Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya-Ukrayna müharibəsi: Hər bir imperiyanın yenidən dirçəlişi baha başa gələn illüziyadır...

Rusiya iqtisadiyyatına bu müharibə ağır baha başa gələcək. Lakin məlum olduğu kimi, insanlar imperiya layihəsi üçün yanacaqdan başqa bir şey deyillər...

Hazım Sağıye
“Şarkul Avsat” qəzeti, 27 fevral 2022-ci il

Bir tarixçi Birinci Dünya Müharibəsindən bu günə qədər keçən dövrü imperiya uğrunda mübarizə kimi təsvir edə bilər: birincisi, Birinci Dünya Müharibəsindən sonra imperiyaların parçalanması, sonra isə onu bərpa etmək cəhdləri qan və dağıntılara səbəb olur. Bu, Rusiyada, Mərkəzi Avropada, Almaniyada, Yaponiyada və daha az dərəcədə Türkiyədə baş verib.

Məhv edilmiş imperiyaların yenidən dirilməsi həmişə baha başa gələn illüziya olub. Bu, həm siyasi cəmiyyətdə, həm də iqtisadi münasibətlərdə və mədəni qarşılıqlı əlaqələrdə hakim oriyentasiya ilə ziddiyyətin miqyasını göstərir. İmperiyalar milli dövlət, sonra isə demokratiya keçid cəhdlərinin düşməni olub və hələ də belədir. Bu dirilmə cəhdlərinin üç əsas xüsusiyyətini qeyd etmək olar:

- “Möhtəşəm” keçmişin indiki “bayağı” zamandan üstünlüyü. Çünki onlar üçün keçmiş hələ keçməyib;

- Avropalı olmayanların avropalılardan üstünlüyü. Təbii ki, təkcə coğrafi mənada deyil, əvvəlcə Avropanın, sonra isə Avropa və Amerikanın demokratiya ilə olan əlaqəsi mənasında;

- Xarici siyasətdə xalqların azad seçimlərinin güclü şəkildə boğulması və daxili siyasətdə demokratik sistem üzərindəki tiranlıq.

Bu xüsusiyyətlər sahiblərini mürtəce, keçmişi sevən bir vəhşiyə çevirir. Sovet İttifaqının dağılmasından sonra bir çox xalqların əsarətdən azad edildiyi və müstəqil dövlətlərə sahib olduğu 1989-cu ildə başlayan inqilablara qarşı Vladimir Putin Ukraynanı işğal etməklə özünü dünyada ilk dirçəlişçi və bununla da əks-inqilabın ən böyük lideri elan etdi.

Bu gün Rusiya imperiyasının dirçəlişinin “əks-inqilab”la rəngləndiyi açıq şəkildə qarşımızda durur. Bu “əks-inqilab”“rəngli inqilablar”ın gətirdiyi böyük çevrilməyə cavab olaraq gəldi. Digər tərəfdən, “vətəndaş cəmiyyəti” və “qeyri-hökumət təşkilatları”na qarşı “hərbi cəmiyyət” formalaşdırıldı, daha sonra isə suverenliyə və azadlığa sahib olan kiçik dövlətlərə qarşı böyük bir vəhşiliklə suverenliyin və azadlığın imperiyalara məxsus olduğu deyildi.

Putinin təşəbbüsünün mahiyyətini müəyyən edən əlamətləri sadalamaq çətin deyil. Sovet İttifaqını bərpa etmək üçün ilk təlimlərdən sonra Putin yas saxlamaqdan əl çəkmədi. Moskva Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) şərqə yönəlməsini dəfələrlə rədd edib. Lakin necə ki, nasistlər Çexoslovakiyaya hücumun başlangıcı olaraq Sudetdə alman azlığının təqib edilməsini əsas gətirdisə, Moskva da xaricdəki rusların acınacaqlı vəziyyətinə diqqət yetirdi. İqtisadiyyatı hələ də xammal ixracına əsaslanan Rusiya iqtisadiyyatına bu müharibə ağır baha başa gələcək. Lakin məlum olduğu kimi, insanlar imperiya layihəsi üçün yanacaqdan başqa bir şey deyillər.

