Şənbə, 03 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

RİH başçısının müavini: "Bütün Xocalı sakinləri istəyir ki, Meşəlidə cinayət törədən şəxslər cəzalandırılsın"

"Bütün Xocalı sakinləri istəyir ki, Meşəlidə cinayət törədən şəxslər cəzalandırılsın".

Bunu "Report"un Qərb bürosuna verdiyi müsahibədə Xocalı Rayon İcra Hakimiyyəti başçısının müavini Lamiyə Qarayeva bildirib.

Onun sözlərinə görə, Vaqif Xaçatryanın saxlanılması onu göstərir ki, Qarabağda törədilən qətliamların günahkarları gec-tez cəzalarını alacaqlar:

"Dövlət başçısının siyasəti nəticəsində şəhidlərimizin qisası alınır. Belə ki, Meşəli kəndində, daha sonra Xocalı rayonunda əli günahsız insanların qanına əli batmış Vaqif Xaçatryanın Laçında saxlanılması xəbəri sevindiricidir. Beynəlxalq təşkilatların illərdir yerinə yetirmədiyi məsələlər dövlət başçısının iradəsi sayəsində həll olunur".

L.Qarayeva şəhid Yusifəli Qarayevin qızıdır. 1992-ci il soyqırımı zamanı Xocalıdan qaçan 250-ə yaxın dinc sakini müdafiə edən batalyonun 13 üzvündən biri olub. Onlar 3 gün meşədə qaldıqdan sonra əsir düşürlər. Sonra 13 döyüşçü ermənilər tərəfindən güllələnib.

Qeyd edək ki, V.Xaçaturyan erməni hərbi birləşmələrinin tərkibində 1991-ci ilin 22 dekabr tarixində Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı kütləvi qırğın törədib.

Qırğın zamanı 25 azərbaycanlı öldürülüb, 14 nəfər yaralanıb, 358 nəfər azərbaycanlı isə didərgin salınıb. Qeyd edilən kütləvi qırğın ilə əlaqədar aparılan cinayət işi üzrə Xaçaturyan Vaqif Çerkezoviçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələrilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilib.

Ötən gün Meşəli soyqırımı şahidləri beynəlxalq ictimaiyyətə və təşkilatlara müraciət ünvanlayıb. Müraciətdə bildirilib ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin avtomobilləri cinayətkarların sığınacaq yeri olmamalıdır.

Poliqon.info 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı-Sumqayıt yolundakı avtobus qəzasında ölən və yaralananların adları açıqlanıb - Yenilənib

Paris-2024: Azərbaycan cüdoçusu təsəlliverici görüşdə mübarizəni dayandırıb

İsmayıl Haniyə MOSSAD tərəfindən necə öldürülüb?

İsrail ilə Türkiyə arasında artan gərginlik və Azərbaycan...

Ərəstun Oruclu: Heç bir dövlətin kimisə terrorçu elan etmək hüququ yoxdur... - Müsahibə

Qazaxda mina partlayışında xəsarət alan iki nəfərin ayağı amputasiya edilib - Yenilənib

Mikayıl Cabbarov "Yüksəliş" müsabiqəsinin qaliblərini təbrik edib

Alimlər xərçəngdən qoruyan qidaların yeni siyahısını açıqladı

Paytaxtın dörd rayonunun müəyyən ərazilərində qaz olmayacaq

Politoloq: İsrail təkbaşına İranı məğlub edə bilməz...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay