Cümə, 05 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

FHN “Alov Qüllələri Fairmont Otel Bakı”da təlim keçirib - Video

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin birgə təşkilatçılığı ilə Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsi, 1A ünvanında fəaliyyət göstərən “Alov Qüllələri Fairmont Otel Bakı”da “Fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə” mövzusunda təlim keçirilib...

Bu barədə Poliqon-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, tədbirə FHN-in müvafiq canlı qüvvə və texnikası cəlb edilib.

Təlim obyektin kollektivinə yanğın zamanı davranış qaydalarının aşılanması, habelə bu kimi müəssisələrdə mümkün yanğınlar zamanı yanğından mühafizə bölmələrinin fəaliyyətinin daha da təkmilləşdirilməsi və xilasetmə üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsi məqsədilə təşkil edilib.

Təlim zamanı şərti “Həyəcan” siqnalı verildikdən sonra Yasamal rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri operativ qaydada hadisə yerinə çataraq, işçilərin “təhlükəli ərazidən” təxliyə edilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi” əməliyyatlarını yerinə yetiriblər.

Uğurla keçən təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, o cümlədən yanğın zamanı zəruri davranış qaydaları, təxliyə tədbirləri barədə ətraflı məlumat verilib, suallar cavablandırılıb.

Tədbirin sonunda müəssisənin yanğın təhlükəsizliyinə məsul əməkdaşlarına maarifləndirici çap materialları paylanılıb.

Fotolar

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Belçika Azərbaycana minatəmizləmə üçün 250 min avro ayırıb    

“Bakının İrəvana göndərdiyi 10-cu paketdə hansı tələblər var?" 

Şarl Mişel: Orbanın Aİ adından Rusiya ilə danışmaq səlahiyyəti yoxdur

Xankəndidə əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışı olub - Yenilənib

Finlandiya sentyabrın 1-dən ölkəyə giriş qaydalarını sərtləşdirəcək  

Göyçayda avtomobil yol kənarındakı su arxına düşüb, xəsarət alan var

Azərbaycan lideri Xankəndi Konqres Mərkəzinin təməlini qoyub -Yenilənib

Sumqayıtda 45 yaşlı kişi qeyri-çimərlik ərazidə batıb

Prezident “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib - Yenilənib

İlham Əliyev Şuşada Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib - Yenilənib

Ən çox oxunanalar