Şəmkir rayonunun Seyidlər kəndində yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var.
"Report"un Qərb bürosunun məlumatına görə, minik avtomobili ilə "KamAZ" markalı yük avtomobilinin toqquşması nəticəsində 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə yerinə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.
Xəsarət alanlar xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Poliqon.info