Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

PİA.az-ın təsisçisi Şahin Ağabəylinin faciəvi ölümündən 10 il keçir

10 il əvvəl 2010-cu ilin oktaybrın 27-də səhər tezdən Bakı-Ələt yolunun Səngəçal hissəsində “Poliqon” İnformasiya Agentliyinin (pia.az) təsisçisi Şahin Ağabəyli avtomobil qəzasında həlak olub...

Bu gün “Milli Yol” qəzetinin və “Poliqon” İnformasiya Agentliyinin (pia.az) təsisçisi və baş redaktoru Şahin Ağabəylinin avtomobil qəzasında faciəvi şəkildə həlak olmasından 10 il ötür.

Şahin Ağabəyli 1976-cı ildə yanvarın 27-də Neftçala rayonunun Aşağı Qaramanlı kəndində dünyaya göz açıb. 1993-cü ildə orta məktəbi bitirdikdən sonra mərhum prezident Əbülfəz Elçibəy tərəfindən Türkiyə Kara Harp Okuluna təhsil almaq üçün yollanılan 23 gəncdən biri olub.

1997-ci ildə Türkiyədə Quru Qoşunları Hərbi Məktəbini bitirib. Bakıya qayıdan Şahin Ağabəyli 2000-ci ildə ordudan tərxis olunub. Elə həmin il Əbülfəz Elçibəy tərəfindən Bütöv Azərbaycan Birliyinin (BAB) nəzdində yaradılan Bütöv Azərbaycan Məktəbinin (BAM) rəhbəri təyin olunub.

Jurnalist fəaliyyətinin ilk illərində “Bakı həftəliyi”, “Bizim yol” qəzetlərində çalışıb.

2003-cü ildə “Milli Yol” qəzetini təsis edib və qəzetin baş yazarı olub. 2006-cı ildə “Poliqon” İnformasiya Agentliyini, 2009-cu ildə isə baş redaktoru olduğu pia.az saytını təsis edib.

Şahin Ağabəyli 2006-cı ildə peşə fəaliyyətinə görə həbs olunmuş, bir müddət sonra prezident tərəfindən əfv edilmişdi.

Şahin Ağabəyli 2010-cu ildə oktaybrın 27-də səhər tezdən Bakı-Ələt yolunun Səngəçal hissəsində avtomobil qəzasında həlak olub. Dünyaya vida edərkən 34 yaşını doldurmamışdı...

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

Tovuzlu sahibkar: " Bir çarəm qalır, fəaliyyətimi dayandırmaq" - Video

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Xalq artisti Cahangir Novruzovun Ankarada 70 illik yubileyi keçirilib

Kəlbəcərdə qardaşları ilə birlikdə itkin düşən Təranə Zeynalovanın qan donduran hekayəsi - Video

Sırski: Ukrayna ordusu Kursk vilayətində daha 1-3 km irəliləyib

Ermənilərin növbəti tarix saxtakarlığı - 1828-ci ildə “Şərqi Ermənistan” olub?

Bakıda və Abşeronda süxurun qanunsuz daşınması faktı aşkarlandı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay