Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

SOCAR-ın prezidenti Qələbə münasibətilə şirkətin rəhbər heyəti ilə onlayn görüş keçirdi - Fotolar

Dövlət Neft Şirkətindən Yenisabah.az-a verilən məlumata əsasən, SOCAR-ın prezidenti Rövnəq Abdullayev görüş iştirakçılarını vətən müharibəsində əldə olunan qələbə münasibətilə təbrik edib və əlavə edib ki, bu qələbədə bütün Azərbaycan xalqı kimi, çoxminli neftçilərin də danılmaz əməyi var.

“Bu münasibətlə mən neftçi həmkarlarımızı ürəkdən təbrik edirəm. İndi qarşımızda daha məsul vəzifələr durur. Azərbaycan respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin də bildirdiyi kimi, biz Qarabağımızı, xüsusilə onun incisi olan Şuşa şəhərini dirçəltməliyik. Azərbaycan neftçiləri olaraq, bu işdə bütün gücümüzü səfərbər edib, daha da əzmlə çalışacağıq” - deyə, o bildirib.

SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə də görüşdə çıxış edərək, neftçilərimiz də daxil olmaqla bütün Azərbaycan xalqını, xüsusilə Milli Ordumuzu və onun başında duran Ali Baş Komandanımız cənab İlham Əliyevi təbrik edib.

Azərbayan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cahangir Əliyev də səsləndirilən təbriklərə qoşularaq, işğaldan azad olunan Qarabağ torpaqlarında bundan sonra aparılacaq quruculuq işlərində neftçilərin fəal rol oynayacaqlarına, onların öz zəhməti, biliyi, əzmi və iradəsi ilə Vətənimizə davamlı olaraq xidmət edəcəklərinə əminliyini bildirib.

Görüşdə neftçilər adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət qəbul olunub.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Özündən 11 yaş böyük, boşanmış sevgilisi ilə birlikdə intihar edən Yasinin məktubu tapıldı - Video, Yenilənib

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

YAP-ın deputatlığa namizədləri açıqlanıb – Siyahı

Benzinə görə bu maşınların qiyməti dəyişdi - Maşın bazarında son vəziyyət

Prezident Cəbrayıl, Qubadlı və Zəngilandakı xüsusi nümayəndəsinə müavin təyin edib

Rektorun sahib olduğu mülklərin siyahısı: Universitet, kollec, orta məktəblər, klinika

Prezidentin xüsusi nümayəndəsinin yeni müavini kimdir? - Bioqrafiya

ABŞ mediası Qarabağ müharibəsini Ukraynadakı münaqişə ilə müqayisə edib

"Birləşdik - 2024" beynəlxalq təlimi başa çatıb - Yenilənib

Ən çox oxunanalar