Çərşənbə axşamı, 30 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Prezidentin Özbəkistan səfəri Türk Dövlətləri Birliyi Təşkilatının inkişafina gətirib çıxaracaq” - Könül İsmayılova 

Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi Könül İsmayılova prezident İlham Əliyevin Özbəkistana səfəri ilə bağlı paylaşım edib.

PİA.az həmin paylaşımı təqdim edir:

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasında səfərdə oldu. Prezidentin bu səfəri xüsusilə dünyada baş verən son hadisələr, eyni zamanda türk birliyi istiqamətində atılacaq addımlar baxımından diqqət çəkirdi.

Bildiyimiz kimi Özbəkistan keçmiş Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini hər zaman dəstəkləyib. 2021-ci il martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilmiş qeyri-formal zirvə görüşündə də Özbəkistan Prezidenti Şövkət Mirziyayevin Azərbaycanı Qarabağın qaytarılması və tarixi ədalətin bərpa olunması münasibətilə təbrik etmişdir.

Prezidentin Özbəkistana səfəri zamanı diqqətçəkən məqam bu səfərin 25 il əvvəl ümummilli lider Heydər Əliyevin Özbəkistana səfərinin tarixi ilə üst-üstə düşməsidir. Prezidentin Özbəkistana səfəri zamanı isə Daşkəndin mərkəzində Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş Meydanın yaradılması xalqlarımızın qardaşlığının və dostluğunun təzahürüdür. Xatırlamaq kifayətdir ki, Ulu Öndər Heydər Əliyev də özbək xalqına böyük sevgi ilə yanaşırdı.

Səfər zamanı iki ölkə arasında 19 sənəd imzalandı. Azərbaycan-Özbəkistan münasibətlərinin yüksək səviyyədə olması aparılan danışıqlar və imzalanan sənədlərlə öz əksini tapdı. Şübhəsiz ki, müzakirə olunan mövzular və əldə olunan razılaşmalar münasibətlərimizin gələcək inkişafı üçün əsas olacaq. O da qeyd edilməlidir ki, Prezidentin Özbəkistana səfəri iki tərəfli əlaqələrin inkişafına bundan sonra da mühüm töhfə verəcək. Eyni zamanda bu səfər Türk Dövlətləri Birliyi Təşkilatının inkişafina gətirib çıxaracaq".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paris-2024: Hidayət Heydərov mükafatlandırılıb, Dövlət Himni səsləndirilib - Yenilənib

Maaşlar bu qədər artacaq - Dəqiq məbləğ açıqlandı

Pezeşkian Makrona xəbərdarlıq etdi: İsrail hücum etsə...

DSX əməkdaşının sosial şəbəkələrdə yayılmış videogörüntüsü ilə bağlı açıqlama

Yunanıstan Türkiyənin dəniz sərhədlərini tanıdı... - İki ölkə arasında “soyuq müharibə” ortadan qalxacaq?

Olimpiya çempionu: "Məni Azərbaycandan ilk təbrik edən Prezidentimizlə xanımı oldu"

İlqar Fəhmi Axund Azərdən, mentalitetdən, bakılılardan danışdı

Azərbaycanda bəzi universitetlərdə təhsil haqqları artırıldı: Səbəb nədir?

Ən çox oxunanalar