Çərşənbə, 24 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağda əməliyyatlar başlayacaq - İrəvanla sülh danışıqları nəticə vermir

"Paşinyanın bəyanatı daxili auditoriyaya hesablanıb". Bunu Milli.Az-a açıqlamasında Rusiya Xalqlar Dostluğu Universitetinin dosenti, siyasi jurnalist Anar Həsənov deyib. 

O bildirib ki, Ermənistan-Azərbaycan sərhədində və rus sülhməramlıların müvəqqəti nəzarətindəki Azərbaycan kəndləri istiqamətində hərbi əməliyyatlara ehtiyac var: "Müharibə şəraitində olan dövlətin rəhbərindən bu çıxış gözləniləndir. Hesab edirəm ki, Azərbaycan yaranmış qaz böhranında mövqeyini dəyişməyəcək. Qanunsuz erməni silahlı birləşmələrinin olduğu ərazidə hərbi əməliyyatların başlanmasını gözləmirəm. Çünki o zona sülhməramlıların məsuliyyət zonasıdır və Azərbaycan rəhbərliyi, Moskva ilə münasibətləri gərginləşdirə biləcək addımları atmayacaq.

Ermənilərin sülhməramlılar tərəfindən tərksilah edilməsi də hazırki durumda Rusiyaya sərf etmir, çünki Ukrayna ilə müharibədə Ermənistan Kremlin arxasında yer alıb. Ancaq Ermənistan XİN ilə Azərbaycan XİN arasındakı yüksəliş traektoriyası üzrə inkişaf edən gərginliyin məntiqi nəticəsi də olmalıdır. Başqa sözlə, Ermənistan Azərbaycan sərhədi boyunca yayda lokal silahlı toqquşmaların baş verəcəyini hesab edirəm. Ermənistanla sülh danışıqları dinc yolla mümkün deyil, İrəvan məcburiyyət dilini başa düşür. Bunun üçün psixoloji təzyiqə, demarkasiya edilməmiş Ermənistan-Azərbaycan sərhədində və işğalda olan Azərbaycan kəndləri istiqamətində hərbi əməliyyatlara ehtiyac var".

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda övladını girov götürən və polisin zərərsizləşdirdiyi şəxslə bağlı yeni detallar - Təfərrüat, Video

Ağadadaş Ağayevin atdığı balta qadını yaraladı - Təfərrüat

Baba Vəziroğlu Ağadadaş Ağayevdən danışdı: "Vəziyyət o həddə çatıb ki..."

Xırdalanda qadının əri tərəfindən pəncərədən atılması ilə bağlı təfərrüat - Yenilənib

Ağadadaş Ağayevlə bağlı məsələdə yenidən gündəmə gələn "MedEra Hospitalı" kimindir?

Ağadadaş Ağayev balta atdığı şəxsdən polisə şikayət etdi

Abşeronda iki qardaşın ölməsi ilə bağlı cinayət işi açılıb - Yenilənib

Xatirə İslam: "O yaşda adamı bu qədər döyərlər?"

Bakıda dəhşət: Ata bir azyaşlı uşağını öldürüb, digərini yaralayıb, sonra isə intihar edib

Ən çox oxunanalar