Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Randevu sistemində səhv yoxsa vətəndaşların diqqətsizliyi? - Açıqlama

Ötən gün vətəndaşlardan biri könüllü olaraq COVID-19 infeksiyasına qarşı vaksinasiya üçün qeydiyyatından keçib.

Bununla bağlı sosial şəbəkədə paylaşım edilib. Vətəndaş “Vaxzevria” vaksini üçün qeydiyyatdan keçib və ona vaksinasiya üçün Bakı Mərkəzi Klinikasında mayın 19-u saat 09:00-10:00 aralığında növbə ayrılıb. Lakin, qeyd edilən zamanda klinikaya yaxınlaşsa da deyiblər ki, bizdə bu gündən başlayıb və vaksin 60+ yaşlılar üçündür.

Maraqlı məqam ondan ibarətdir ki, randevum.gov.az saytında qeydiyyat şəxsiyyət vəsiqəsi ilə həyata keçirilir. Vaksinasiya prosesinə yaşı uyğun olmayanlar üçün növbə necə verilir? Bu kimi problemlə qarşılaşan şəxslər hara və necə müraciət etməlidir?

Məsələ ilə bağlı vətəndaşlar arasında yaranan anlaşılmazlıqları nəzərə alaraq, randevu sistemində qeydiyyatdan keçərkən diqqət edilməli məqamlara bir daha aydınlıq gətirdik.

İcbari Tibbi Sığorta Agentliyindən randevu sistemində məntəqə seçimi məsələsi ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, “COVID-19 əleyhinə vaksinasiya üçün onlayn növbə” adlı elektron xidmətinə (https://randevu.its.gov.az) daxil olduqda vətəndaşa zəruri məlumatlar çatdırılır:

“Açılan pəncərədə ilk olaraq vətəndaşların nəzərinə aşağıdakı məlumatlar çatdırılır: Randevu sistemi “Sinovac” və “Sputnik V” vaksini üçün yaşı 18 və daha yuxarı, “Vaxzevria” vaksini üçün yaşı 60 və daha yuxarı olan, həmçinin son 6 ay ərzində COVID-19 analizinin nəticəsi pozitiv olmayan vətəndaşlar üçün nəzərdə tutulur.

Vətəndaş öz yaşına uyğun olaraq və yuxarıda qeyd olunan məlumata riayət edərək, randevu üçün peyvənd məntəqəsini seçməlidir.

Məlumat üçün bildirək ki, elektron xidmətin məntəqələrin siyahısı hissəsində “Vaxzevria” və “Sputnik V” vurulan peyvənd məntəqələrinin qarşısında mötərizədə bu barədə məlumat verilir. Digər məntəqələr isə “Sinovac” vaksini üçün nəzərdə tutulub”.

Eyni zamanda Səhiyyə Nazirliyinin yaydığı məlumatda qeyd olunub ki, Azərbaycan Respublikasında “COVID-19” xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi mərhələli şəkildə davam edir. Mayın 3-dən ilkin olaraq 60 yaş və daha yuxarı şəxslər “COVID-19” xəstəliyinə qarşı “AstraZeneca” şirkətinin istehsalı olan “Vaxzevria” peyvəndinin istifadəsi Bakı şəhəri və 6 regionda - Lənkəran, Şəki, Gəncə, Mingəçevir, Abşeron və Sumqayıtda tətbiq olunmağa başlanılıb.

Qeyd edək ki, “AstraZeneca” İngilis-İsveç şirkəti tərəfindən hazırlanan “Vaxzevria" vaksinini Ümumdünya Səhiyyə Təşkilatı təsdiq edib. “COVAX” platforması çərçivəsində ölkəmizə gətirilən 84 000 doza “Vaxzevria” peyvəndi insanlar arasında seçim imkanlarını artırır və vətəndaşların müxtəlif peyvəndlərə əlçatanlığını təmin edir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - Möhbalıyevin "sərgüzəştləri"

Fəzail İbrahimli Göytəpədə seçicilərlə görüşüb - Fotolar 

Rafael Hüseynov Rəncbərdə seçicilərlə görüşüb - Fotolar 

Dövlət Agentliyi: Bakıda suyun bütün evlərə gəlib çatmasında problemlər var

Kanalda batan qazinin yanındakı şəxslər kim olublar? - Onlar üzüb çıxıblar, Abusət Əliyev tapılmır  

124 min manatlıq dələduzluq işində bəraət alan şəxsin hökmü ləğv edilib, məhkəmə zalından həbs olunub

İnternet provayderləri arasında sui-istifadə hallarına qarşı araşdırmalara başlanılıb

Atatürkün indiyə qədər məlum olmayan məktubu üzə çıxıb - Foto

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay