Cümə, 06 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qərb meyillərinə qarşı rus xalqının mənəvi axtarışları...

Rus ziyalılarını millətçidən radikal demokrata, dini inancdan dünyəvi ideologiyalara qədər birləşdirən körpü məhz radikal anti-Qərb mövqeyidir...

Ferhan Bayır
“Aydınlık” qəzeti, Türkiyə, 29 yanvar 2020-ci il

Böyük ideyalar və utopiyalar həmişə böyük sosial dağıntılardan sonra meydana çıxıb. Bəşər tarixi hər zaman məhv etdiyi köhnə dünyanın üzərində yeni bir dünya yaradaraq irəliləyib. Yeni bir dünya qurmaq üçün artıq köhnəlmiş və boğucu dünyanı aradan qaldırmağa ehtiyac duyulur. İnsan özünə və sabaha bəslədiyi ümidlə yaşadığı dünyanı dəyişdirə bilər.

Lakin tarixdə hər zaman çürümə dövrləri olub. Bütün dözülməz şərtlərə baxmayaraq, bəşəriyyətin hər hansı bir böyük sosial fikir və utopiya istehsal edə bilmədiyi dönəmlər olur. Siyasi və mənəvi laqeydliyin yüksək səviyyədə olduğu bu dövrlərdə cəmiyyət ümidsizcə öz problemlərinin həllini gözləyir.

Şiddətli dağıntılar baş verən zaman ölümsüz manifestlər yazılır. Lakin çürümə dönəmlərində səsini güclə eşitdiyimiz yalvarışlar ortaya çıxır.

Eyni ziddiyyətlərlə təxminən yüz il sonra yenidən üz-üzəyik. 19-cu əsrin son rübündə Qərbdə baş verən çöküş estetika, siyasət və mədəniyyət üzərində iz qoymuşdu. Eyni dönəmdə bəşəriyyətin özünü yenidən yaradacağı rus mədəniyyəti də ortaya çıxmışdı.

Bu gün çökən Qərb kapitalizmi əvəzinə, Asiyada yeni qurumların yaradılmasını müzakirə etmək üçün 150 il əvvəl Rusiyada anti-Qərb mədəniyyətinin necə və hansı şəkildə qurulduğuna diqqətlə nəzər salmaq lazımdır.

Rus mədəniyyətində pravoslav inancın xüsusi yeri var. Pravoslav məzhəbinin ümumi teoloji anlayışına görə, rus xalqının gündəlik həyatını necə formalaşdırdığı və bu inancı hansı yolla mədəniyyətə çevirdiyi çox önəmlidir. Şübhəsiz ki, nikbinlik və ümid katolik inancından fərqli olaraq, pravoslav inancında daha çox üstünlük təşkil edir. Bəşəriyyətin insan toxunuşu ilə xilas olacağına inanan bu teoloji nəzəriyyə getdikcə rus ədəbiyyatında və fəlsəfəsində ortaya çıxan və 19-cu əsrin ortalarında səfalət içində olan Rusiyanın çürümədən xilas olacağı və insan fəzilətini yüksəldən bir ölkə olacağı düşüncəsinə çevrilmişdi.

Tolstoy və Dostoyevski kimi müəlliflərin əsərləri ilə bu inanc daha da güclənərək dünyəvi hala gələrkən, eyni zamanda, Gertsen kimi radikal demokratların əsərləri sayəsində Rusiyanın azad edilməsi bütün dünyanın qurtuluş mifinə çevrilmişdi. Bu zaman veriləcək ən vacib sual Rusiyanın özünü və dünyanı nədən xilas edəcəyi idi. Cavab bəllidir: əlbəttə ki, Qərb sivilizasiyasından və Qərb kapitalizmindən.

Rus ziyalılarını millətçidən radikal demokrata, dini inancdan dünyəvi ideologiyalara qədər birləşdirən bu körpü məhz radikal anti-Qərb mövqeyidir. Rusiyanın bəşəriyyətin taleyində qaçınılmaz bir rol oynayacağına dair bu “sirli və mistik” inanc olduqca təəccüb doğurur.

Rusiya xalqını təxminən iki əsr boyunca möhkəm saxlayan qüvvə gələcəyə olan bu sarsılmaz inamdır. Borodino döyüşündən Stalinqradın müdafiəsinə qədər bütün sadə insanları möhkəm şəkildə saxlayan qüvvənin əsasında bu inam dayanır. Rus xalqının gələcəyə qarşı sarsılmaz inamı Qərbin hücumları qarşısında əsrlər boyu sınanıb. Rus millətinin ruhu Qərblə toqquşaraq öz kimliyini yaradıb.

Xalqçılıq və xalqın öz dəyərləri barədə müzakirə aparması

Özünü katolik və kapitalist sivilizasiyasından ayıran rusların bu inancların başlanğıc nöqtəsi rus kəndlisi idi. Dostoyevski dini baxışları ilə Rusiya kommunalarında eqoizmdən uzaq yaşayan kəndlilərin fəzilətində bəşəriyyəti xilas edəcək işığı görərkən, ateist Çernişevski əksinə, feodalizmdən kapitalizmə keçidin dağıdıcı və pisləşən təsirinin qarşısını almaq üçün rus kənd icmalarında sosializmin çiçəklənməsinə üstünlük verirdi. Tolstoy isə rus kəndlilərinin İsası idi.

