Çərşənbə, 14 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şarl Mişel vəzifəsindən vaxtından əvvəl istefa verəcək

Avropa Şurasının prezidenti Şarl Mişel vəzifəsini vaxtından əvvəl tərk edərək Avropa Parlamentinə seçkilərdə iştirak etmək qərarına gəlib...

Poliqon xəbər verir ki, bu barədə Mişel Belçikanın “De Standaard”, “Le Soir” və “La Libre” qəzetlərinə müsahibəsində bildirib. Qeyd edək ki, Avropa Şurasının rəhbəri və Avropa Parlamentinin deputatı vəzifələri birləşdirilə bilməz.

“Mən 2024-cü ildə keçiriləcək Avropa seçkilərində iştirak etmək qərarına gəldim. Əgər seçilsəm, yerimi tutacağam. Avropa Şurası iyunun sonu və ya iyulun əvvəlində yeni rəhbərini müəyyənləşdirə bilər”, deyə Mişel bildirib.

Avropa Şurasının rəhbəri seçkilərə “İslahat Hərəkatı” partiyasından qatılacaq. Mişel iyulun 16-da Avropa Parlamentinin üzvü kimi and içənə qədər Avropa Şurasının rəhbəri vəzifəsini icra etmək niyyətindədir.

Qeyd edək ki, Şarl Mişel 2019-cu ildən Avropa Şurasına rəhbərlik edir, ondan əvvəl isə Belçika hökumətinin başçısı olub. Onun səlahiyyət müddəti 2024-cü il noyabrın sonunda başa çatır.

Avropa Parlamentinə seçkilər iyunun 6-dan 9-dək keçiriləcək. Onların ardınca Avropa Komissiyasının yeni tərkibinin təsdiqi və Avropa Şurasının yeni prezidentinin seçilməsi keçiriləcək.

Avropa Şurasının rəhbəri səlahiyyətlərinin eyni müddətə uzadılması imkanı ilə 2,5 il müddətinə təyin edilir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Qarabağ” rəqibini darmadağın edərək Çempionlar Liqasının “play-off” mərhələsinə yüksəlib

Paytaxtın bu ərazilərində suyun verilmə rejimində dəyişiklik ediləcək

"Fənərbağça" UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb

Minlərlə hərbiçi, çox sayda texnika - Kursk əməliyyatının təfərrüatları açıqlanıb

Rusiyaya böyük zərbə: Putin Nikolayın səhvini təkrarladı

Blinken İranın cavab tədbirlərinə görə Yaxın Şərqə səfərini təxirə salıb

ABŞ İsrailə 20 milyard dollarlıq silah paketini təsdiqləyib

Moskvada təhlükəsizlik tədbirləri gücləndirilib    

Zelenski: Kursk vilayətinin 74 yaşayış məntəqəsi nəzarətimiz altındadır

Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay