Cümə axşamı, 03 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı metrosunda COP29 ərəfəsində 10 "Məlumat köşkü" yaradılacaq

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının bu ilin noyabr ayında Bakıda keçiriləcək 29-cu sessiyası (COP29) ərəfəsində “Bakı Metropoliteni” QSC-nin stansiyalarında könüllülərin fəaliyyətinin optimal təmin edilməsi, əcnəbilərə və ümumiyyətlə, müvafiq suallarla müraciət edən sərnişinlərə kömək göstərilməsi məqsədilə 10 “Məlumat köşkü” yaradılacaq...

Bu barədə Poliqon-a səhmdar cəmiyyətindən məlumat verilib.

Bildirilib ki, bununla bağlı yanvar ayında Tədbirlər Planı təsdiq edilib və buna müvafiq işlər aparılır. Əsas təmir və hazırlıq işlərinin oktyabrın 10-dək başa çatdırılması və daha sonra COP29 dövründə müvafiq nəzarət mexanizmlərinin tətbiqi nəzərdə tutulub.

Yanvarda gediş haqqının ödənilməsi sistemlərinin tətbiqi ilə əlaqədar “BakıKart” sistemini həyata keçirən “K-Group” şirkəti ilə birgə müşavirələr təyin edilib. Bu günə qədər 9 müşavirədə qəbul edilmiş qərarlar icra olunub və ya hazırda icrası davam edir.

COP29 Əməliyyat Şirkəti, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin xətti ilə yaradılmış nəqliyyat sektoru ilə bağlı işçi qrupunda birgə müzakirələr aparılır, problemlər, həllini gözləyən məsələlər müzakirəyə çıxarılır və mütəmadi birgə fəaliyyət təmin edilir.

“Koroğlu” stansiyasında əlil arabası istifadəçilərinin sərbəst hərəkətini təmin edəcək avtomatik platformaların (pandusların), eləcə də hazırda “Əlçatan metro” layihəsi çərçivəsində istismarda olan əlil arabalarının texniki daşıma dəstəyi qurğularının sayının optimal həddə çatdırılması məqsədilə eskalatorlarda istifadə və universal daşıma məqsədilə qurğuların alınması istiqamətində işlər aparılır. Bakı metropolitenindən istifadə etmək imkanları məhdud olan şəxslərə xidmət mədəniyyətinin keyfiyyətinin yaxşılaşdırılmasına nail olunacaq.

Həmçinin metropolitenin rəsmi saytında ödəniş üsulları və digər bölmələrin ingilis dili versiyasının təkmilləşdirilməsi və yeni bölmələrin yaradılması işləri aparılıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ruslar taktikalarını təkmilləşdirib: Ukraynanın şərqindəki əraziləri görünməmiş sürətlə itirilir...

Yeni sədr onların da qohumlarını işdən çıxardı - Foto

Prezident general-mayoru rütbəsindən məhrum edib

Bakıda məktəbdə tədris dayandırıldı - şagirdlər evə buraxıldı

NYT: Seçkilərə görə ABŞ-ın İsrailə kifayət qədər təsir aləti yoxdur...

Maaş, pensiya və sosial ödənişlər nə qədər artacaq?

Bakıda qorxunc ağ Amerika həşəratları yayılır: "Təcili tədbirlər görülməsə..." - Foto

SOCAR 2035-ci ilə qədər layihə portfelini şaxələndirməyi planlaşdırır

Ayxan Hacızadə: Varşava Forumu anti-Azərbaycan əhval-ruhiyyəsinin qızışdırılmasına yönəlib

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - Yenilənib

AMEA prezidentinə müşavirlər təyin olunub - Foto

Ən çox oxunanalar