Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rayonlara səfər edəcək şəxslərin nəzərinə - Video

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Sərnişin Daşımalarının Monitorinq Mərkəzini istifadəyə verib...

PİA.az Xəzər TV-yə istinadən xəbər verir ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən rayon və şəhərlərə gedən avtobusların hərəkətinə bu mərkəzdən nəzarət olunacaq.

Bu məqsədlə Əlavə GPS avadanlığı və monitorlar quraşdırılıb, əməkdaşlar cəlb edilib. Buna görə də avtobus sürücüləri sürət həddini aşa bilməyəcəklər, onların dayancaqdan kənarda dayanmalarına isə imkan verilməyəcək.

Agentliyin mətbuat katibi Tural Orucovun sözlərinə görə, bu mərkəzdən rayon və şəhərlərə hərəkət edən avtobuslara ciddi nəzarət olunacaq.

Yola düşən avtobusların hərəkətinə mərkəzdə quraşdırılan monitorlar vasitəsi ilə nəzarət olunur. Operatorlar monitorlarda avtobus sürücülərinin qaydaları pozmasını aşkar etdikdə, bu barədə daşıyıcı şirkətlərə məlumat verilir.

Qeyd edək ki, sərnişinlərə göstərilən xidmət səviyyəsinin yüksəldilməsi və şəffaflığın təmin edilməsi məqsədilə Monitorinq Mərkəzindən respublika ərazisində fəaliyyət göstərən avtovağzal və avtostansiyalar xüsusi quraşdırılmış nəzarət kameraları vasitəsilə də 24 saat monitorinq edilir.

pia.az


Etiket: avtobus rayon


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Rusiya çıxılmaz vəziyyətə düşüb...

Kanalda batan qazinin yanındakı şəxslər kim olublar? - Onlar üzüb çıxıblar, Abusət Əliyev tapılmır  

İnternet provayderləri arasında sui-istifadə hallarına qarşı araşdırmalara başlanılıb

Ərdoğan: BMT Təhlükəsizlik Şurasının strukturunu kökündən dəyişdirmək lazımdır

Sabirabad və Suraxanı rayonunun bir hissəsində qaz olmayacaq

Heydər Əsədovun seçkidəki rəqibi danışdı – Açıqlama

Samir Əsədli: “Yardımlı arxa planda qalmamalıdır”

Rusiyanın Kursk vilayətində məcburi təxliyə elan edilib

Zelenski “Şimal axını”nın partıadılmasını təsdiqləyib, Zalujnı əməliyyata rəhbərlik edib...

Kəlbəcərdə itkin düşən Təranə Zeynalovanın qalıqları Bərdədə dəfn olunub - Foto, Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay