Cümə, 26 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sabir Rüstəmxanlı Neftçalada seçicilərlə görüşdü - Foto

Bu gün Millət Vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Neftçala şəhərində seçicilərlə görüş keçirib. Neftçala şəhərindən və rayonun kəndlərindən olan vətəndaşları ayrı-ayrılıqda qəbul edən millət vəkili onları dinləmiş, problemləri ilə maraqlanmışdır. Bəzi vətəndaşların problemləri yerindəcə həll edilmiş, bəzi şikayətlər aidiyyatı qurumlara ünvanlanmışdır.

Vətəndaşların qəbulunda icra hakimiyyətinin məsul əməkdaşı da iştirak etmiş, yerundə həll oluna biləcək məsələlərə münasibət bildirmişdir. Görüşdə rayonun bəzi kəndlərinin yol və qazla bağll çətinliklərə xüsusi diqqət yetirilmiş, qısa müddət ərzində bir neçə kəndlərdə bu problemlər yoluna qoyulduğu bildirilsə də, bəzi kəndlərdə hələ də yol və mavi yanacaq probleminin qaldığı diqqətə çatdırılmışdır. Millət vəkili seçicilərin diqqətinə çatdırmışdır ki, bu məsələ ilə bağlı hökumətə etdiyi müraciət müsbət cavablandırılmış və dövlət proqramı təsdiq edilmişdir. S.Rüstəmxanlı bütün təkliflərin ümumiləşdirilərək, aidiyyatı təşkilatlar qarşısında məsələ qaldırılacağını bildirmişdir.

Vətəndaşlarla söhbətdə millət vəkili pandemiya ilə əlaqədar yaranan mümkün problemlərlə də maraqlanmış vətəndaşların qarşılaşdıqları problemlərin həllinə imkan daxilində köməklik göstəriləcəyini bildirmişdir.

Millət vəkili qərargahda keçirilən qəbuldan sonra rayon ərazisində olmuş, vətəndaşlarla yerlərdə də səyyar görüşlər keçirmişdir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağadadaş Ağayevlə mühafizəçi haqqında qərar verildi

Atalar və mandatlı övladlar… – Bu adamlar YAP-ın siyahısına necə düşür?

Keçmiş deputatın oğlu qohumlarını və işçilərini DSK-nın qarşısına toplayıb qalmaqal yaratdı

Azərbaycanda bir bankın lisenziyası ləğv edildi

Xanlar Fətiyev haqqında sensasion faktlar: Sabiq deputat külli miqdarda vəsaiti ölkədən necə çıxarıb?

Elxan Şahinoğlu: Əgər İranın Ermənistana silah verməsi xəbəri təsdiq olunarsa,...

İqbal Əbilovun həbs detalları məlum olub: Ermənistanla gizli Skype sövdələşmələri...

Ağadadaş Ağayevi döyən gözətçi ilə bağlı yeni faktlar

UEFA Konfrans Liqası: "Sabah" səfərdə qalib gəlib - Yenilənib

Müdafiə Nazirliyi Ermənistanın təxribatı barədə bəyanat yayıb: Lazımi cavab tədbirləri görüləcək

Ən çox oxunanalar