Rusiya münaqişəni dondurmaq üçün Ukrayna ilə “saxta sülh” razılaşmasına can atır…
PİA.az xarici mətbuata əsasən xəbər verir ki, belə bir bəyanatla ABŞ-ın Dövlət Katibi Entoni Blinken çıxış edib.
ABŞ-ın Dövlət Katibi hesab edir ki, Moskva münaqişəni dondurmaq və gücləndikdən sonra yenidən Ukraynaya hücum etmək taktikasını güdür:
“Təsəvvür edin ki, Rusiya indiki ağır vəziyyətdən çıxış yolunu Ukrayna “saxta sülh” razılaşmasında görür. Rusiya deyir ki, gəlin atəşkəsə gedək, münaqişəni donduraq. Bunun müqabilində dünya təhlükəsizlik sistemi ancaq dondurulmuş münaqişə alacaq”, deyə Dövlət Katibi bildirib.
Blinken bildirib ki, atəşkəsdən sonra Rusiya işğal etdiyi ərazilərdən çıxmayacaq, dincəldikdən sonra yenidən Ukrayna ərazilərini işğal etmək istəyəcək. Dövlət Katibi qeyd edib ki, bu “saxta sülh”ün və atəşkəs təklifinin altında bu məqsəd dayanır.
Bununla belə Blinken hesab edir ki, Ukraynada müharibə gec-tez danışıqlar yolu ilə bitəcək.
pia.az