Çərşənbə, 14 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rəhman Hacıyev qarşıdakı vəzifələrin həlli üçün əlindən gələni edəcəyinə söz verib

“Bu gün həyatımın ən vacib anlarından biridir. Mənimçün Qarabağ Dirçəliş Fondunun rəhbəri vəzifəsinə təyin olunmağım möhtərəm Cənab Prezident İlham Əliyev tərəfindən göstərilən böyük etimad, eyni zamanda, böyük məsuliyyətdir”.

PİA.az-ın xəbərinə görə, bunu bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri təyin edilən Rəhman Hacıyev özünün feysbukdakı səhifəsində yazıb.

“Dövlət başçısı dəfələrlə qeyd etdiyi kimi, biz işğaldan azad edilmiş ərazilərimizin bərpasını, vətəndaşlarımızın bu torpaqlara qayıdışını təmin etməli və Qarabağı ölkənin dilbər guşələrindən birinə çevirməliyik. Əminəm ki, cənab Prezidentin rəhbərliyi altında həmin məqsədlərə çatmaq üçün Qarabağ Dirçəliş Fondu öz töhfəsini verməyi bacaracaq və işğaldan azad olunan ərazilərin Vətənimizin gələcəyinə tam inteqrasiyasının təmin edilməsində əhəmiyyətli rol oynayacaq. Bu etimada görə dövlət başçısına dərin minnətdarlığımı bildirirəm və qarşıya qoyulan vəzifələrin həlli üçün əlimdən gələni edəcəyimə söz verirəm”, - R.Hacıyev qeyd edib. (Report)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Qarabağ” rəqibini darmadağın edərək Çempionlar Liqasının “play-off” mərhələsinə yüksəlib

5 ölkədən İrana xəbərdarlıq: “Hücum etsə, qarşısında bizi görəcək”

Nigar Arpadarai tənqid atəşinə tutuldu: “Üç ildir gözləyirik, daha gəlməsin...”

Paytaxtın bu ərazilərində suyun verilmə rejimində dəyişiklik ediləcək

"Fənərbağça" UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb

Eminin anası əkizlərdən danışdı - "Heç gözləməzdim ki..."

Kurskda rus ordusunun “yağlı fiqurları” əsir götürüldü

Blinken İranın cavab tədbirlərinə görə Yaxın Şərqə səfərini təxirə salıb

Zəngilan və Qubadlıdan olan seçicilərdən müraciət: “Biz öz səsimizi, öz deputatımızı qorumağa hazırıq!..”

Akademik Rafael Hüseynov Hacıqabul şəhərində seçicilərlə görüşüb - Fotolar 

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay