Bu məqsədlə Şimali Kipr Türk Cümhuriyyətində anım törəni keçirilib
Ölkənin sabiq prezidenti Mehmet Əli Talat Denktaşı Kipr türklərinin öndə gedən lideri adlandırıb, onu türk xalqının mübarizəsinə damğa vurduğunu xatırladıb:
“Biz Rauf Denktaşla eyni siyasi düşərgədə deyildik, fərqli mövqelərdən çıxış edirdik. Ancaq hər zaman etibarlı münasibətimiz olub. Rauf Denktaş sayğı duyulacaq, güvəniləcək bir şəxsiyyət idi”.
Ölkənin digər sabiq prezidenti Dərviş Eroğlu isə deyib ki, Rauf Denktaşla çox yaxından işləmə fürsəti olub:
“Denktaşla 1975-ci ildə Kipr Türk Federal Dövlət quruluşundan sonra çoxpartiyalı parlamentar sistemə keçildiyi zaman Milli Birlik Partiyasında birgə fəaliyyət göstərmişəm. Bu partiyanı Rauf Denktaş qurmuşdu və bizim sona qədər çox yaxın əlaqələrimiz davam edib. Siyasətdə bəzən rəqib olduq, ancaq Denktaşın qurduğu partiya hələ də fəaliyyətini davam etdirir və mən bu partiyanın sədriyəm. Sonradan onun oğlu ilə münasibətlərimiz dəyişdi. Buna baxmayaraq, öldüyü günə qədər Denktaşla birlikdə olduq. Son nəfəsində də onun yanında idim. Rauf Denktaşa olan sevgi və hörmətin nə dərəcədə böyük olduğunu ifadə etməyə ehtiyac yoxdur”.Hazırda Şimali Kipr Türk Cümhuriyyətinin maliyyə naziri olan Sərdar Denktaş isə atası Rauf Debkltaşın mübarizə adamı olduğunu deyib:
“Atam bu milli mübarizədə 6 övladından üçünü itirdi. Rauf Denktaş o ağır dövrlərdə Kipr türklərinin mübarizəsini dördəlli dəstəkləyib, bu mübarizəni son nəfəsinə qədər davam etdirdi”. (Teleqraf.com)
pia.az