Bazar ertəsi, 22 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq: Ermənistanın KTMT-dən çıxması siyasi aktdır, geosiyasi demarşdır...

Ermənistanın Baş naziri ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk edəcəyini bildirib...

Zaur İbrahimli: “Nikol Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmaqla bağlı bəyanatı Ermənistanın Qərbə yaxınlaşması istiqamətində daha bir mərhələyə qədəm qoyması kimi qiymətləndirilə bilər”.

Moskva ən azı bu ilin sonuna qədər öz təmkinini qorumağa çalışacaq”.

Bu sözləri politoloq Zaur İbrahimli Ermənistanın baş nazirinin KTMT bəyanatını Poliqon-a şərh edərkən qeyd edib.

Ermənistanın Baş naziri Nikol Paşinyan dünən parlamentdə sualları cavablandırarkən ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk edəcəyini bildirib. Daha sonra Ermənistannın xarici işlər naziri Ararat Mirzoyan baş nazirin bu bəyanatını təkzib etməyə çalışsa da, Paşinyan faktiki olaraq bildirib ki, İrəvan KTMT-yə qayıtmayacaq və istənilən vaxt bu hərbi ittifaqdan çıxa bilər.

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk etməsi Rusiya üçün “qırmızı gizgi”nin aşılması kimi dəyərləndirilə bilərmi və bu Ermənistanın Aİİ çərçivəsində Rusiya ilə iqtisadi münasibətlərinə necə təsir edə billər?

Rusiya-Ermənistan münasibətlərini Poliqon-un əməkdaşı politoloq Zaur İbrahimli ilə müzakirə edib.

Zaur İbrahimli: “Rusiya-Ermənistan münasibətləri xeyli dərəcədə ABŞ-da noyabr ayında keçiriləcək prezident seçkilərinə bağlıdır”.

Ermənistanın KTMT-dən çıxmasının ikitərəfli münasibətlərə ciddi təsir göstərəcəyini proqnoz edən politoloq bildirib ki, ikitərəfli münasibətlər mühiti daha da pisləşəcək:

“Nikol Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmaqla bağlı bəyanatı Ermənistanın Qərbə yaxınlaşması istiqamətində daha bir mərhələyə qədəm qoyması kimi qiymətləndirilə bilər. Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxması Rusiya üçün gözlənilməz bir surpriz olmayacaq. Bu zaman Rusiya hələ ki, Ermənistanda hərbi iştirakını saxlayacaq. Çünki ErmənistanRusiya hərbi əlaqələri dövlətlərarası ikitərəfli müqavilələrlə tənzimlənib. Buraya Ermənistanın Türkiyə və İranla dövlət sərhədlərinin qorunması, eyni zamanda 102-ci hərbi bazanın Ermənistan ərazisində dislokasiya olunması daxildir. Bu iki fakt qüvvəsində qalacaq.

Bu baxımdan Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxması siyasi aktdır, geosiyasi demarşdır. Reallıqda isə bu Rusiyanın Ermənistanda mövqeyini indikindən artıq zəiflədə bilməyəcək. Amma Ermənistanın KTMT-dən çıxması ikitərəfli münasibətlərə ciddi təsir göstərəcək. İkitərəfli münasibətlər mühiti daha da pisləşəcək.

Zaur İbrahimli: “Moskva daha çox daxili dinamika ilə Ermənistanda təsirini qoruyub saxlamağa çalışır. Düşünürəm ki, bu yanaşma davam edəcək”.

Bəs, Moskvadan hansı addımlar gözləmək olar? Güman edirəm ki, Moskva öz təmkinini qoruyacaq. Bu vaxta qədər Ermənistan KTMT-dən çıxmasını deməklə yanaşı, Rusiyaya qarşı digər addımlar da atmışdı. Lakin Kreml Ermənistan cəmiyyətinin hiddətinə səbəb olacaq addımlar atmaqdan çəkinir. Xüsusilə, Rusiya iqtisadi məsələlərdə ehtiyatla davranır və təzyiqə əl atmır.

Bildiyimiz kimi, oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçiriləcək. Orada da Rusiya ilə Qərb açıq qarşıdurmaya gedir. Belə bir şəraitdə Moskva ən azı bu ilin sonuna qədər öz təmkinini qorumağa çalışacaq. Eyni zamanda, Rusiya-Ermənistan münasibətləri xeyli dərəcədə ABŞ-da noyabr ayında keçiriləcək prezident seçkilərinə bağlıdır. ABŞ administrasiyasının kursunun dəyişəcəyi ehtimalları var. Əgər prezident Tramp olarsa, ABŞ-Rusiya dialoqu baş tuta bilər. Bu baxımdan da, Moskva Ermənistana qarşı təmkinli davranacaq.

Əlbəttə, Rusiyanın sərt və qəti mövqeyini göstərən bəyanatlar səsləndiriləcək, müəyyən addımlar da atılacaq. Moskva daha çox daxili dinamika ilə Ermənistanda təsirini qoruyub saxlamağa çalışır. Düşünürəm ki, bu yanaşma davam edəcək”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əməkdar artistin toy paltarı gündəm oldu - Foto

Fransalı ekstremalın sehrli xalça kostyumunda uçuşu gündəm oldu - Video

ABŞ və Böyük Britaniya Yəmənə zərbələr endirib

Səttar Möhbalıyev istefa verir - AHİK-in yeni sədri kim olacaq?

Ərdoğan nazir və deputatlarla basketbol oynadı - Foto

II Şuşa Qlobal Media Forumunun iştirakçıları "ASAN” Xidmət və "DOST" mərkəzlərində olublar - Foto    

Politoloq: Kamala Harris Bayden qədər asan rəqib deyil...

YAP-ın deputatlığa namizədlər siyahısında dəyişiklik edilib

Prezident İlham Əliyev Milli Mətbuat Günü münasibətilə paylaşım edib

Naftalanda bir qrup şəxs sərxoş vəziyyətdə ictimai qaydanı pozub

Ən çox oxunanalar