Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rubl kəskin ucuzlaşdı... - Bu Rusiyada çalışan miqrantların gəlirinə necə təsir edəcək?

Rublun ucuzlaşması Rusiyadan Azərbaycana pul köçürmələrinə necə təsir edəcək? ...

İqtisadçı-ekspert: “Rublun dəyər itirməsinin Azərbaycana təsirləri müxtəlif növlərdə ola bilər”.

“Nəticə etibarilə də, indi rublun məzənnəsi 1 dollara qarşı 92-93 rubl civarında sabitləşib. Ancaq yenidən 100 rublun 1 dollar olması ehtimalı da, kifayət qədər yüksəkdir”.

Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli rus rublunun dəyərdən düşməsini Poliqon-a şərh edərkən qeyd edib.

Son günlər Rusiyanın milli valyutasında kəskin ucuzlaşma müşahidə edilir. Ötən həftə Moskva birjasında dolların məzənnəsi 100 rublu ötüb, avro və digər xarici valyutalarda da bahalaşma hiss edilir. Valyutanın sürətlə ucuzlaşmasından sonra Rusiya Mərkəzi Bankı (MB) uçot dərəcələrini 3,5 faiz bəndi artıraraq 12%-ə çatdırmağı qərara alıb.

Mərkəzi Bankın bu radikal addımı rublun kəskin devalvasiyasının və inflyasiyanın qarşısını ala biləcəkmi? Digər tərəfdən, rublun ucuzlaşması Rusiyadan Azərbaycana pul köçürmələrinə necə təsir edəcək? Rusiyadakı miqrantlar və onların ailələri bundan ciddi ziyan görəcəklərmi?

Rusiyada baş verən proseslərin orada yaşayan vətəndaşlarımıza təsirlərini Poliqon-un əməkdaşı iqtisadçı-ekspert Natiq Cəfərli ilə müzakirə edib.

Natiq Cəfərli: “Əgər pozitiv siqnallardan danışsaq, əslində Rusiyadan gətirilən məhsullar bizim bazarda ucuzlaşmalıdır”.

Rublun ucuzlaşmasının soydaşlarımız üçün problem olduğunu düşünən ekspert Poliqon-a açıqlamasında qeyd edib ki, onlar vəsaitlərini rubulla qazanırlar. Sonradan isə rublu avroya, dollara çevirib Azərbaycana göndərirlər:

“Rus rublunun dəyərdən düşməsi son aylar surət yığdı. Son iki həftədə də rubl ciddi şəkildə dəyərdən düşdü. 1 dollar 100 rubla çatdı. Amma sonradan Rusiya Mərkəzi Bankının həm faiz artımı, həm də bazara əlavə valyuta buraxması ilə əlaqəli müəyyən həmlələri oldu. Nəticə etibarilə də, indi rublun məzənnəsi 1 dollara qarşı 92-93 rubl civarında sabitləşib. Ancaq yenidən 100 rublun 1 dollar olması ehtimalı da, kifayət qədər yüksəkdir.

Rublun dəyər itirməsinin Azərbaycana təsirləri müxtəlif növlərdə ola bilər. Əgər pozitiv siqnallardan danışsaq, əslində Rusiyadan gətirilən məhsullar bizim bazarda ucuzlaşmalıdır. Yəni normal rəqabət mühiti ilə bağlı olan problemlər aradan qalxsa, Rusiyadan gələn məhsullarda müəyyən ucuzlaşma görə bilərik. Çünki biz valyuta ilə malları alırıq və bizdə məzənnə sabitdir, dəyişmir. Orada isə valyuta rus rubluna çevrilib məhsullar alınır. Buna görə də müəyyən ucuzlaşma görə bilərik. Əgər dediyim kimi rəqabətli mühitlə bağlı problemlər olmasa.

Natiq Cəfərli: “Vətəndaşlarımızın rubulla qazancları dəyişməsə də, onlar rublu valyutaya çevirəndə daha az valyuta əldə edirlər”.

Rublun ucuzlaşması soydaşlarımız üçün problemdir. Çünki onlar vəsaitlərini rubulla qazanırlar. Sonradan isə rublu avroya, dollara çevirib Azərbaycana göndərirlər. İndi rublun dəyərdən düşməsinə görə onlar daha az valyuta qazanırlar. Yəni vətəndaşlarımızın rubulla qazancları dəyişməsə də, onlar rublu valyutaya çevirəndə daha az valyuta əldə edirlər. Bu da əsasən Azərbaycana göndərilən vəsaitlərə təsir göstərəcək. Mümkün deyil təsir göstərməsin.

Təssüf ki, daha çox Rusiyada olan şimal rayonlarımızdan olanların (cənub rayonlardan da Rusiyada işləyənlər var) ailələrin sosial təminatına, onların dolanışığına müəyyən mənfi təsirləri ola bilər”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Özündən 11 yaş böyük, boşanmış sevgilisi ilə birlikdə intihar edən Yasinin məktubu tapıldı - Video, Yenilənib

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

YAP-ın deputatlığa namizədləri açıqlanıb – Siyahı

Benzinə görə bu maşınların qiyməti dəyişdi - Maşın bazarında son vəziyyət

Prezident Cəbrayıl, Qubadlı və Zəngilandakı xüsusi nümayəndəsinə müavin təyin edib

Rektorun sahib olduğu mülklərin siyahısı: Universitet, kollec, orta məktəblər, klinika

Prezidentin xüsusi nümayəndəsinin yeni müavini kimdir? - Bioqrafiya

Yollarda yeni növ radarlar quraşdırılır - Video    

"Birləşdik - 2024" beynəlxalq təlimi başa çatıb - Yenilənib

Ən çox oxunanalar