Çərşənbə, 24 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qardaşı baltalamaq istədi, anasının qarğışına düşdü, gəlinlik paltarı geyinmədi - Xalq artistindən maraqlı faktlar

Safura İbrahimova haqqında maraqlı faktlar...

PİA.az Kulis.az-a istinadən Xalq artisti Safura İbrahimova haqqında maraqlı faktları təqdim edir.

Atası Bakının tanınan tacirlərindən olub. Ticarətlə məşğul olduğuna görə onun var-dövlətini əlindən alıb ailəni ölkənin ən ucqar kəndlərindən birinə sürgün ediblər.

***

Ən böyük arzusu həkim olmaq olub. Məktəbi bitirəndən sonra sənədlərini tibb universitetinə versə də imtahanlardan kəsilib.

***

36 yaşında ailə həyatı qurub. 5 il davam edən ailə həyatı övladı olmadığına görə dağılıb. Ondan sonra heç vaxt ailə həyatı qurmayıb.

***

Toyunda gəlinlik geyinməyib.

Həyat yoldaşı prokuror olub. Səfurə İbrahimovanın pərəstişkarı olub. Deyilənə görə heç bir tamaşasını buraxmır, hər tamaşadan sonra ona gül-çiçək gətirərdi.

***

Anası onun aktrisa olması ilə razı olmayıb. O anası ilə bağlı xatirələrində danışarkən anasının hətta ona bu sənəti seçdiyi üçün qarğış tökdüyünü bildirib: "Deyirdi, səni görüm heç vaxt gəlinlik geyinməyəsən, başına duvaq atmayasan".

***

Qardaşları da Safuranın aktrisa olmasını istəməyiblər. Hətta "Sevil" filmindəki roluna görə qardaşı onun üstünə balta qaldırıb.

***

Həsən Turabov, Eldəniz Zeynalov və Tariyel Qasımov ona evlənmə təklifi edib.

***

Xalq artisti Zərnigar Ağakişiyeva ilə ölənə qədər küsülü qalıb.

Bacısı oğlunu övladlığa götürüb.

***

Teatrdan ayrıldıqdan sonra qapalı həyat tərzi sürür. Hətta bir ara onun dəli olduğu ilə bağlı xəbərlər yayılmışdı.

Teatrda onu çox incidiblər. İş o həddə çatıb ki, "Sevil" tamaşasının premyerası zamanı onu yıxmaq da istəyiblər: "Sevil" tamaşasında mən düşdüyüm pilləkənlərdən birinin taxta pilləsini vurmamışdılar. Mənim də bundan xəbərim yox idi. Pilləkənləri düşəndə Allah üzümə baxdı ki, ayağımın altındakı boşluğu hiss etdim. Əgər mən ayağımı həmin boşluğa atsaydım, üzü üstə səhnənin döşəməsinə yıxılacaqdım".

***

"Arxadan vurulan zərbə" də Ziba, "Sevil" filmində Dilbər, "Gün keçdi" filmində Əsmər roluna çəkilməsinə mane olublar.

Uzun illər fəxri ad almasının qarşısı alınıb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda övladını girov götürən və polisin zərərsizləşdirdiyi şəxslə bağlı yeni detallar - Təfərrüat, Video

Ağadadaş Ağayevin atdığı balta qadını yaraladı - Təfərrüat

Baba Vəziroğlu Ağadadaş Ağayevdən danışdı: "Vəziyyət o həddə çatıb ki..."

Xırdalanda qadının əri tərəfindən pəncərədən atılması ilə bağlı təfərrüat - Yenilənib

Ağadadaş Ağayev balta atdığı şəxsdən polisə şikayət etdi

Bakıda dəhşət: Ata bir azyaşlı uşağını öldürüb, digərini yaralayıb, sonra isə intihar edib

Milli Məclis Aparatının sabiq rəhbəri Səfa Mirzəyev II Fəxri xiyabanda dəfn olunub

Abşeronda iki qardaşın ölməsi ilə bağlı cinayət işi açılıb - Yenilənib

Azərbaycan gömrüyündə bəyanetmə qaydaları dəyişib

Trampın seçilməsi niyə Azərbaycanın maraqlarına xidmət edir?

Ən çox oxunanalar