Cümə, 26 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qəbələdə narkotik satan şəxslər saxlanılıb - Foto

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin satışı ilə məşğul olan şəxslər saxlanılıb...

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir nəticəsində narkotiklərin satışında şübhəli bilinən Çinar Soltanov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Araşdırma zamanı Çinar Soltanovun həmin narkotik vasitəni Qəbələ rayonunun Tola kənd sakini Mərdan Əzəmmədovdan 120 manata satış məqsədilə aldığı məlum olub.

Davam etdirilən tədbirlərlə M.Əzəmmədov da polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə və yaşadığı ünvana baxış keçirilərkən satış məqsədilə saxladığı qurudulmuş marixuana aşkarlanaraq maddi sübut kimi istintaqa təqdim olunub.

Faktlarla bağlı cinayət işləri başlanıb, saxlanılan şəxslərin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Poliqon.info


Etiket: narkotik


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Atalar və mandatlı övladlar… – Bu adamlar YAP-ın siyahısına necə düşür?

Keçmiş deputatın oğlu qohumlarını və işçilərini DSK-nın qarşısına toplayıb qalmaqal yaratdı

Ağadadaş Ağayevlə mühafizəçi haqqında qərar verildi

UEFA Konfrans Liqası: "Sabah" səfərdə qalib gəlib - Yenilənib

Azərbaycanda bir bankın lisenziyası ləğv edildi

Xanlar Fətiyev haqqında sensasion faktlar: Sabiq deputat külli miqdarda vəsaiti ölkədən necə çıxarıb?

Elxan Şahinoğlu: Əgər İranın Ermənistana silah verməsi xəbəri təsdiq olunarsa,...

Ağadadaş Ağayevi döyən gözətçi ilə bağlı yeni faktlar

İqbal Əbilovun həbs detalları məlum olub: Ermənistanla gizli Skype sövdələşmələri...

Ən çox oxunanalar