Cümə, 05 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyanın daha bir dövlət qurumunda Apple qadağan edildi

Rusiyada “Rostex” dövlət korporasiyasının bütün təşkilatlarının əməkdaşlarına iş rabitələrində Apple mobil cihazlarından istifadə etmək qadağan olunub...

Poliqon xəbər verir ki, bu barədə TASS Agentliyi dövlət korporasiyasının mətbuat xidmətinə istinadən məlumat yayıb.

“Həqiqətən də, korporasiyanın bütün təşkilatlarında işdə Amerika istehsalı olan avadanlıqların istifadəsinə tam qadağa tətbiq edilib”, deyə qurumdan bildirilib.

Bir gün əvvəl Rusiyanın Sənaye və Ticarət Nazirliyi rəsmi olaraq təsdiqləyib ki, iyulun 17-dən onun əməkdaşlarına Amerikanın Apple şirkətinin iPhone smartfonlarından iş yazışmaları üçün istifadə etmək qadağan olunacaq.

İyulun əvvəlində “Vedomosti” qəzeti belə planlar barədə məlumat yayıb. Nəşrin məlumatına görə, qadağa tabeli təşkilatların işçilərinə də təsir edəcək.

Qəzet bu barədə nazirin birinci müavini Vasili Osmakovun imzaladığı daxili əmrə istinad edib. Sənaye və Ticarət Nazirliyinin daxili qadağası ilə bağlı məlumatı jurnalistlərə İT həlləri hazırlayan şirkətlərdən birinin əməkdaşı təsdiqləyib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov iyun ayında bildirib ki, prezident administrasiyasının əməkdaşlarına Apple qadcetlərindən rəsmi məqsədlər üçün istifadə etmək qadağan edilib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan Dövlət Akademik Filarmoniyasında əməliyyat keçirilib

Rafiq Quluyevin rəhbərlik etdiyi rayonda obyekt səkidə tikilib? - Foto

Bu gün Ramiz Mehdiyevin kürəkənin məhkəməsidir: Proses süni şəkildə uzadılır? - Sensasion detallar

Lukaşenko: Dərhal “İsgəndər”lə zərbə endirəcəyik!

Prezident İlham Əliyev Astanada “ŞƏT plyus” formatında görüşdə çıxış edib - Yenilənib

Şarl Mişel: Orbanın Aİ adından Rusiya ilə danışmaq səlahiyyəti yoxdur

Bakıda sirli bina: İçərisində ruhlar gəzirlər?

Azərbaycanda tikinti şirkətinin vəzifəli şəxslərinə cinayət işi açılıb

Belçika Azərbaycana minatəmizləmə üçün 250 min avro ayırıb    

Ən çox oxunanalar