Çərşənbə, 24 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şıxəli Qurbanovu Vəfa Quluzadənin qaynatası öldürüb

Bu gün Şıxəli Qurbanovun (16 avqust 1925, 24 may 1967) doğum günüdür. O, gənc yaşlarında Azərbaycan yazıçısı, dramaturq, şair, filoloq-alim, ədəbiyyatçı, dövlət və ictimai xadim kimi tanınırdı, filologiya elmləri doktoru, Azərbaycan Dövlət mükafatı və Üzeyir Hacıbəyov adına mükafatın laureatı idi.

Şıxəli Qurbanov hər bir azərbaycanlının yaddaşında həm də Novruz bayramının dövlət səviyyəsində ilk dəfə keçirilməsinin səbəbkarı kimi qalıb. 1967-ci ildə Azərbaycanın SSRİ-nin tərkibində olduğunu nəzərə alsaq, buna müvəffəq olmaq heç də asan olmayıb. Amma 1967-ci ilin mayın 24-də Şıxəli Qurbanov dişlərini müalicə etdirmək üçün həkimə gedir və elə oradaca müəmmalı şəkildə vəfat edir. Həkim dişinə iynə vurarkən Şıxəli Qurbanov dünyasını dəyişir, həkim pəncərədən düşüb qaçır.

Modern.az Şıxəli Qurbanovun ölümünə səbəb olan həkimin kimliyini araşdırmağa çalışıb. Araşdırmalarımız zamanı, həmin həkimin Azərbaycanın mərhum diplomatı Vəfa Quluzadənin qaynatası olduğu məlum olub. Əhmədov Əliağa Abbasqulu oğlu (21.4.1917, Bakı – 30.5.2005, Bakı) – Azәrb. stomatoloqu. Tibb e.d. (1968), prof. (1969), Azәrb. SSR әmәkdar hәkimi (1983) vә әmәkdar elm xadimi (1991). Azәrb. Dövlәt Tibb İn-tunu bitirib. (1946). Azәrb. Dövlәt Hәkimlәri Tәkmillәşdirmә İn-tunun stomatologiya kursunun (1963–65), Azәrb. Dövlәt Tibb İn-tunun ortopedik stomatologiya kafedrasının müdiri (1965–85) olmuş, 1989 ildәn ömrünün sonunadәk hәmin kafedrada mәslәhәtçi-prof. işlәyib. Tәdqiqatı Azәrbaycanda diş kariyesinin yayılmasının tibbi coğrafiyasına vә s. hәsr edilib. 200-dәn artıq elmi әsәrin müәllifidir.

Vəfa Quluzadə Əliağa Əhmədovun musiqi müəlliməsi olan qızı Leyla Əhmədova ilə ailə həyatı qurub. Vəfa Quluzadənin qaynatasının Şıxəli Qurbanovu bilərəkdən öldürməsi barədə bir neçə versiya mövcuddur. Həmin versiyalardan biri Novruz bayramının ilk dəfə dövlət səviyyəsində keçirilməsinə müvəffəq olmasını o zamankı sovet hakimiyyəti qəbul etməyib. Bu, sovet imperiyasına qarşı çıxmaq kimi qiymətləndirilib. O səbəbdən də dişinin çəkilməsi zamanı iynə vurulması və bununla da həyatına son qoyulması ən “uğurlu” iş kimi ortaya atılır.

Başqa bir versiyaya görə, həkim Şıxəli Qurbanovun damagına antibiotik vurub ve pasiyent anında şoka düşüb. Onu bu vəziyyətdən çıxarmaq mümkün olmayıb. Bəzi iddialar görə, Şıxəli Qurbanovun ölümü qəsd deyil. Bu barədə Əliağa Əhmədovun yazdığı kitabda da məlumat var. Həkimin iddiasına görə onlar dost olublar. Burada yalnız həkim səhvindən söhbət gedə bilər.

Həkim tam ampuladan əvvəl proba vurmalı idi ki, bədənin reaksiyasını öyrənsin. Ancaq bunu etməyib. Qurbanovda çox nadir rast gəlinən patalogiya olub:

antibiotikə qarşı həssaslıq. Hər iki halda həkim təəssüf ki, Şıxəli Qurbanovun həyatına son qoyub.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda övladını girov götürən və polisin zərərsizləşdirdiyi şəxslə bağlı yeni detallar - Təfərrüat, Video

Ağadadaş Ağayevin atdığı balta qadını yaraladı - Təfərrüat

Baba Vəziroğlu Ağadadaş Ağayevdən danışdı: "Vəziyyət o həddə çatıb ki..."

Xırdalanda qadının əri tərəfindən pəncərədən atılması ilə bağlı təfərrüat - Yenilənib

Ağadadaş Ağayevlə bağlı məsələdə yenidən gündəmə gələn "MedEra Hospitalı" kimindir?

Ağadadaş Ağayev balta atdığı şəxsdən polisə şikayət etdi

Abşeronda iki qardaşın ölməsi ilə bağlı cinayət işi açılıb - Yenilənib

Bakıda dəhşət: Ata bir azyaşlı uşağını öldürüb, digərini yaralayıb, sonra isə intihar edib

Milli Məclis Aparatının sabiq rəhbəri Səfa Mirzəyev II Fəxri xiyabanda dəfn olunub

Azərbaycanda əmi, dayı və xala uşaqlarının nikahı qadağan edilib

Ən çox oxunanalar