Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəfiqə Nağıyeva bu dəfə Rövşanəylə dalaşdı

MTV-də yayımlanan "Ümid ilə gəl" proqramında qalmaqal yaşanıb...

Proqrama ekspert kimi dəvət olunan vəkil Şəfiqə Nağıyeva bu dəfə aparıcı Rövşanə Ağasəfqızı ilə dava edib. Mübahisə isə vəkilin xəyanət edən qadınları tənqid etməsindən sonra başlayıb:

"Ərinə xəyanət edən xanımı efirdə gözlər önündə necə ucaldım? Mən bu cür qadınları vururam, düz danışmırsınız. Rövşanə xanım kimi danışanlar demək istəyirlər ki, guya mən qadın düşməniyəm. Ailəsini satan, ərinə, xanımına xəyanət edən, uşaqları atan qadınların düşməniyəm, başqa heç kimin. Ailəsinə sadiq olan qadın və kişilərin dostuyam. Lap tutaq ki, mən qınayıram, nifrət edirəm, amma hər halda pis yola düşən qadın da bir kişinin səhvindən belə edir. Ərdə olan qadının hansı hissindən danışmaq olar?".

Rövşanə Ağasəfqızı qızı isə Şəfiqə Nağıyevanı qadınların düşməni kimi gördüyünü bildirib:

"Söhbət belə qadından getmir. Lütfən qadınları kiçiltməyin. Siz qadınları alçaldırsınız. Mən sizi hər zaman qadın düşməni kimi görmüşəm. İndi mənim sözümə gəlirsiniz. Siz bu verilişdən də getsəniz, heç bir proqram sizə qapı açmayacaq. Bütün qadınlardan ideallıq istəyə bilmərik. Niyə biz xanımlardan "Madonna" yaratmaq istəyirik? Qadının da hissi, düşüncəsi, yanaşma tərzi var. Əxlaqsızlıqdır, amma bu insana xas olan şeydir. İnsan varsa, cinayət, oğurluq var. Ağıllı-ağıllı danışıb, insanlara əxlaq dərsi keçənlərin, 60 yaşında qadının 30 yaşlı sevgilisini mən tanıyıram. Heç kim kamera qarşısında imam övladı olmasın".

Qeyd edək ki, bir neçə gün əvvəl "Təsir dairəsi" verilişində Şəfiqə Nağıyevayla jurnalist-şair Anar Vəziroğlu arasında qalmaqal yaşanmışdı.(Sfera.az)

pia.az

 

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Yaxın iki həftə ərzində güclü zəlzələ ola bilər - Seysmoloq

Rusiya XİN Ermənistanda çap olunan tarix dərsliyinin təxribat xarakterli olduğunu bəyan edib

VHP-çi namizəd Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Dünyada aylıq temperatur rekordları dövrü sona çatır, havalar soyuyacaq

Göygöldə qonşusunu bıçaqlamaqda şübhəli bilinən 18 yaşlı gənc tutulub - Yenilənib

Rusiyanın ən böyük hərbi yük təyyarəsi müəmmalı şəkildə İrana eniş edib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay