Cümə axşamı, 25 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyanın banan siyasəti - Ekvador Rusiya hərbi texnikasını ABŞ-a verməyəcək

Ekvador prezidenti Daniel Noboa deyib ki, Rusiyanın köhnə hərbi texnikanın ABŞ-a təhvil verilməsindən narazılığı haqlıdır, çünki Moskva onun ölkəsinin üçüncü ən böyük ticarət tərəfdaşıdır...

Poliqon xəbər verir ki, Ekvador prezidenti bu barədə “CNN en Espanol” telekanalına müsahibəsində bildirib. Daniel Noboa Ekvadorun köhnə silahları ABŞ-a ötürməkdən imtina etdiyini təsdiqləyib.

Rusiya bizim üçüncü ən böyük ticarət tərəfdaşımızdır. Bu konkret halda onlar haqlı olardılar, çünki biz silah transferi sxeminin iştirakçısına çevrilərdik. Biz bunu etməyəcəyik”, deyə Ekvadorun dövlət başçısı bildirib.

Daniel Noboanın sözlərinə görə, o, hərbi texnikanın daha sonra ABŞ tərəfindən Ukraynaya ötürülə biləcəyindən xəbərsiz olub.

“Bizi təəccübləndirən odur ki, Birləşmiş Ştatlar bu silahların Ukraynada silahlı münaqişədə istifadə ediləcəyini açıq şəkildə elan etdi və biz bunun bir hissəsi olmaq istəmirik”, deyə Ekvador prezidenti qeyd edib.

Qeyd edək ki, yanvarın əvvəlində Daniel Noboa “metal qırıntıları” adlandırdığı köhnə sovet hərbi texnikasını ABŞ-dan yeniləri ilə dəyişdirmək planlarını açıqlamışdı. Köçürüləcək hərbi texnikanın məbləği 200 milyon dollardır. Bundan sonra Rusiya Ekvadoru belə bir qərarın mənfi nəticələri ilə bağlı xəbərdar edib. Bir ay keçməmiş “Rosselxoznadzor” donqar milçəyi səbəbindən Ekvador bananlarının idxalını qadağan etdi. Sonra “Rosselxoznadzor” Ekvadordan olan beş şirkətə Ekvador hakimiyyətinin məsuliyyəti altında yenidən Rusiyaya banan tədarük etməyə icazə verdi. Bundan sonra Ekvador köhnə hərbi texnikanı ABŞ-a verməkdən imtina edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağadadaş Ağayevin adam yaraladığı insidentlə bağlı yeni detallar

Ağadadaş Ağayevlə mühafizəçi haqqında qərar verildi

Keçmiş deputatın oğlu qohumlarını və işçilərini DSK-nın qarşısına toplayıb qalmaqal yaratdı

Atalar və mandatlı övladlar… – Bu adamlar YAP-ın siyahısına necə düşür?

Azərbaycanda bir bankın lisenziyası ləğv edildi

Kremldən Ermənistana xəbərdarlıq: "Ümid edirik ki, İrəvan Kiyevin seçdiyi yolu seçməyəcək"

Məşhur şahmatçı Vüqar Həşimovun doğum günüdür

Xanlar Fətiyev haqqında sensasion faktlar: Sabiq deputat külli miqdarda vəsaiti ölkədən necə çıxarıb?

İqbal Əbilovun həbs detalları məlum olub: Ermənistanla gizli Skype sövdələşmələri...

Ən çox oxunanalar