“Avrasiyaçılıq” və “Lissabondan Vladivostoka bağlanmaq” məsələlərini Asiya tiranlığı üçün pis bir zarafata çevirən Putinin müharibəsinin daxili və xarici atmosferinə gəlsək, aşağıdakı faktlar ortaya çıxır:

- Bütün Avropa Putinə qarşıdır, Putin də onların hamısına qarşıdır və onları nüvə silahı ilə hədələyir;

- Putinin ən böyük müttəfiqi Çin, kiçik müttəfiqləri isə Bəşər Əsəd və onun livanlı və fələstinli ardıcıllarıdır;

- MoskvaSankt-Peterburqda müharibə əleyhinə etiraz aksiyalarının keçirilməsi qadağandır. Etiraz edən fəallar həbsxanaya göndərilir. Bunu ABŞ-da Vyetnam müharibəsinə, İngiltərədə İraq müharibəsinə, İsraildə Livan müharibəsinə qarşı nümayişlərlə müqayisə edə bilərik;

- Nəhayət, unutmayaq ki, söhbət 2000-ci ildən birbaşa və ya dolaylı olaraq bir nəfərin idarə etdiyi rejimdən, konstitusiya dəyişikliyi ilə 2036-cı ilə qədər prezidentliyinə zəmanət alan şəxsdən gedir.

Hazlrda Donetsk və Luqansk separatçılarını təsvir etmək üçün köhnə Sovet lüğətindən “iki xalq respublikası” ifadəsini götürən Putin bu sovet mirası qarşısında çaş-baş qalıb. Əslində müharibə anlayışı kimi “bir ölkədə sosializm” nəzəriyyəsi qurmaq və onu müdafiə etmək kommunistlərin vəzifəsinə çevrilmişdi. Bu tezis naminə Sovetl İttifaqı tərəfindən Macarıstan və Çexoslovakiya işğal olunmuşdu; Polşa demək olar ki, işğala məruz qalmışdı. Həmçinin Avropada Yunanıstan, Yaxın Şərqdə İraq kommunist partiyaları bu tezis naminə qurban verildi.

Putinizmə yol açan bir səbəb qalır, o da müharibə anlayışı kimi “sovetizm”in İkinci
Dünya Müharibəsindən sonra “faşizm”lə eyniləşdirilərək araşdırılmamasıdır. Solçu qalmaq istəyənlərin əksəriyyəti putinist olmaqdadırlar. Komediya aktyoru Vladimir Zelenskinin keçmişinin bəziləri tərəfindən Sovet dövründə kəşfiyyatçı olan Putinin keçmişindən daha böyük qalmaqal kimi təqdim etməsi isə absurddur.

Son vaxtlar Putin və onun Rusiyasına qarşı tətbiq edilən sanksiyaların 2008-ci ildə Gürcüstanın işğalından, səkkiz il əvvəl Ukraynaya ilk müdaxilədən və ya 7 il əvvəl Suriyaya girişindən sonra tətbiq edilməsinin vacibliyi haqda çox doğru səslər eşidilir. Ancaq bu baş vermədiyinə görə imperiyanın bahalı illüziyasına yol açdı. Son işğaldan sarsılan demokratik cəmiyyətlər isə imperiyanın dirçəlişi ilə mübarizədə əvvəlki mərhələnin bir çox xurafatlarına müraciət hələ də edirlər.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Rusiya çıxılmaz vəziyyətə düşüb...

İnternet provayderləri arasında sui-istifadə hallarına qarşı araşdırmalara başlanılıb

Heydər Əsədovun seçkidəki rəqibi danışdı – Açıqlama

Sabiq məmur siyasətə qayıdır - "Qudalar İttifaqı" yenidən aktivləşəcək?

Samir Əsədli: “Yardımlı arxa planda qalmamalıdır”

Kəlbəcərdə itkin düşən Təranə Zeynalovanın qalıqları Bərdədə dəfn olunub - Foto, Yenilənib

Zelenski “Şimal axını”nın partıadılmasını təsdiqləyib, Zalujnı əməliyyata rəhbərlik edib...

Bu gündən Azərbaycanda internetin qiyməti artıb

Rusiyanın Kursk vilayətində məcburi təxliyə elan edilib

Arsen Avakovun Zelenskinin yerinə gətirilməsi nə qədər realdır?

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay