Cümə, 26 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Reza Deqati Şuşanın işğalından bir neçə gün öncə çəkilmiş şəkli paylaşıb - Foto

Dünyaca məşhur Azərbaycan əsilli fransalı fotoqraf Reza Deqati vaxtilə Şuşada çəkdiyi bir fotonu paylaşıb.

Məşhur fotoqraf öz “Facebook” səhifəsində fotonun tarixçəsi və o günlər barəsindəki xatirələrini yazıb:

Şuşa 1992.

Şuşadakı son jurnalist idim. Rusiyanın hərbi yardımı və ağır texnika vasitəsilə erməni qüvvələrinin mühasirəyə aldıqları şəhəri onun işğalından bir az əvvəl tərk etməli idim.

Birinci Qarabağ müharibəsini işıqlandırdıqdan sonra başa düşdüm ki, Azərbaycanın həqiqi peşəkar ordusu yox idi, döyüşçülərin çoxu könüllü və ya polis idi. Mülki şəxslər də Qarabağı qorumaq üçün birləşmişdilər. Vəziyyət çox gərgin və tələfatlar çox yüksək olsa da, öz daimi işlərini tərk edən və Azərbaycanın hər yerindən gəlmiş müdafiəçilərin yüksək ruhu məni heyrətləndirirdi. Bir gün skripkasını cəbhəyə gətirən bu virtuoz skripkaçı ilə tanış oldum. Skripka atəş nəticəsində məhv oldu, lakin yayı qaldı və həmin skripkaçı öz "Kalaşnikov"undan istifadə edərək bəzi melodiyalar ifa etdi. Azərbaycanlılar çox yaxşı musiqiçidirlər. Mən Parisə qayıtdım və Qarabağda çəkdiyim şəkillərimi azərbaycanlıların davam etməkdə olan faciəsinə, bir milyon qaçqının mövcudluğuna, minlərlə mülki şəxsin qətlə yetirilməsinə göz yummağa qərar verən media üçün gətirdim”, - deyə R.Deqati qeyd edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağadadaş Ağayevin adam yaraladığı insidentlə bağlı yeni detallar

Ağadadaş Ağayevlə mühafizəçi haqqında qərar verildi

Keçmiş deputatın oğlu qohumlarını və işçilərini DSK-nın qarşısına toplayıb qalmaqal yaratdı

Atalar və mandatlı övladlar… – Bu adamlar YAP-ın siyahısına necə düşür?

Azərbaycanda bir bankın lisenziyası ləğv edildi

Kremldən Ermənistana xəbərdarlıq: "Ümid edirik ki, İrəvan Kiyevin seçdiyi yolu seçməyəcək"

Məşhur şahmatçı Vüqar Həşimovun doğum günüdür

Xanlar Fətiyev haqqında sensasion faktlar: Sabiq deputat külli miqdarda vəsaiti ölkədən necə çıxarıb?

İqbal Əbilovun həbs detalları məlum olub: Ermənistanla gizli Skype sövdələşmələri...

Elxan Şahinoğlu: Əgər İranın Ermənistana silah verməsi xəbəri təsdiq olunarsa,...

Ən çox oxunanalar