Çərşənbə, 11 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya Cənubi Qafqazda Türkiyənin güclənməsini istəyir... - Səbəblər nədir?..

Dünən Fidanla görüşündən sonra Lavrov Türkiyənin Cənubi Qafqazdakı proseslərdə daha dərindən iştirak etməsini istədiklərini dilə gətirdi...

Siyasi-şərhçi: “Rusiyanı Cənubi Qafqazdakı proseslərdə Türkiyə ilə əlbir çalışmağa vadar edən bir sıra ciddi məqamlar var. Bu məqamlar arasında Ukrayna müharibəsini unutmaq lazım deyil”.

Moskva yaxşı başa düşür ki, Türkiyənin Cənubi Qafqazdakı mövudluğuma qarşı çıxmaqdansa, onunla əməkdaşlıq edib faydalanmaq daha yaxşıdır”.

Bu sözləri siyasi-şərhçi Xəyal Bəşirov Türkiyə və Rusiya xarici işlər nazirlərinin keçirilən görüşlərini Poliqon-a şərh edərkən qeyd edib.

Dünən Moskvada baş tutan Türkiyə və Rusiya xarici işlər nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında Lavrov Türkiyənin Cənubi Qafqazdakı proseslərdə daha dərindən iştirak etməsini istədiklərini dilə gətirdi.

Lavrovun belə bir açıqlama ilə çıxış etməsini necə dəyərləndirmək olar? Sanki Moskva Cənubi Qafqazda Qərb və İrandan daha çox Türkiyənin rolunun artmasını öz maraqları üçün daha məqbul hesab edir. Cənubi Qafqazı Ankara ilə paylaşmağa Moskvanı hansı faktorlar vadar edir?

Türkiyə və Rusiyanın hazırkı münasibətlərini Poliqon-un əməkdaşı Siyasi və Hüquqi Strateji Araşdırmalar mərkəzinin rəhbəri, siyasi-şərhçi Xəyal Bəşirov ilə müzakirə edib.

Xəyal Bəşirov: “Moskvanın əsas hədəflərindən biri Türkiyə geniş bir coğrafiyanı əhatə edən ərazidə stratji müttəfiqlik qurmaqdır”.

Qərb ölkələrinin qütbünə aid olan və Ukrayna müharibəsi ilə bağlı Rusiyaya qarşı olan bir sıra dövlətlərin artıq ciddi proseslər reallaşdırdıqlarını nəzərə çatdıran ekspert Poliqon-a açıqlamasında qeyd edib ki, o cümlədən Fransa dövləti də Ermənistan vasitəsilə Cənubi Qafqazdakı proseslərdə yaxından iştirak edir:

Rusiya və Türkiyə arasında görüşlərin davamlı olaraq keçirilməsi, onlar arasında bəzi geosiyasi mövzuların müzakirə edilməsinə və hər iki dövlətin geosiyasi maraqlarının birləşdirməyə cəhd etmələrinə işarədir. Rusiya və Türkiyə arasında Suriya, Ukrayna və xüsusilə Cənubi Qafqaz mövzuları var. Moskvada yaxşı bilirlər ki, artıq Türkiyə Cənubi Qafqazda mövcuddur və bu mövcudluq Rusiyanın maraq dairəsindən və istəyindən asılı deyil. Burda məsələ Azərbaycan və Türkiyənin qardaşlığından və nizbətərn də Gürcüstandan asılıdır. Ona görə Moskva yaxşı başa düşür ki, Türkiyənin Cənubi Qafqazdakı mövudluğuma qarşı çıxmaqdansa, onunla əməkdaşlıq edib faydalanmaq daha yaxşıdır.

Cənubi Qafqaz, xüsusilə AzərbaycanErmənistan arasındakı mövcud vəziyyətlə bağlı prosesin gedişatı Rusiya-Türkiyə arasında prioritet mövzulardan biridir. Xüsusən, İkinci Qarabağ müharibəsindən sonra Türkiyənin Cənubi Qafqazdakı proseslərə yaxından cəlb olunması Rusiyanın atdığı addımlarda dönüş etməsinə məcbur edir.

Rusiyanı Cənubi Qafqazdakı proseslərdə Türkiyə ilə əlbir çalışmağa vadar edən bir sıra ciddi məqamlar var. Bu məqamlar arasında Ukrayna müharibəsini unutmaq lazım deyil. Rusiya-Ukrayna müharibəsi çərçivəsində Kremlə tətbiq edilən sanksiyaların daha da genişlənməsi söhbəti var. Eyni zamanda Ukraynaya növbəti hərbi yardımların edilməsi məsələsi də gündəmdədir. Belə olan halda da, Rusiya güclü qonşuları ilə ilə normal münasibətlər qurmağa çalışır. Hesab edirəm ki, Moskvanın əsas hədəflərindən biri Türkiyə geniş bir coğrafiyanı əhatə edən ərazidə stratji müttəfiqlik qurmaqdır. Moskvada yaxşı anlayərlar ki, Qərblə ağır qarşıdurmada ona regional müttəfiqlər lazımdır. Ona görə də Cənubi Qafqazda və başqa coğrafiyalarda Moskvanın Türkiyənin aktivləşməsini istəməsi təbiidir.

Aydın məsələdir ki, bu gün Türkiyə Ukrayna-Rusiya müharibəsinə neytral mövqe nümayiş etdirir. Bu müharibədə Rusiya Türkiyənin böyük rol oynayacağını da gözəl anlayır. Hazırda həm də müharibədən sonrakı dönəmin hesabı da aparılır.

Xəyal Bəşirov: “İndiki məqamda Kreml Rusiyanın əsas rəqiblərinin Cənubi Qafqazda güclənməsi ilə müqayisədə Türkiyənin güclənməsini daha çox istəyər”.

Sırf Cənubi Qafqazda gedə proseslərə gəlincə, bu gün Cənubi Qafqazda Avropa İttifaqının mülki missiyası adı altında Fransa kimi ermənipərəst dövlətlər, o cümlədən də Qərb ölkələrinin qütbünə aid olan və Ukrayna müharibəsi ilə bağlı Rusiyaya qarşı olan bir sıra dövlətlər artıq ciddi proseslər reallaşdırırlar. Məsələn Fransa dövləti Ermənistan vasitəsilə demək olar ki, Cənubi Qafqazdakı proseslərdə yaxından iştirak edir. Həmçinin az öncə qeyd etdiyim kimi Avropa ölklərinə aid olan qüvvələr də bu regiondadır. Həmin qüvvələrin regionda güclənməsini ən çox istəməyən Rusiyadır. Əgər Rusiya bu prosesləri müşahidə edirsə, bu halda həmin ölkələrin Cənubi Qafqazda proseslərə yaxından cəlb olunmasındansa, hazırda Rusiya ilə münasibətləri yaxşı olan Türkiyənin bu proseslərdə üstün olmasına razı olar.

Tarixən Cənubi Qafqaz bir sıra maraqlarına toqquşmasına çeydan olub. Hazırda isə Qərb-Rusiya qarşıdurması həm də bu coğrafiyada hər gün daha da böyüyür. O cümlədən də, Rusiya-Türkiyə maraqları Cənubi Qafqazda toqquşub. Təbii Rusiya heç vaxt istəməz ki, Türkiyənin Cənubi Qafqazda nüfuzu artsın. Amma indiki məqamda Kreml Rusiyanın əsas rəqiblərinin Cənubi Qafqazda güclənməsi ilə müqayisədə Türkiyənin güclənməsini daha çox istəyər. Rusiya başa düşür ki, həmin qüvvələrin Cənubi Qafqazda möhkəmləndirilməsi onların birdəfəlik regiona daxil olması deməkdir. Amma Rusiyada ümid var ki, gələcəkdə Rusiya yenidən nüfuzunu artırarsa, Türkiyənin regiondan çıxmasına çalışa bilər.

Bir məqamı da qeyd edim ki, Rusiya prezidenti Vladimir Putinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla şəxsi münasibətləri var. Bu münasibətlə fonunda da onlar öz aralarında müəyyən razılaşma əldə edə bilər ki, ən azından Cənubi Qafqazda tələblər çərçivəsində maraqlarını uzlaşdıra bilsinlər və gələcəkdə baş verən proseslərə birlikdə təsir göstərsinlər. Düşünürəm ki, bu məqamlar Rusiya tərəfini vadar edib ki, xarici işlər nazirlərinin görüşündən sonra Lavrov bu fikirləri səsləndirib”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda gecə baş verən silahlı insidentin yeni görüntüləri

21 yaşlı tələbənin canına qəsd etməsinə səbəb anası imiş

Batumidə Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirləri arasında üçtərəfli saziş imzalanıb - Yenilənib

Zamirə Hacıyevanın milyonlarla dəyəri olan brilyantları özünə qaytarıldı - İngilis məhkəməsindən şok qərar

Yer kürəsinə "QİYAMƏT" xəbərdarlığı: Bu tarixdə 1,5 milyard insan məhv olacaq

Rusiya ordusu Kursk vilayətində genişmiqyaslı əks-hücum əməliyyatına başlayıb

Azərbaycanda bəzi universitetlər yenidən təşkil ediləcək - Qərar

Britaniya Rusiyaya qarşı sanksiyaların ləğvi üçün şərtləri açıqlayıb

Rusiyaya qarşı sanksiyalar dünyanın ən böyük uran mədənçisinə problemlər yaradıb

Ən çox oxunanalar