Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rəşad Dağlı ev dustaqlığına buraxıla bilərmi?

Hüquqşünas açıqladı...

Azərbaycanın cinayət qanunvericiliyi qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrumetmə cinayətinə görə 9 ildən 14 ilədək müddətində azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. Qəsdən adam öldürmə zəruri müdafiə həddini aşmaqla və ya ruhi həyəcan vəziyyətində da törədilə bilər. Bu halda həmin əməl 2 ilədək müddətə islah işləri, yaxud 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Güclü ruhi həyəcan vəziyyətində qəsdən adam öldürmənin cəzası isə 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması, yaxud da 3 ilədək azadlıqdan məhrumetmədir”.

Bu sözləri Pravda.az-ın sorğusuna cavab olaraq hüquqşünas Xalid Ağəli tanınmış meyxanaçı Rəşad Dağlının həbsi barədə danışarkən deyib.

Xalid Ağəli

O, R.Dağlının cəmiyyətdə tanınmış olmasının, eyni zamanda qətli törətdikdən sonra polisə təslim olmasının həbs müddətinin aşağı salınmasına təsir edib-etməyəcəyi, ev dustaqlığına buraxıla bilmə ehtimalının olub-olmaması ilə bağlı suala isə belə cavab verib: “Şübhəli şəxs qismində istintaqa cəlb edilən şəxslər məhkəməyə qədər həbsdə yox, ev dustaqlığında da saxlanıla bilərlər. Ağır cinayətlər zamanı bu, xeyli çətindir. Ancaq ev dustaqlığına buraxılmaq üçün həmin şəxslər bir neçə şərtə cavab verməlidilər. Belə durumlarda cinayətin xarakteri və ağırlıq dərəcəsi, şəxsin gizlənmək, istintaqın, ədalət mühakiməsinin həyata keçirilməsinə maneə törətmək ehtimalı kimi məsələlər nəzərə alınaraq qərar verilir. Cəzanı hansı halların yüngülləşdirə biləcəyi cinayət qanunvericiliyində aydın ifadəsini tapıb. Cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması, cinayətin zəruri müdafiə, son zərurət hədlərini aşmaqla törədilməsi, cinayətin affekt durumda törədilməsi cəza təyin edilərkən yüngülləşdirici hallar kimi nəzərə alına bilər. Cinayət törədən şəxsin könüllü təslim olması, təqsirini boynuna alması, habelə zərərçəkmişin hüquqi varisi ilə barışıq əldə etməsi və konkret hallara görə digər hallar da yüngül cəzanın təyin edilməsinə təsir göstərə bilir”.

pia.az


Etiket: Rəşad Dağlı


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Rusiya çıxılmaz vəziyyətə düşüb...

Kanalda batan qazinin yanındakı şəxslər kim olublar? - Onlar üzüb çıxıblar, Abusət Əliyev tapılmır  

İnternet provayderləri arasında sui-istifadə hallarına qarşı araşdırmalara başlanılıb

Ərdoğan: BMT Təhlükəsizlik Şurasının strukturunu kökündən dəyişdirmək lazımdır

Sabirabad və Suraxanı rayonunun bir hissəsində qaz olmayacaq

Heydər Əsədovun seçkidəki rəqibi danışdı – Açıqlama

Samir Əsədli: “Yardımlı arxa planda qalmamalıdır”

Kəlbəcərdə itkin düşən Təranə Zeynalovanın qalıqları Bərdədə dəfn olunub - Foto, Yenilənib

Rusiyanın Kursk vilayətində məcburi təxliyə elan edilib

Zelenski “Şimal axını”nın partıadılmasını təsdiqləyib, Zalujnı əməliyyata rəhbərlik edib...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay