Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağdakı “erməni ordusu”nun miskin durumu - Video

Ermənistan mətbuatı Qarabağdakı qanunuz silahlı birləşmələrin – qondarma rejimin “ordusu”nun “hərbçi”lərinin ağır durumundan bəhs edən xəbər və videokadrlar yayıb.

Bu kadrlar isə ermənilərin özləri tərəfindən heyrətlə qarşılanıb. Kadrlardan görünür ki, ermənilərin “Lısaqor” adlandırdıqları Turşsu ərazisində yerləşən qanunsuz silahlı dəstələr qarlı-çovğunlu havada miskin vəziyyətdə qalıblar və onlara sahib çıxan yoxdur. Başlarının üstündə damı olmayan erməni silahlılar tufanlı havada “xidmət edirlər”. Kadrlardan görünür ki, erməni “hərbçi”lərin çadırlarını tufan uçurub-dağıtdığı üçün onlar açıq havada qalmalı olublar. Hətta onların çarpayıları da qar-çovğunun altında qalıb. İstilikdən məhrum olan ermənilər soyuqdan donurlar. Qarabağdakı terrorçu rejimin oyuncaq “müdafiə nazirliyi” isə iddia edib ki, əsgərlər müvəqqəti sığınacaqlara yerləşiblər, ancaq həmin sığınacaqların nədən ibarət olduğunu açıqlamayıblar.

Bununla belə, iddia ediblər ki, “hərbçi”lərin normal yaşayışını təmin etmək üçün lazımi işlər görülür. Ermənistan mediası şiddətli çovğunda açıq havada qalmış hərbçilərin durumunu dəhşətli adlandırıb. Bildirilib ki, 44 günlük müharibənin cəhənnəmindən keçən əsgərlərin indi adicə kazarma şəraitindən də məhrum olması ilk dəfə deyil.

Bununla da erməni mediası özünü “dövlət” sayıb, “orduya sahib olduğunu” iddia edən araiklərin və onların ətrafındakı silahlıların acınacaqlı durumuna diqqəti cəlb edib.

Qeyd edək ki, artıq bu aydan etibarən Ermənistandan Qarabağa əsgər göndərilməsi prosesi dayandırılıb. Tezliklə Azərbaycan dövləti Qarabağın bütün ərazilərində nəzarəti ələ alacaq və terrorçu qruplaşmanın girovluğunda olan erməniləri də xilas edəcək.(Musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - Möhbalıyevin "sərgüzəştləri"

Politoloq: Rusiya çıxılmaz vəziyyətə düşüb...

Rafael Hüseynov Rəncbərdə seçicilərlə görüşüb - Fotolar 

Fəzail İbrahimli Göytəpədə seçicilərlə görüşüb - Fotolar 

Dövlət Agentliyi: Bakıda suyun bütün evlərə gəlib çatmasında problemlər var

Kanalda batan qazinin yanındakı şəxslər kim olublar? - Onlar üzüb çıxıblar, Abusət Əliyev tapılmır  

İnternet provayderləri arasında sui-istifadə hallarına qarşı araşdırmalara başlanılıb

Ərdoğan: BMT Təhlükəsizlik Şurasının strukturunu kökündən dəyişdirmək lazımdır

Özbəkistanlı hərbçilər Azərbaycanda PUA kursunda iştirak edirlər

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay