Cümə, 19 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səudiyyə Ərəbistanı “Yaxın Şərqin yaşıl dövrünü” başladır?..

Şahzadə Məhəmməd ibn Salman: “Bu gün biz region üçün yeni yaşıl bir dövrə başlayırıq, biz ona rəhbərlik edəcəyik və onun bəhrələrini birlikdə yığacağıq”...

Tarık Alhomayed
“Şarkul Avsat” qəzeti, 27 oktyabr 2021-ci il

Səudiyyə Ərəbistanı vəliəhd şahzadə Məhəmməd ibn Salmanın paytaxt Ər-Riyadda təşkil etdiyi “Yaşıl Yaxın Şərq Təşəbbüsü” sammiti vasitəsilə region və dünya üçün bir çox iqlim təşəbbüsləri təqdim edib.

Qeyri-adi beynəlxalq iştirakın şahidi olan bu sammitin açılışında vəliəhd şahzadə Məhəmməd ibn Salman Krallığın inkişaf etməkdə olan enerji bazarlarında qabaqcıl rolunun genişləndirilməsi, eləcə də ekoloji təmizliyin təmin edilməsinə töhfə verən qlobal təşəbbüs kimi regionda dairəvi karbon iqtisadiyyatı texnologiyalarına müraciət edib. Vəliəhd əlavə edib ki, bu iki təşəbbüsə qoyulan ümumi investisiya təxminən 39 milyard riyal (10,4 milyard dollar) təşkil edir və Səudiyyə Ərəbistanı onun maliyyələşdirilməsinə təxminən 15% töhfə verəcək.

Məhəmməd ibn Salman, həmçinin ətraf mühitin qorunması və iqlim dəyişikliyi ilə mübarizə üzrə digər Səudiyyə təşəbbüslərini, o cümlədən iqlim dəyişikliyi üzrə regional mərkəzin yaradılması və karbon hasilatı, istifadəsi və saxlanması üçün regional kompleksin yaradılmasının gözlənildiyini də açıqlayıb. “Yaşıl Yaxın Şərq Təşəbbüsü”, şübhəsiz ki, ən mühüm iqtisadi, siyasi və iqlim təşəbbüslərindən biridir. Çünki o, dünyada iqlim dəyişikliyinin nəticələrinin təhlükəsi barədə beynəlxalq xəbərdarlıq etdiyi bir zamanda həyatın mərkəzinə toxunur.

Digər tərəfdən, təşəbbüsün gözardı edilməyəcək mühüm tərəfləri var. Qeyd edək ki, bunlardan ən mühümü Səudiyyə Ərəbistanının bu iqlim dəyişiklikləri arasında tarixi təşəbbüsə öncülük etməsi, yəni Səudiyyə Ərəbistanının liderlik rolunu oynaması və region və dünya qarşısında məsuliyyətlərini üzərinə götürməsidir.

Bu, təkcə kənar təşəbbüslə edilən bir iş deyildi. Lakin Səudiyyə Ərəbistanının etdiyi şey ətraf mühitin qorunması da daxil olmaqla, bütün səviyyələrdə deyilənlərdən kənara çıxan Səudiyyə daxili islahat təşəbbüslərinin genişləndirilməsidir.

Vəliəhd şahzadə Məhəmməd ibn Salman sammitdəki çıxışında: “Bu gün biz region üçün yeni yaşıl dövrə başlayırıq. Biz buna rəhbərlik edib meyvələri birlikdə yığacağıq”, deyə qeyd edib. Bu tamamilə doğrudur. Çünki Səudiyyə Ərəbistanı “Vision 2030”a rəhbərlik edir və onun bəhrəsini də alır.

Bu faktdır ki, bu gün biz müəssisə krallığı mərhələsindəyi. Təşəbbüs göstərməyənlərin geridə qaldığını və bunun əvəzini ağır ödədiyini öyrəndiyimiz bir bölgədəyik.

Kim olursa olsun, heç bir ölkənin reallığı dəqiq olmayan bir təşəbbüs irəli sürməsi mümkün deyil. Buna görə də, Səudiyyə Ərəbistanının bu gün təklif etdiyi təşəbbüslərin dəyəri ondan ibarətdir ki, o, 2015-ci ildən bəri sürətlənən və kökündən fərqli şəkildə başlayan Səudiyyənin daxili təşəbbüslərinə bir məhsul və tamamlayıcı kimi gəlir.

Bəli, Səudiyyə Ərəbistanı yarandığı gündən xeyriyyəçilik təşəbbüsləri ölkəsidir. Lakin Səudiyyə Ərəbistanının 2030-cu ilədək baxışı daxili təşəbbüslərə və ona region və dünya üçün təşəbbüslərin təqdim edilməsində liderlik etmək hüququ verən radikal, davamlı və sürətləndirilən daxili islahatlara və keyfiyyət sıçrayışlarına əsaslanır.

Vəliəhd şahzadə Məhəmməd ibn Salmanın da dediyi kimi: “Bu gün biz region üçün yeni yaşıl bir dövrə başlayırıq, biz ona rəhbərlik edəcəyik və onun bəhrələrini birlikdə yığacağıq”. Bu, insanların qayğısına qalan bir dövrdür. Bu, islahatlar və bəşəri dəyərlərin qorunub saxlanması, bizim, övladlarımız və ölkəmiz üçün daha yaxşı ümidlərin yaradılmasıdır.

Sözün əsas mahiyyəti odur ki, dünya həyat və inkişaf imkanlarını dəstəkləmək üçün Ər-Riyadda idi və biz Səudiyyənin rəhbərliyi altında yaşıl bir dövrdə olduğumuzu görürük.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qorxmaz Hüseynovun icra başçısı olan qudası vəzifəsindən azad edilir

İlham Əliyev Oksfordda Almaniya kansleri ilə görüşüb - Yenilənib

Kür çayında meyiti tapılan şəxs itkin olaraq axtarışda olub - Yenilənib

Çempionlar Liqası: "Qarabağ" - "Linkoln" matçının biletləri sabahdan satışa çıxarılacaq

Türkiyə Futbol Federasiyasının prezidenti dəyişib

İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxış edib - Yenilənib

Azərbaycanda gələn aydan internet tarifləri dəyişdiriləcək

Ən çox oxunanalar