Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səfir: “Aİ Azərbaycan üçün etibarlı tərəfdaşdır”

Avropa İttifaqı Azərbaycan üçün etibarlı tərəfdaşdır”.

“Report” xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko Bakıda Avropa Gününə həsr olunmuş tədbirdə deyib.

“Biz pandemiyanın çətin dövrlərindən keçmişik. Ötən illərdə Azərbaycanla müxtəlif sahələrdə əlaqələri gücləndirmişik”, - səfir bildirib.

P.Mixalko Azərbaycan ilə Aİ arasında hərtərəfli sazişin yaxın vaxtlarda imzalanacağına ümidvar olduğunu qeyd edib.

Diplomat vurğulayıb ki, Aİ Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsini dəstəkləyir: “Aİ Cənubi Qafqaz regionunda sülh, təhlükəsizlik və sabitlik üçün fəal addımlar atır. Əməkdaşlığımız enerji sektorunda inkişaf edir, “Cənub Qaz Dəhlizi” layihəsi mühüm rol oynayır. Həmçinin bərpa olunan enerji mənbələrinə də böyük diqqət yetiririk”.

Öz növbəsində Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Aİ səfirini Avropa Günü münasibətilə təbrik edib.

“30 illik işğaldan sonra ErmənistanAzərbaycan arasında münasibətlərin münaqişədən sonrakı dövrdə normallaşması Cənubi Qafqazda sülh, sabitlik, iqtisadi inkişaf və firavanlıq üçün tarixi imkan yaradacaq”, - XİN başçısının müavini söyləyib.

O, ölkələrin ərazi bütövlüyü və suverenliyinin, sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınmasının, sərhədlərin delimitasiyası və demarkasiyasının vacibliyini, o cümlədən nəqliyyat kommunikasiyalarının açılması və sülh müqaviləsinin imzalanmasının Azərbaycan üçün prioritet olduğunu əlavə edib.

Azərbaycan enerji sahəsində Avropanın strateji, etibarlı tərəfdaşıdır. CQD-nin istifadəyə verilməsi Azərbaycan qazının Avropaya ixracında yeni səhifə açdı. Bu layihə Avropaya enerji təchizatını diversifikasiya etməklə enerji təhlükəsizliyinə mühüm töhfə verir”, - o deyib.

Nazir müavini əlavə edib ki, Aİ və Azərbaycan fəal əməkdaşlıq edir və Azərbaycanda Aİ ölkələrindən 1 700-dən çox şirkət fəaliyyət göstərir.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda ən yüksək maaşı onlar alır - Foto

MSK növbədənkənar parlament seçkilərinə yekun vurub - Yenilənib

Özünü şəhid xanımı kimi təqdim edən şəxs həbs olundu

TƏBİB də “qara siyahı”ya düşdü – 6 tender ləğv edildi

Politoloq: Rusiya nüvə silahından istifadə etməyə hazırlaşır...

Bu bürclərin atdığı hər addım şansla dolu olacaq

Ağadadaş Ağayev yeni qalmaqalda: Bu dəfə bank onu məhkəməyə verdi

Politoloq: BRİCS yaxın müddətdə Avropa İttifaqını öz iqtisadi gücü ilə üstələyəcək...

Politoloq: ABŞ regionda demokratiya oyunu adı altında yerləşmək istəyir...

Ən çox oxunanalar