Çərşənbə, 24 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya XİN-in rəsmisi yenə Azərbaycana qarşı kobud bəyanat verdi

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova növbəti dəfə Azərbaycana qarşı kobud bəyanatla çıxış edib

Zaxarova bu gün keçirdiyi brifinqdə erməni mənşəli Rusiya vətəndaşlarının Azərbaycana buraxılmaması barədə danışıb

“Doğrudan da mən bu barədə sosial şəbəkələrdə çoxlu məlumatlara rast gəlmişəm. Bayram günləri ərzində də belə insidentlər olub. Biz onları əvvəl də qeydə almışdıq və Azərbaycan tərəfi qarşısında məsələ qaldırmışdıq. Deyirdilər və təəsüflənirdilər ki, belə hallar artıq yaxşı çıxmır və düzgün olmayan praktikadır. Amma bayram günlərində sosial şəbəkələrdə böyük material dərc edilib və bu, Rusiya vətəndaşlarına qarşı birinci diskriminasiya halı deyil. Ötən il etnik əlamətinə görə azı 16 Rusiya vətəndaşının Azərbaycana buraxılmaması qeydə alınıb” - Mariya Zaxarova deyib.

XİN rəsmisi əlavə edib ki, Rusiya vətəndaşları aeoroportda saatlarla saxlanılıblar və daha sonra ölkədən rəsmi səbəb göstərilmədən zorla ölkədən çıxarılıblar.

“Bu faktlar bizim fikrimizcə Rusiya vətəndaşlarının hüquqlarının kobud pozulmasıdır, Rusiya ilə Azərbaycan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqda müqavilələrə ziddir. Mən bir daha demək istərdim ki, Rusiya tərəfi dəfələrlə Azərbaycan tərəfinə bu vəziyyətin yolverilməz olduğunu çatdırıb. Biz bu saxlanılma və sürgün praktikasını dayandırmağı tələb etmişik, çünki o ölkələrimiz arasında dostluq münasibətlərinə ziddir” - Zaxarova bildirib.

Rusiya XİN-in rəsmi nümayəndəsi əlavə edib ki, Azərbaycan rəhbərliyi ilə təmaslarda Rusiya tərəfini əmin ediblər ki, situasiya yoluna qoyulacaq.

Bundan əvvəl erməni KİV-ləri Yeni ili Azərbaycanda qarşılamaq istəyən Rusiya vətəndaşı Kristina Gevorkyanın soyadına görə Bakıya buraxılmadığını yazmışdı.

Mariya Zaxarova bundan əvvəl də dəfələrlə Azərbaycana qarşı kobud bəyanatlar səsləndirib, xüsusən də erməni məsələsi ilə bağlı.
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda övladını girov götürən və polisin zərərsizləşdirdiyi şəxslə bağlı yeni detallar - Təfərrüat, Video

Ağadadaş Ağayevlə bağlı məsələdə yenidən gündəmə gələn "MedEra Hospitalı" kimindir?

Ağadadaş Ağayevin atdığı balta qadını yaraladı - Təfərrüat

Xırdalanda qadının əri tərəfindən pəncərədən atılması ilə bağlı təfərrüat - Yenilənib

Baba Vəziroğlu Ağadadaş Ağayevdən danışdı: "Vəziyyət o həddə çatıb ki..."

Xatirə İslam: "O yaşda adamı bu qədər döyərlər?"

Bakıda fantastik qiymətə malikanə satışa çıxarılıb - Fotolar

"Canlı yayım açıb, camaata müraciət edəcəm” – Ağadadaş Ağayev

Ağadadaş Ağayev balta atdığı şəxsdən polisə şikayət etdi

Abşeronda iki qardaşın ölməsi ilə bağlı cinayət işi açılıb - Yenilənib

Ən çox oxunanalar