Çərşənbə axşamı, 30 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyalı politoloq: Fransa Bakı ilə normal münasibətləri itirib

"Fransa xüsusən Afrikadakı məğlubiyyəti və sonsuz itkiləri fonunda, ritorika hesabına özünü qlobal oyunçu kimi göstərməyə çalışır. Buna görə, Fransanın indiki halda əks nəticə verən mövqeyi, onun Afrikada müşahidə olunan uğursuzluqlarının və məğlubiyyətlərinin əvəzini çıxmaq ehtiyacı duyması ilə əlaqədardır".

Poliqon xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyasının E.M.Primakov adına Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər Milli Tədqiqat İnstitutunun baş elmi işçisi, tarix elmləri namizədi Stanislav Pritçin Azərtac-a açıqlamasında deyib.

"Müvafiq olaraq, Ermənistan bu baxımdan əlverişli variantdır - çünki heç bir ciddi nəticə olmadan sərt anti-Azərbaycan mövqeyi tutmaq olar. Fransanın maksimum dərəcədə itirəcəyi Azərbaycanla olan normal münasibətlərdir, faktiki olaraq, o artıq bu münasibətləri itirib. Lakin eyni zamanda, Fransa bu ritorikanı davam etdirir, çünki siyasi diskurs baxımından bunları demək niyyəti güdür: Biz Cənubi Qafqazdakı tərəfdaşımızı dəstəkləyirik. Biz Cənubi Qafqazda mühüm oyunçuyuq.

Fransa və Avropa sakinlərinin isə heç biri qüvvələrin gerçək uyğunluğunun nədən ibarət olduğunu və Fransanın bu mövqeyinin nə üçün əksyönümlü və dağıdıcı olduğunu anlamır", deyə Pritçin bildirib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paris-2024: Hidayət Heydərov mükafatlandırılıb, Dövlət Himni səsləndirilib - Yenilənib

Maaşlar bu qədər artacaq - Dəqiq məbləğ açıqlandı

Pezeşkian Makrona xəbərdarlıq etdi: İsrail hücum etsə...

DSX əməkdaşının sosial şəbəkələrdə yayılmış videogörüntüsü ilə bağlı açıqlama

Yunanıstan Türkiyənin dəniz sərhədlərini tanıdı... - İki ölkə arasında “soyuq müharibə” ortadan qalxacaq?

Olimpiya çempionu: "Məni Azərbaycandan ilk təbrik edən Prezidentimizlə xanımı oldu"

Azərbaycanda bəzi universitetlərdə təhsil haqqları artırıldı: Səbəb nədir?

İlqar Fəhmi Axund Azərdən, mentalitetdən, bakılılardan danışdı

Ən çox oxunanalar