Çərşənbə, 24 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Soyqırım yalanı ilə mübarizədə 10 səhv və 1 həqiqət

Hədəf ermənilər deyil. Əsas hədəf bu yalanı 1916-cı ildən bəri yayan və Sevrdən başlayaraq hər fürsətdə Türkiyəyə qarşı istifadə edən imperialistlərdir...

Utku Reyhan
“Aydınlık” qəzeti, Türkiyə 27 aprel 2020-ci il

Bir müddətdir gördüyümüz kimi, məqsəd 1915-1923-ci illər arasındakı dövrü “soyqırım dövrü” elan etməkdir. Beləliklə də, Türkiyənin təməlləri “qanunsuz” hesab olunacaq. Bayden məqsədlərinin soyqırımın təkrarlanmasının qarşısını almaq olduğunu bildirib. Yəni “soyqırım törədən Türkiyə” yeni bir soyqırım eləməsin. Maraqlı vəziyyətdir. Çünki Qərbdə Türkiyənin PKK-ya qarşı mübarizəsi haqqında uzun müddətdir “kürd soyqırımı” ifadələrindən istifadə olunur.

Co Bayden 1915 hadisələrinə “soyqırım” dedikdən sonra minlərlə doğru və yanlış reaksiya səsləndirildi.

Əslində isə yalnız bir həqiqət var. Yəni soyqırım anlayışı beynəlxalq cinayət hüququna aid edilən bir cinayət tərifidir. Bu səbəbdən, bir aktın soyqırımı olub olmadığına yalnız səlahiyyətli məhkəmələr qərar verə bilər. “Vatan” Partiyasının lideri Doğu Perinçek bu tezisi illərdir demək olar ki, təkbaşına müdafiə edir. AİHM-dəki Perinçek-İsveçrə məhkəmə qərarı da buna işarə edirdi.

Nəhayət, Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterresin sözçüsü Stefan Ducarrik de la Rivier isə “Bayden 1915 hadisələrini soyqırım kimi tanımağa hazırlaşır. Bu məsələdə BMT Baş Katibinin mövqeyi nədir?” sualına: “Buna yalnız səlahiyyətli məhkəmələr qərar verə bilər”, deyə cavab verib.

Soyqırım hüquqi bir iddiadır. Əsaslar isə bunlardır:

- AİHM 2-ci Palatası, Perinçek-İsveçrə məhkəməsi barədə qərar (2013)

- AİHM Böyük Palatası, Perinçek - İsveçrə məhkəməsi barədə qərar (2015)

- AİHM Ali Mercan, Ethem Kayalı, Hasan Kemahlı / İsveçrə məsələsi (2017)

- Birləşmiş Millətlər Təşkilatının Soyqırım Cinayətinin qarşısının alınması və cəzalandırılmasına dair Konvensiyası (1948)

- Beynəlxalq Ədalət Məhkəməsi, Xorvatiya-Serbiya məhkəməsi barədə qərar (2015)

- AİHM, Embla Embla - Fransa məhkəməsi barədə qərar (2015)

- Fransa Konstitusiya Şurası, Vinsent R. iddiası barədə qərar (2016).

Perinçek-İsveçrə məhkəməsi və ondan sonrakı qərarlar ilə birlikdə ortaya çıxan yekun qərar “soyqırım” mübahisəsinə son qoyub.

Qısaca, 1915-ci il hadisələri ilə yəhudi soyqırımı fərqli kateqoriyalardır. 1915 hadisələri ilə bağlı bir məhkəmə qərarı yoxdur. Bu halda səlahiyyətli məhkəmə qərarı yoxdursa, deməli, soyqırım da yoxdur. 1948-ci ildən əvvəl baş verən soyqırıma hökm etmək olmaz. Belə bir cinayət tərifi yoxdur. Qanunsuz bir cinayət və ya cəza ola bilməz.

