götürülür. Misal üçün, bütün məsələlərin siyasi-diplomatik yolla həlli və s. məsələlər barədə öhdəliklər götürülür.

Eyni zamanda, öhdəlik də götürülür ki, tam və hərtərəfli sülh sazişi ancaq Ermənistanda konstitutsiya dəyişikliyindən sonra baş verə bilər. Yəni bu çərçivə sənəd Ermənistanla Azərbaycan arasındakı bütün məsələlərin sivil formada həll edilməsi üçün zəmin yarada bilər. Həmçinin bu sənədi əsas maneənin təsbiti kimi də dəyərləndirmək olar”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Belçika Azərbaycana minatəmizləmə üçün 250 min avro ayırıb    

“Bakının İrəvana göndərdiyi 10-cu paketdə hansı tələblər var?" 

Xankəndidə əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışı olub - Yenilənib

Finlandiya sentyabrın 1-dən ölkəyə giriş qaydalarını sərtləşdirəcək  

Azərbaycan lideri Xankəndi Konqres Mərkəzinin təməlini qoyub -Yenilənib

Prezident “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib - Yenilənib

Prezident Xankəndidə əsaslı təmir və bərpadan sonra “Palace” hotelinin açılışında iştirak edib - Yenilənib

İlham Əliyev Şuşada Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib - Yenilənib

Elşad Miri masonların Bakı toplantısında iştirak edib?

Prezident Şuşada Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışında iştirak edib

Ən çox oxunanalar