Cümə, 05 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Seçki İranda etnik, siyasi və sosial qarşıdurmaları daha da dərinləşdirir...

Məsud Pezeşkianın sərt və cəsarətli bəyanatları İranı silkələyir...

Politoloq: “İslahatçı kəsimin nümayəndəsinin prezident elan edilməsi, mühafizəkarların mövqeyini kifayət qədər zəiflədə bilər”.

İranın Ali dini rəhbəri Seyid Əli Xamenei öz müşaviri Səid Cəlilin seçilməsində maraqlıdır. Həmçinin SEPAH və mühafizəkar qanad Səid Cəlilini dəstəkləyir”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə İranda keçirilən prezident seçkisini Poliqon-a şərh edərkən qeyd edib.

İranda prezident seçkiləri açıq qarşıdurma fazasına doğru irəliləyir. Məsud Pezeşkianın sərt və cəsarətli bəyanatları İranı silkələyir və dünən baş tutan debatda bu bir daha təsdiqləndi.

İranda prezidentliyə namizədlərin debatını necə dəyərləndirmək olar və kimin qalib gəlməsindən asılı olmayaraq bu seçki İran cəmiyyətində etnik, siyasi və sosial qarşıdurmaları daha da dərinləşdirəcək?

İranda baş verən prosesləri Poliqon-un əməkdaşı Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə ilə müzakirə edib.

Məhəmməd Əsədullazadə: “Kimin qalib gəlməsindən asılı olmayaraq bu seçki İran cəmiyyətinə hansısa zəlzələ xarakterli təsir göstərməyəcək”.

İranın Zəngəzur dəhlizinin açılmasına qarşı olduğunu xatırladan politoloq vurğulayıb ki, Məsud Pezeşkian prezident seçilərsə, ondan fövqəladə siyasət gözləməyə dəyməz:

İranda keçirilən prezident seçkilərində azərbaycanlı namizəd Məsud Pezeşkian və Ali dini rəhbərin milli təhlükəsizlik üzrə nümayəndəsi Səid Cəlili arasında ikinci tur seçkiləri keçiriləcək. Məsud Pezeşkian Azərbaycan türkü, Səid Cəlili farsdır.

Qeyd edim ki, ötən günki seçkilərdə Məsud Pezeşkian qalib oldu. İslahatçı kəsimin nümayəndəsinin prezident elan edilməsi, mühafizəkarların mövqeyini kifayət qədər zəiflədə bilər.

İranın Ali dini rəhbəri Seyid Əli Xamenei öz müşaviri Səid Cəlilin seçilməsində maraqlıdır. Həmçinin SEPAH və mühafizəkar qanad Səid Cəlilini dəstəkləyir. Səid Cəlilini prezident elan etmək üçün seçkiləri ikinci tura saxladılar.

Məhəmməd Əsədullazadə: “Səid Cəlilini prezident elan etmək üçün seçkiləri ikinci tura saxladılar”.

Müəyyən ümidlər var ki, Məsud Pezeşkian seçilərsə, azərbaycanlıların hüquqlarını bərpa edəcək. Bu xüsusda, İran konustitusiyasından irəli gələn maddələri tətbiq edəcək. Unudurlar ki, İranın birinci şəxsi və prezidentin də tabe olduğu Ali dini rəhbəri Seyid Əli Xamenei azərbaycan türküdür.

Məhz Seyid Əli Xamenei azərbaycanlıların İran konustitusiya ilə verilən hüquqlarını bərpa etmir. Həmçinin İran Azərbaycan Respublikası ilə Ermənistan arasında sülhün əleyhinədir. Tehran Zəngəzur dəhlizinin açılmasına qarşıdır. Ona görə Məsud Pezeşkian prezident seçilərsə, ondan fövqəladə siyasət gözləməyə dəyməz.

Debatda əlbəttə ki, Pezeşkian diqqət mərkəzində idi və məncə debatın qalibi fə o oldu. Amma Pezeşkianı seçilərsə, rejimə qarşı mübarizə aparan liderə çevrilməyəcık. O, əvvəldən rejimin təmsilçisi olub və prezident olsa da rejimin təmsilçisi olacaq”.

Onu da qeyd edim ki, kimin qalib gəlməsindən asılı olmayaraq bu seçki İran cəmiyyətinə hansısa zəlzələ xarakterli təsir göstərməyəcək. Amma təbii ki, müəyyən izlər buraxacaq. Çünki İranda böyük etiraz zəlzələlərindın qısa zaman ötüb və bu etiraz dalğası əslində zəlzələ xarakterli idi.

Məhəmməd Əsədullazadə: “Pezeşkianı da seçilərsə, məhz təqribən iki il əvbəl baş tutan etirazların təsiri altında seçilə bilər. Yəni rejimə qarşı həmin etirazların təsirləri hələ də İranı silkələyir və rejimin vəziyyətinin ağırlaşdırır”.

Amma Pezeşkianı seçilərsə, rejimə qarşı mübarizə aparan liderə çevrilməyəcık. O, əvvəldən rejimin təmsilçisi olub və prezident olsa da, rejimin təmsilçisi olacaq. Belə olmasaydı, o seçkilərə buraxılmazdı. Yəni seçilən namizədin kimin olması İranın daxili və xarici siyasətində çox az şey dəyişəcək”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan Dövlət Akademik Filarmoniyasında əməliyyat keçirilib

Rafiq Quluyevin rəhbərlik etdiyi rayonda obyekt səkidə tikilib? - Foto

“Bakının İrəvana göndərdiyi 10-cu paketdə hansı tələblər var?" 

Bakıda sirli bina: İçərisində ruhlar gəzirlər?

Belçika Azərbaycana minatəmizləmə üçün 250 min avro ayırıb    

Lukaşenko: Dərhal “İsgəndər”lə zərbə endirəcəyik!

Prezident İlham Əliyev Astanada “ŞƏT plyus” formatında görüşdə çıxış edib - Yenilənib

Şarl Mişel: Orbanın Aİ adından Rusiya ilə danışmaq səlahiyyəti yoxdur

Azərbaycanda tikinti şirkətinin vəzifəli şəxslərinə cinayət işi açılıb

Ən çox oxunanalar