Deməli, qanuni bir konsepsiya olan soyqırımla bağlı mübahisələr Böyük Palatanın 2015-ci il tarixli qərarından bəri açılmayıb. 1915-ci ildə baş verənlər hər baxımdan müzakirə edilə bilər. Bizim üçün “vətən müharibəsi” olan bir hadisə, başqası üçün faciə ola bilər. Bu isə fikir azadlığıdır. Ancaq bunu “soyqırım” adlandırmaq olməz.

Türkiyə əsas zəmini olan hüquq sahəsindəki bu məsələni kökündən həll etmiş olsa da, köhnə vərdişlərdən imtina edə bilməyib. Təəssüf ki, soyqırım yalanına qarşı mübarizə yeni qazanılan mövqelərdən deyil, köhnə müdafiə mövqelərindən davam etdirilir. Xüsusilə təqaüdə çıxmış diplomatlar, əsgərlər və bəzi akademiklər bu səhvi davam etdirirlər. Hakimiyyət və müxalifət 2015-ci ildən sonra meydana çıxan yeni vəziyyəti görmür. Onlar əzbərçidirlər və həyatları dondurulub. Bəs bu əzbərləmiş səhvləri nələrdir? Onları müxtəlif başlıqlar altında qruplaşdırmaq olar:

1) “Tarixçilərə buraxaq”

Ən çox buraxılan səhvlərdən biridir. Məsələ qanuni şəkildə həll olunsa da, prosesi uzadan və problemli hala gətirən bir ritorikadır.

“Hamı arxivlərini açsın, müstəqil tarixçilər də araşdırsın”, deyirlər. Artıq demək olar ki, bütün arxivlər tökülüb. Həm də bu müstəqil tarixçilər kimlərdir? Tarixçilər bunu araşdırıb “soyqırım” hökmü verəcəklərmi? Yenidən qeyd etmək lazımdır ki, soyqırım bir cinayət tərifidir. O zaman tarixçilər də ağır cinayət rəisi hesab olunmalıdır?

Təbii ki, xeyr. Soyqırım iddiası tarixçilərin deyil, məhkəmələrin işidir. Məhkəmə qərarı yoxdursa, soyqırım da yoxdur. Yeni bir məhkəmə qurmaq isə mümkün deyil.

2) “Erməni lobbisinin işi”

Bu, bilərəkdən və ya bilməyərəkdən amerikaçılıq etməyin ən maraqlı formasıdır. Erməni lobbisi olmasaydı, ABŞ Türkiyənin düşmən olardımı? Əslində, PKK-ya silah verən ABŞ-ın özü deyil, PKK lobbisidir. İraqı işğal edən silah lobbisi, ABŞ hərbi gəmilərini Egeyə gətirən yunan lobbisi, 15 İyul təşkil edən FETO lobbisi - hər biri ABŞ-ın daxili siyasətinə bağlıdır. Baş verənlər Kaliforniyadakı ermənilərin səsini almaq üçündür. Əgər türk lobbisi də güclü olsaydı, vəziyyət dəyişərdi.

Yuxarıda göstərilənlər ABŞ-ın imperialist xarakterini gizlətmək və erməniləri günahlandırmaq üçün asan bir yoldur. Beləliklə, Türkiyədəki qəzəb ABŞ imperializminə deyil, ermənilərə yönəldiləcəkdi. Lakin Baydenin açıqlaması erməni lobbisinin işi deyil. Bu, ABŞ-ın Türkiyəyə qarşı təcavüzünün bir hissəsidir.

3) “Əsl soyqırım edən ermənilərdir”

Bu da, ümumiyyətlə xoş niyyətlə edilən bir səhvdir. 1915-ci ildən əvvəl ermənilərin türklərə qarşı soyqırım törətdikləri deyilir. Bu isə Türkiyənin əlini zəiflədir. Çünki ermənilərin türklərə qarşı törətdikləri qırğınları “soyqırım” olaraq təyin edən səlahiyyətli bir məhkəmə qərarı yoxdur. “Soyqırım” mövzusunda beynəlxalq hüquqa riayət etmək Türkiyənin xeyrinədir. Milliyyətçi hissləri oxşasa da, bunlar zərər verən iddialardır. 1915-dən əvvəlki və sonrakı proseslə bağlı ən doğru tarixi şərh qarşılıqlı qətliamdır. Lakin bu, soyqırım deyil.

4) “ABŞ və Qərb özünə baxsın”

ABŞ və Qərb ölkələrinin törətdiyi qətliamlar hər kəsə məlumdur. Qızıldərililərin məhv edilməsindən, İraqdakı faciəyə qədər hər şey aydındır. Lakin əvvəlki maddədə qeyd edilən hüquqi amillər bu maddəyə də aiddir. Bunlara soyqırım demək öz-özünü inkar etməkdir.

5) “Türkiyənin Xarici İşləri çox acizdir, bizim lobbimiz yoxdur”

Əsas məsələlərdən biri də müxalifətin bu cür ritorikasıdır. Bu əsasən, Türkiyə əvvəl ABŞ-da aktiv idi. Yəni prezidentlər “soyqırım” sözünü deyə bilməzdi. “İndi isə Xarici İşlər o qədər pis vəziyyətdədir ki, ABŞ-da tək qaldıq, başımıza belə işlər gəldi”.

Reallıq isə odur ki, Türkiyə 2013-dən bu yana sistemli şəkildə ABŞ-dan qopur. ABŞ 17-25 Dekabr, 15 İyul və PKK-nı silahlandırmaq kimi üsullarla buna cavab verməyə çalışdı. Türkiyə isə Rusiya İran və Çin kimi ölkələrlə yaxınlaşdı. Bayden indi Türkiyəni cəzalandırmağa çalışmaqla öz müstəqil xarici siyasətini yürüdür. Türkiyə əgər S-400-dən imtina etsəydi, yenidən PKK-nın açılmasına icazə versəydi, əvvəlki kimi ABŞ-ın patrul xidməti olsaydı, Bayden heç vaxt “soyqırım” sözünü işlətməzdi. O zaman nəyə qərar veriləcək: müstəqil olmağa, yoxsa müstəmləkəçiliyə? Müxalifətin hər vəziyyətdə ABŞ-ı deyil, Türkiyəni günahlandırması qətiyyən təsadüf deyil.

6) “İttifaqa yaraşmadı”

Bu, inanılmaz bir bəyanatdır. 76 illik Amerika dövrünün hamısını deyil, son 10 ildə yaşadıqlarımızı belə qiymətləndirsək, onun müttəfiq olmadığını asanlıqla görə bilərik. ABŞ-ın etdiklərinin yarısını başqa bir ölkə etsəydi, Türkiyə onu artıq düşmən elan etmişdi. “İttifaqa yaraşmadı” ifadəsi 76 yaşlı Amerika boyunduruğunun qalığıdır.

7) “Günahkar Osmanlıdır və İTC respublika deyildi”

Bu, bəzi sadəlövh atatürkçülərin diqqətini çəkmək üçün irəli sürülən faydalı bir ifadədir. Bu cür düşünənlər, demək olar ki, Baydenə təşəkkür edirlər. Onlara görə, Bayden İstanbulu Konstantinopol adlandıraraq Osmanlı dönəminə və sürgün qərarını qəbul edən İttihad və Tərəqqi Cəmiyyətinə işarə edib və beləliklə də, respublikanı günahlandırmamağı seçib.

Halbuki soyqırım iddiasının ideoloqları şüurlu şəkildə soyqırım tarixini 1915-1923 kimi göstərirlər. Başqa sözlə, milli mübarizə dövrü, əslində bir soyqırım tarixidir. Əgər 1915-ci il sürgünü olmasaydı, 1919-cu ildə, hətta Ərzurum və Sivas konqreslərinin keçirilməsi də mümkün olmazdı. İstiqlaliyyət müharibəsində bütün güc və diqqətin Qərb cəbhəsinə yönəlməsi qəhrəman Talat Paşanın rəhbərlik etdiyi İTC hökumətinin 1915-ci il qərarının nəticəsidir.

