Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qərbi Azərbaycan İcması Roma Papasını Ermənistana təzyiq göstərməyə çağırıb

Qərbi Azərbaycan İcması Roma Papasını Ermənistanın dağıtdığı Azərbaycan mədəni və dini irsini bərpa etməsi üçün bu dövlətə təzyiq göstərməyə çağırıb...

Bu barədə icmanın yaydığı bəyanatda bildirilib.

Qeyd olunub ki, Roma Papası Fransisk 2023-cü il oktyabrın 15-də verdiyi bəyanatında Azərbaycanın Qarabağ bölgəsindəki xristian dini abidələrinin qorunmasına dair çağırış etmişdi.

“Bununla əlaqədar olaraq, xatırlatmaq lazımdır ki, Azərbaycan dövləti Qarabağ bölgəsinin Ermənistanın işğalından azad edilməsindən sonra orada olan bütün ibadət yerlərini və digər abidələri dini mənsubiyyətindən asılı olmayaraq etibarlı mühafizə altına alıb və Ermənistan tərəfindən dağıdılmış olanların təmirinə başlayıb.

Bu mənada Roma Papasının Qarabağda hazırda heç bir təhlükə olmayan xristian dini abidələri ilə bağlı çağırış etməsi üçün heç bir əsas yoxdur. Əksinə, Roma Papasının Ermənistanın vaxtilə işğal etdiyi Azərbaycan ərazilərində 65 məscidi, eləcə də Ermənistan ərazisində 200-dən artıq məscidi və çoxsaylı digər mədəni və dini abidələri dağıtmasına münasibət bildirməsinə böyük ehtiyac var.

Bu müstəvidə, Qərbi Azərbaycan İcması Ermənistandan qovulmuş azərbaycanlıların Ermənistan ərazisindəki Azərbaycan dini ibadət yerlərini və yaxınlarının qəbirlərini ziyarət etməsinə yardım etmək xahişi ilə Roma Papasına 2023-cü il iyunun 12-də etdiyi və cavabsız qalmış müraciəti bir daha yada salır.

Qərbi Azərbaycan İcması dinlərarası dialoqun müdafiəçisi kimi Roma Papasına bir daha müraciət edərək, onu Ermənistanın dağıtdığı Azərbaycan mədəni və dini irsini bərpa etməsi üçün bu dövlətə təzyiq göstərməyə çağırır”, - deyə bəyanatda vurğulanır.

Poliqon.info

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Rusiya çıxılmaz vəziyyətə düşüb...

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Naxçıvanda üç uşağa təcavüz etmiş manyak tutuldu

Yaxın iki həftə ərzində güclü zəlzələ ola bilər - Seysmoloq

Sabiq məmur siyasətə qayıdır - "Qudalar İttifaqı" yenidən aktivləşəcək?

Kəlbəcərdə itkin düşən Təranə Zeynalovanın qalıqları Bərdədə dəfn olunub - Foto, Yenilənib

Arsen Avakovun Zelenskinin yerinə gətirilməsi nə qədər realdır?

Heydər Əsədovun seçkidəki rəqibi danışdı – Açıqlama

Rusiya XİN Ermənistanda çap olunan tarix dərsliyinin təxribat xarakterli olduğunu bəyan edib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay