Cümə, 12 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya hakimiyyəti Yevgeni Priqojini “persona non qrata” elan edib…

Priqojinin hökümətin xüsusi rabitə xətti ilə əlaqəsi kəsilib və nazirliklərdə də qəbulu dayandırılıb…

Poliqon.info Rusiya mətbuatına əsasən xəbər verir ki, bu barədə “Vaqner qrupu”nun rəhbəri özü məlumat verib.

“Vaqner qrupu”nun təsisçisi Yevgeni Priqojin bildirib ki, onu və “vaqner”çiləri hökumətin rabitə xəttindən tamamilə ayrıblar və Rusiya nazirliklərinə bütün mövcud keçidləri də bağlayıblar. Priqojin bunu hakimiyyətin Özəl Hərbi Şirkəti sursatla təmin etmək istəməməsi ilə izah edib.

“Sursat istəməyimi dayandırmaq üçün bölmələrdəki bütün idarələrdə mənim üçün olan xüsusi telefonlar söndürülüb. Başqa bir vacib məqam: qərar qəbul etməli olan bütün şöbələrə də bütün keçidləri bloklayıblar”, deyə Priqojinin mətbuat xidməti tərəfindən yayımlanan audio şərhində deyilir.

Priqojinin sözlərinə görə, silah-sursatla bağlı vəziyyət heç bir şəkildə yaxşılaşmayıb və indi onları əldə etməyin yeganə yolu mediada bəyanat verməkdən keçir.

“Mən sənayeçilərə, Baş nazirin müavini Denis Valentinoviç Manturova və “Rostex”in bir hissəsi olan “Texnodinamika” holdinqinin baş direktoru İqor Nasenkova, həmçinin onlarla işləyən və bu sursatları bizə “pərçimləyənlərin” hamısına “vaqnerçi”lərdən böyük salam göndərirəm”, deyə Priqojin audio şərhin sonunda bildirir.

Qeyd edək ki, son aylarda Priqojin açıq şəkildə Müdafiə Nazirliyi ilə mübahisə edir. Bir neçə həftədir ki, Priqojin və onunla əlaqəli Telegram kanalları Müdafiə Nazirliyinin Özəl Hərbi Şirkətin sursatla təmin etmədiyini bildirir. Fevralın 23-də Priqojin iddia etdi ki, sursat ehtiyatı bərpa olunub.

Fevralın sonunda Financial Times qəzeti Priqojinin müdafiə naziri Sergey Şoyqunu vəzifəsindən uzaqlaşdırmaq planlarından yazıb. FT-nin məlumatına görə, Priqojin bu barədə Vladimir Putinin şəxsi razılığı ilə “məşhur ictimai xadim” olduqdan sonra addımlar atmağa başlayıb. Priqojinə yaxın mənbə bildirir ki, Putin Şoyqunun dövründə Ukraynada ordunun fəlakətli hərəkətlərinin miqyasını başa düşəndən sonra “Vaqner”in yaradıcısının Kremldəki təsiri artıb.

Priqojinin artan nüfuzu Kremldə də narahatlıqla izlənib. Son məlumatlara görə Rusiya prezidentinin Adminstrasiyası onu “persona non qrata” elan edib. Rusiya televiziyslsrı da Priqojinin artan populyarlığına qarşı mübarizə aparmağa başlayıb. Kremldən siyasi tok-şouların qonaqlarına “Vaqner qrupu”nu və onun yaradıcısını çox təbliğ etməmək tapşırılıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xalq artistinin nəvəsinə yüksək vəzifə verildi

Sumqayıtda zavodda zəhərlənən 50-dən çox şəxsin vəziyyəti açıqlandı - Yenilənib

İlham Əliyevin Pakistan səfəri: Hərbi təyyarələrdən möhtəşəm qarşılama - Video

Azərbaycan Prezidenti ilə Pakistanın Baş naziri arasında geniş tərkibdə görüşü olub - Yenilənib

Kənd Təsərrüfatı Nazirliyində dəyişiklik - Mərkəz rəhbəri vəzifəsinə yeni təyinat olub - Foto

"Məndə olan pullar, evləri indiki müğənnilər heç görməyib"

Pakistan qırıcılarının İlham Əliyevin təyyarəsini müşayiətinin daha bir möhtəşəm görüntüsü

Ərdoğan ABŞ-ni terrorçuları dəstəkləməkdə ittiham etdi

Xocalıda Birinci Qarabağ müharibəsinin daha beş şəhidi dəfn edilib - Yenilənib

AVRO-2024-də final matçını idarə edəcək hakim açıqlanıb

Ən çox oxunanalar