8) “ABŞ müdaxilə etməsin, biz ortaq faciələrimizlə üzləşərik”

Bu, Türkiyədəki liberal və bölücü qrupların utancaq ritorikasıdır. “Soyqırım” deməsələr də, “adı hər nə olursa olsun” deyirlər. Məqsəd istənilən halda 1915-i lənətləməkdir. Hər vəziyyətdə İTC və respublika düşmənçiliyidir. Halbuki 1915-ci il Türkiyənin öz vətənini müdafiə etməsidir.

9) “Erməni iddiaları”

AİHM-dəki qələbənin səbəblərindən biri də Doğu Perinçekin “erməni iddiaları” əvəzinə, “imperialist yalan” ifadəsini işlətmiş olmasıdır. Beləliklə də, nifrət cinayətinin elementləri formalaşmadı. Məsələnin əsl üzü budur. Hədəf ermənilər deyil. Əsas hədəf bu yalanı 1916-cı ildən bəri yayan və Sevrdən başlayaraq hər fürsətdə Türkiyəyə qarşı istifadə edən imperialistlərdir. Ermənilər isə türk millətinin bir hissəsidir.

10) “AİHM qərarında soyqırım edilmədiyi qeyd olunmayıb”

Perinçek-İsveçrə məsələsini gözdən salmaq istəyən dairələr və təəssüf ki, bəzi keçmiş diplomatlar bu iddianı dilə gətirirlər. Onlara görə, Perinçek qərarı yalnız düşüncəni ifadə etmək azadlığı ilə bağlı bir qərardır. Perinçek, İsveçrədə “erməni soyqırımı imperialist bir yalandır” dediyi üçün həbs edilmiş, bu vəziyyətdə isə Perinçek işi AİHM-ə gətirmiş və AİHM də bunu “düşüncə azadlığı” çərçivəsində qiymətləndirmişdi.

Ancaq iş ondadır ki, həmin AİHM yəhudi soyqırımını rədd etdiyi üçün cəzalandırılanların müraciətlərini həmişə rədd edir. Çünki ortada Nürnberq Müharibə Məhkəməsinin hökmü var. 1915 hadisələrindən söz düşəndə ​​Perinçek və Ali Mercan, Ethem Kayalı, Hasan Kemahlı nümunələrindəki kimi əks istiqamətdə qərar verirlər. Çünki yəhudi soyqırımından fərqli olaraq, erməni soyqırımı ilə bağlı məhkəmə qərarı yoxdur. Üstəlik, AİHM də qərarında məhz bundan bəhs edir.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda övladını girov götürən və polisin zərərsizləşdirdiyi şəxslə bağlı yeni detallar - Təfərrüat, Video

Ağadadaş Ağayevin atdığı balta qadını yaraladı - Təfərrüat

Baba Vəziroğlu Ağadadaş Ağayevdən danışdı: "Vəziyyət o həddə çatıb ki..."

Xırdalanda qadının əri tərəfindən pəncərədən atılması ilə bağlı təfərrüat - Yenilənib

Ağadadaş Ağayev balta atdığı şəxsdən polisə şikayət etdi

Bakıda dəhşət: Ata bir azyaşlı uşağını öldürüb, digərini yaralayıb, sonra isə intihar edib

Milli Məclis Aparatının sabiq rəhbəri Səfa Mirzəyev II Fəxri xiyabanda dəfn olunub

Abşeronda iki qardaşın ölməsi ilə bağlı cinayət işi açılıb - Yenilənib

Azərbaycan gömrüyündə bəyanetmə qaydaları dəyişib

Trampın seçilməsi niyə Azərbaycanın maraqlarına xidmət edir?

Ən çox oxunanalar