Dostoyevski rus xalqının orijinal xüsusiyyətlərini qoruyub saxlamasına imkan verən tarixi prosesi belə izah edir: Rusiyanın pravoslav inancını, xüsusən də Qərb xristianlığından və ümumiyyətlə, Qərb mədəniyyətindən təcrid olunmuş şəkildə qəbul etməsi və Petro ilə başlayan qərbləşmə prosesində xalqın kənarda saxlanması nəticəsində millətin inanc və ənənələrinin bütöv şəkildə qalmasıdır.

İlahi ünsürlərə üstünlük verən bu fikir olduqca ixtisar edilmiş olsa da, vacib bir məqama işarə edir. Rus realizmi Qərb realist hərəkatlarının “dünyəvi” keyfiyyətləri ilə müqayisədə dini və mistik bir mövqeyə sahibdir. Müəlliflərin siyasi görüşlərinə görə, bu dini mövqenin intensivliyi tez-tez dəyişsə də, demək olar ki, bütün əsərlərdə özünü büruzə verir.

Beləliklə, Puşkinlə başlayan rus realist hərəkatı sosial ölçünü Qərb ədəbiyyatı ilə müqayisə edilməyəcək dərəcədə dərinləşdirib.

Rus ədəbiyyatında və düşüncəsində solçu-materialist anlayış güclənmiş olsa da, xüsusilə Avropadakı Hegelçi və utopik sosialistlərin təsiri ilə dini baxışlar müəyyən dərəcədə özünü qoruyub.

Qoqol xaricdə olarkən dini meyilləri artdığı üçün onun Belinski il arasındakı polemika da bu müzakirənin ilk addımı idi. Qoqol rus xalqının öz inanclarına olan bağlılığına məhəl qoymadan realist rus ədəbiyyatının mümkün olmayacağını düşünürdü. Lakin Belinski insanların inanclarının kökündə duran dini baxışların mahiyyətcə dərin materialist fəlsəfəyə aid olduğunu düşünürdü.

1860-cı illərdə rus solunun marksizmlə birləşməsindən sonra bu məsələ Çernışevski və Dobrolyubovun müzakirələri ilə daha da dərinləşmişdi.

Gertsen və Turgenyev kimi 1840-cı illərin liberal nəsli ilə yanaşı, radikal demokratik cərəyanla birgə Çexov nəslinin bəzi görkəmli sekulyar nümunələri ortaya çıxmış olsa da, həmin dönəmə Tolstoy və Dostoyevskinin təmsil etdiyi iki fərqli dini yanaşma hakim olmağa davam etmişdi.

Şübhəsiz ki, rus inancı homogen deyildi və yazıçıların xalq inanclarındakı bu fərqli cərəyanlara əsaslanması ilə fərqli dini cərəyanlar meydana çıxmışdı. Tolstoyun “Tanrı”sı qədim yunan tanrıları kimi sərxoş və tüfeyli bir obraza bürünərkən, Dostoyevskinin “Tanrı”sı daha çox müqəddəs və ilahi formada özünü göstərirdi. Bütün bu fərqlərə baxmayaraq, hər bir baxışda ifadə olunan inanclar Rusiyadakı qərbləşməni dərin şəkildə tənqid etmiş və nəticədə, rus ədəbiyyatının möhkəm xarakterini ortaya çıxarmışdı.

Rus realizminin özünəməxsusluğu

Digər tərəfdən, Rusiyada qərbləşmədən əlavə, Qərb mədəniyyətinin əsasları da xalq mədəniyyətinə əsaslanaraq sorğulanmışdı. Bu sorğulamaya görə, rus ədəbiyyatı Qərb roman ənənəsindən tamamilə fərqli bir forma qazanmışdı. Realizm estetik bir yanaşma kimi ortaya çıxdığından xalqın mədəni qaynaqlarını mənimsəyib. Realizm mahiyyət etibarilə populistdir və xalqın dəyərlərinə əsaslanır. Ancaq rus realizmi xalqın mədəniyyətinə əsaslanır və Rusiyanın qərbləşməsinə qarşı verilən bir reaksiyadır.

Yazıçılar rus realizmi vasitəsilə rus kəndlisi üçün azadlıq axtarışına düşmüşdü.

Bir konsepsiya olaraq mistik anlayışları ehtiva edə bu xilas metodu xalqın dəyərləri və inancları ilə birləşdikdə, qərbli olmayan bir ədəbi üslubun ortaya çıxması qaçınılmazdır. Rus ədəbiyyatının özünəməxsusluğu onun demokratiya və azadlıq istəyini bu “mistik” üslubla ifadə etməsi ilə əlaqədardır.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Lukaşenkodan şok: Zelenskini onlar aradan götürəcək!

Prezident İlham Əliyev İtaliyada Beynəlxalq Çernobbio Forumunda çıxış edib - Yenilənib

Anar Məmmədovla bağlı ilginc iddia - Trampın seçkisinə...

Politoloq: Azərbaycan Rusiyaya ciddi nota verməlidir...

Azərbaycanda bu şəxsləri 5 il həbs cəzası gözləyir - Xəbərdarlıq

İran “Zəngəzur dəhlizi”nin açılmasını imkansız edən gücə sahibdir?

Dubayda dünyanın ikinci ən hündür binası tikiləcək

Payızda sürücülərin avtomobildə etdiyi 3 ümumi səhv

Azərbaycan Ordusunun hərbçisi odlu silahla özünü öldürüb

Ən çox oxunanalar