Çərşənbə, 24 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putinin həbsə göndərdiyi sabiq nazir azadlığa çıxır-Ulyukayevin heyratamiz həbsxana həyatı...

2017-ci ilin yanvarında 8 il müddətinə həbs edilmiş Rusiyanın keçmiş iqtisadiyyat naziri Aleksey Ulyukayev yaxın günlərdə şərti azadlığa buraxılacaq...

Aleksey Ulyukayev 2016-cı ilin noyabr ayının 14-də həbs olunub. Nazir “Başneft” şirkətinin səhmlərinin 50%-nin alınmasında yardımçı olması üçün “Rosneft”dən 2 milyon dollar rüşvət aldığı üçün saxlanılıb. İddia olunurdu ki, rüşvəti nazirin kabinetinə gətirənlər Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları olub.

Məlum olub ki, Federal Təhlükəsizlik Xidməti naziri bir ilə yaxındır izləyirmiş və onun “Rosneft” şirkətindən rüşvət tələb etdiyi barədə məlumat Ulyukayevin telefon danışıqlarının dinlənilməsi, habelə yaxın ətrafının söhbəti sayəsində əldə edilib. Ulyukayev Rusiya tarixinə rüşvətə görə vəzifə başında həbs olunan ilk nazir kimi düşüb.

Sonradan bilindi ki, nazirin həbsinə hazırlıq barədə Rusiya prezidenti Vladmir Putin əvvəldən məlumatlı olub. “Prezidentə hər şey məruzə olunub, o, kursda idi. Ona əməliyyat tədbirlərinin başlanılması barədə məlumat verilib” deyə, Peskov o zaman bildirmişdi.

Moskva Dövlət Universitetinin məzunu olan 65 yaşlı Ulyukayev 2013-cü ildə nazir vəzifəsinə təyin edilib. Ulyukayev Yeltsin hakimiyyəti dövründə Yeqor Qaydarın islahatçılar hökumətində müşavir vəzifəsini tutub. 2000-ci illərin əvvəllərində isə sabiq maliyyə naziri Aleksey Kudrinin müavini olub. Ulyukayev Mərkəzi Bankın İdarə Heyətinin sədr müavinliyindən nazir postuna gətirilib.

Ulyukayev 2018-ci ilin iyununda əvvəllər ilk dəfə həbsə düşənlərin saxlandığı sərt rejimli Tverdəki 1 saylı koloniyaya köçürülüb. Həyat şəraitini nazir kreslosundan dustaq barakına dəyişən Ulyukayev həbsxanada çətin günlər yaşayıb: stress fonunda bütün köhnə xəstəlikləri kəskinləşib, bir neçə həftə tibb bölməsində qalmalı olub. Əvvəlcə, həbsxana rəhbərliyi onun sağalacağından ümidlərini kəsiblər. Ulukayev bir neçə günə kəskin arıqlayıb. Ancaq tədricən özündə güc tapıb, gerçəkliyi qəbul edib və sağalmağa başlayıb.

Ulyukaev, əsasən iqtisadi sahədə cinayətlərə görə məhkum olunanların - keçmiş zavod rəhbərlərinin, sahibkarların, mühasiblərin saxlanıldığı baraka düşüb. Ona yaşına görə ağır iş görmək qanunla yasaq idi və bu səbəbdən o, koloniyada cəza çəkən 1500 məhkumun yeni kitabxanaçı olur.

Tezliklə xəstələr və əlillər istisna olmaqla, demək olar ki, bütün məhbuslar keçmiş nazirin işlədiyi kitabxanaya hər gün baş çəkməyə başlayırlar. Ulyukayev hər kəsə təhsilini və ehtiyaclarını nəzərə alaraq kitablar seçməyi tövsiyə edir. Eyni zamanda, kitabın müəllif haqqında qısa arayış da verir. Onun savadı və ensiklopedik yaddaşı hamını heyrətləndirir. Onun sayəsində həbsxana kitabxanasına yüzlərlə yeni kitab sifariş olunur. O, şəxsiyyətin inkişafına töhfə verən müasir və klassik ədəbiyyatın siyahılarını tərtib edib.

Ulyukayev bir növ təcrübə aparıb: kitabları tövsiyə edir, sonra məhkumların oxuduqlarının təsiri altında yaxşılığa doğru necə dəyişdiyini izləyirmiş.

Sonra o, hamıya iqtisadiyyatdan mühazirələr oxumağı başlayır. Keçmiş nazir ailə büdcəsini necə formalaşdırmaq, qazancdan artıq xərcləməmək, yüksəlmə perspektivi olan işi necə seçmək və əmək bazarında imkanları necə real qiymətləndirmək haqqında mühaziərələr oxuyur. Həm də hamının başa düşəcəyi dildə…

Ulyukayev həbsxanadakı insanlar üçün bir nümunə də olub. Dustaqlar bu mübarizə adama baxaraq “madam ki, o, belə yüksəklikdən ən dibə düşsə də, təslim olmayıb, biz də təslim olmayacağıq” deyiblər.

Ulyukayev 5 ildə heç vaxt cəza kamerasında olmayıb, daxili nizam-intizamı pozmayıb. Onun şəxsi işində yalnız təşəkkür var. Yaxınları prokurorluğun onun vaxtından əvvəl şərti azadlığa buraxılması üçün əngəl yaratmayacağına inanırlar…

İqtisadiyyat üzrə doktor elmi dərəcəsi almış sabiq nazir ata tərəfdən kökəncə tatardır. Onun atası Valentin Xusainoviç Ulyukayev də torpaqşünaslıq üzrə alimdir, kitabları ali məktəblərdə dərslik kimi istifadə olunur. Ulyakayev birinci arvadından boşandıqdan sonra yenidən ailə həyatı qurub. İki oğlu, bir qızı var.Ulyukayev nazir kimi bir neçə dəfə Azərbaycanda da olmuşdu...

Orxan ƏLİYEV (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda övladını girov götürən və polisin zərərsizləşdirdiyi şəxslə bağlı yeni detallar - Təfərrüat, Video

Ağadadaş Ağayevin atdığı balta qadını yaraladı - Təfərrüat

Baba Vəziroğlu Ağadadaş Ağayevdən danışdı: "Vəziyyət o həddə çatıb ki..."

Xırdalanda qadının əri tərəfindən pəncərədən atılması ilə bağlı təfərrüat - Yenilənib

Ağadadaş Ağayev balta atdığı şəxsdən polisə şikayət etdi

Bakıda dəhşət: Ata bir azyaşlı uşağını öldürüb, digərini yaralayıb, sonra isə intihar edib

Milli Məclis Aparatının sabiq rəhbəri Səfa Mirzəyev II Fəxri xiyabanda dəfn olunub

Abşeronda iki qardaşın ölməsi ilə bağlı cinayət işi açılıb - Yenilənib

Azərbaycan gömrüyündə bəyanetmə qaydaları dəyişib

Trampın seçilməsi niyə Azərbaycanın maraqlarına xidmət edir?

Ən çox oxunanalar